Bakıda milyonluq villalarda yaşayan məmurlar kimlərdir... - Eləsi var qiyməti 20 milyondur...
Tarix: 2-05-2015, 12:42 | Çap et
Bakı küçələrində qiyməti bir neçə yüz min manata çatan avtomobillərin şütüməsi, yaxud da dəyəri bir neçə milyon manatla hesablanan villaların tikilməsi adi hal alıb. Elə məmurlar var ki, onlar fantastik dəyəri olan maşın kolleksiyalarına sahibdirlər. İstər-istəməz sual yaranır: mişlyonlarla manatlıq maşın kolleksiyalarına və imarətlərə sahib olan məmurların olduğu ölkədə niyə rəsmi milyonçu yoxdur? "Forbes" jurnalının hər il açıqladığı milyarderlər sırasında əslən azərbaycanlı olan və digər ölkələrin vətəndaşlığını qəbul etmiş, xaricdə yaşayan həmyerlilərimizin adlarına rast gəlirik. Amma hələ ki həmin siyahıya Azərbaycanda yaşayan milyonçu, yaxud milyarderin adı salınmayıb. Baxmayaraq ki, elə qonşu Türkiyədə bu məsələ şəffafdır və iki gün əvvəl buradakı milyonçuların sayı açıqlanıb. "Habertürk.com"un məlumatına görə, Türkiyədə milyonçuların sayı 2013-cü ildə 66 min 846 nəfərə yüksəlib. Bununla da Türkiyədə milyonçular klubuna daha 15 min adam qatılmış olub. Ölkə daxilində varidatı 1 milyon lirədən artıq olan Türkiyə vətəndaşlarının sayı 2012-ci ildə 52 min 153 nəfər olduğu halda, indi bu rəqəm 14 min 693 nəfər artaraq 66 min 846 nəfərə çatıb. Qeyd edək ki, Türkiyə Avropa ölkələri arasında milyonçuların sayı baxımından 12-ci yeri tutur. Qeyd etdiyimiz kimi, Azərbaycanda böyük pullara sahib olan şəxslərin varlığı heç kimə sirr deyil. Bəs onlar niyə gizlənirlər, öz var-dövlətlərini rəsmən etiraf etməkdən niyə çəkinirlər? Ekspertlərin fikrincə, bunun ilk səbəbi inanılmaz sərvətə sahib olan şəxslərin həmin varidatı necə əldə etmələrinin şübhə doğurmasıdır. İri məmurların bir çoxu korrupsiya yolu ilə varlandıqlarından öz sərvətlərini gizlədirlər. Maraqlıdır ki, ölkədəki kommersiya bankları da külli miqdarda sərvətə malik şəxslərin adlarını gizli saxlayırlar. Onlar bunun bankların daxili maliyyə sirri olduğunu bildirir və hər hansı açıqlama verməyə icazələrinin olmadığını deyirlər. Ekspertlər Azərbaycanda milyonçuların üzə çıxması üçün ilk növbədə maliyyə amnistiyası vacibliyini qeyd edirlər. Söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. Hansı ki, bir neçə gün öncə vergilər naziri Fazil Məmmədov da əmlak və digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sistemini tətbiq etməyin zəruri olduğunu vurğulamışdı. Suallar isə hələ də açıq qalır. Məsələn, bir müddət əvvəl Bakıda daşınmaz əmlakın alqı-satqısı ilə bağlı saytların monitorinqi Bilgəh qəsəbəsində 7 otaqlı 4 milyon manata satılan villanın, yaxud Şıxov qəsəbəsində 3 milyon 600 minlik villanın varlığını göstərmişdi. Novxanıda 2,6 milyonata satılan ev, Badamdarda 2 milyon 500 minə olan ev, Novxanıda 10 otaqlı və 2 milyon 500 manata satılan villa da öz əzəməti və qiymətinin fantastik olması ilə göz qamaşdırır. Bu qiymətə villalar tikilir və satılır, onlara müştərilər tapılırsa, deməli, Azərbaycanda sərvəti milyonlarla ölçülən imkanlı şəxslər - iri məmurlar və biznesmenlər var. Elə isə ölkədə rəsmii milyonçunun olmaması həddən artıq təzadlı vəziyyət yaradır və şübhəsiz ki, absurddur. Ötən ilin yayında ortaya çıxdı ki, paytaxtda 16 milyon AZN (həmin dövrün məzənnəsi ilə 20 milyon 400 min ABŞ dolları) qiymətində ev satılır. Belə ki, Avropa otelinin yanında yerləşən “iqamətgah”-ın ümumi sahəsi 1 400 kvadratmetr təşkil edir. Bu cür saraya sahib olmaq istəyən şəxs nə az, nə çox düz 16 000 000 manat ödəməli olacaq. O vaxt məlum olmuşdu ki, bu qiymətdən də aşağı, yəni 10 milyon ABŞ dollarına Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 1 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir. Belə olan halda Azərbaycanda bir rəsmi milyonçunun belə olmaması kimlərinsə korrupsiya hesabına kəskin varlanmasından, əvəzində isə dövlət xəzinəsinin ciddi məbləğdə gəlirlərdən məhrum olmasından xəbər verir. Bu vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil. Amma aydındır ki, həm neftin hasilatının, həm də neft pullarının ölkəyə axınının azaldığı bir vaxtda artıq bu məsələ ilə bağlı konkret,lətin maraqlarından çıxış edərək təsirli addımların atılması vacibdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Yaxşı ki, peşəm insanlarla işləməkdir..."
Bu gün, 00:28 |
|
|
|
• Taleh Qaraşov Lənkəranda park yerini satıb, obyekt tikilib - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:22 |
|
|
|
• Həkimlərin Hippokrat andı bir yana... BƏS İNSANLIQ? - TƏBİB şefinin NƏZƏRİNƏ...
Bu gün, 00:14 |
|
|
|
• FT Ukrayna-Rusiya sülh sazişini proqnozlaşdırır - Perspektiv
Bu gün, 00:07 |
|
|
|
• Trampla üzləşmək vaxtıdır: Moskva o qədər də xoşbəxt görünmür - İNCƏLƏMƏ
Bu gün, 00:04 |
|
|
|
• "Azərbaycan Tehrandakı səfirini təhlükəsizlik səbəbindən geri çağırmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 00:02 |
|
|
|
• "Ümidim sənədir 2025..."
Dünən, 23:02 |
|
|
|
• Ukraynalı general Kurskda - FOTO
Dünən, 22:59 |
|
|
|
• Suriyanın yeni lideri PKK-çılarla görüşdü – Qərar…
Dünən, 22:56 |
|
|
|
• Lalə Şövkətin partiyası fəaliyyətini bərpa edir
Dünən, 22:53 |
|
|
|
• 2025-ci il bürclər üçün nə vəd edir?
Dünən, 18:12 |
|
|
|
• Ermənistan iki məsələdən imtina etdi: Sülh şərtləri dəyişir - ŞƏRH
Dünən, 18:08 |
|
|
|
• Bəşər Əsəddən sonra ilk Yeni il... - belə qeyd etdilər...
Dünən, 17:56 |
|
|
|
• Pullarınızı kibercinayətkarlardan belə qoruyun: -10 MƏSLƏHƏT
Dünən, 17:54 |
|
|
|
• Ucuz qiymətə satılan geyimlər - Onlar hansı materiallardan hazırlanır?
Dünən, 17:51 |
|
|
|
• İrəvan iki yoldan birini seçməlidir - İNCƏLƏMƏ
Dünən, 17:45 |
|
|
|
• Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir
Dünən, 17:43 |
|
|
|
• “Azəriqaz”dan deyirlər ki... - "Bu mövcud qaydaların tələbidir..."
Dünən, 17:41 |
|
|
|
• Suriya İranın səhvini təkrarlamayacaq: Azərbaycanla bağlı - GƏLİŞMƏ
Dünən, 17:12 |
|
|
|
• “Bizim üçün üzrlə yanaşı, həqiqətlərin üzə çıxması vacibdir” – SABİQ NAZİR
Dünən, 17:06 |
|
|
|
• Prezidentin xalqa müraciətdində vacib detal: Əsas hədəflər açıqlandı - AKTUAL
Dünən, 17:03 |
|
|
|
• Rusiyanın vurduğu DAHA BİR ZƏRBƏ... - NƏ ETMƏLİ?
Dünən, 17:01 |
|
|
|
• Hüseyn Həsənov pis vərdişindən qurtulduğunu açıqladı - VİDEO
Dünən, 16:43 |
|
|
|
• "Bu antenanı dəyişməyə şirkətin pulu yoxdur?" - GİLEY
Dünən, 16:35 |
|
|
|
• Amili təfəkküründə olan yetərsiz MOLLA SİYASƏTİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 16:29 |
|
|
|
• ABŞ-la siyasətimizin DAVAMI... - İNCƏLƏMƏ
Dünən, 16:27 |
|
|
|
• “Kim dostdur, kim dost deyil, bunu gördük” - Qafar Dəmirçi
Dünən, 16:25 |
|
|
|
• “Premium Bank” `gözüyumulu` şəkildə milyon veribsə... - ZƏRURİ QEYD...
Dünən, 16:24 |
|
|
|
• Yevlaxda kuryoz hadisə: Qatil qaçarkən bilmədən polisin maşınına əyləşib - TƏFƏRRÜAT
Dünən, 16:17 |
|
|
|
• Naxçıvanda ilin ilk körpələri əkiz olub
Dünən, 16:15 |
|
|
|
• "Anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər” - FAKT BUDUR!
Dünən, 15:25 |
|
|
|
• "Kaspi" qəzeti 144 illiyini qeyd edir
Dünən, 13:47 |
|
|
|
• Bakıdan İrəvana Yeni il ismarışı - Barışıq əli bu il “dəmir yumruğ”a çevrilə bilər!
Dünən, 13:39 |
|
|
|
• Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb - Ölüsü də dəyərsiz... dirisi də...
Dünən, 10:40 |
|
|
|
• Bayram günlərində işləyən banklar - SİYAHI
Dünən, 10:32 |
|
|
|
• Vergi Xidməti bu il də `OVA ÇIXACAQ`... - GÖRÜNƏNİ BUDUR
Dünən, 10:28 |
|
|
|
• "Deyir, dükan düzdür... siz səhvsiniz..." - BU NƏDİ BELƏ?..
Dünən, 10:20 |
|
|
|
• Əli Əsədov yenə də BUNU ETMƏDİ... - REAKSİYA
Dünən, 10:15 |
|
|
|
• "Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” - ETİRAZ
Dünən, 10:11 |
|
|
|
• "Çalışın, bu şirkətdən UZAQ OLUN..." - Ünvanı da dəyişdi, amma...
Dünən, 10:02 |
|
|
|
• Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? - "Böyük ehtimalla yeni ildə də..."
Dünən, 09:56 |
|
|
|
• Keçmiş deputatın şirkəti vətəndaşı ƏLƏ SALIR... - Bunun başqa ADI YOXDUR...
Dünən, 09:50 |
|
|
|
• ` World Telecom` yeni ilə yeni narazılıqla... - AXI NİYƏ?..
Dünən, 09:41 |
|
|
|
• Fikrət Məmmədov bu sistemə elə zərbə vurub ki... - bundan sonra HARA GEDƏCƏK?
Dünən, 09:30 |
|
|
|
• Təyyarə terroruna münasibətdəki DAHA BİR QƏNAƏT - BU, BİZİK!!!
Dünən, 09:24 |
|
|
|
• Münasibətləri Bayden administrasiyası korladı... - Trampla isə...
Dünən, 09:19 |
|
|
|
• Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal - Borcunun əvəzinə vəzifə verdi
Dünən, 08:25 |
|
|
|
• Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib
Dünən, 08:14 |
|
|
|
• Vanqanın 2025-ci il proqnozları: - Dəhşətli müharibə, təbii fəlakət və daha nələr...
Dünən, 08:11 |
|
|
|
• “Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb - FOTO
Dünən, 08:08 |
|
|
|
|