Heydər Əsədov gözlənilən bahalaşma bumuna necə tədarük görüb? - Görünəni odur ki, ortada yalnız bəhanələr var...
Tarix: 27-04-2015, 10:10 | Çap et
DİA.AZ: - Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün real zəmin yaradılıb. Qeyd edək ki, son illər aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ hüquqi baza təkmilləşdirilib. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Dövlət fermerlər üçün bir sıra güzəştlər müəyyən edib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, vergilərdən azad ediliblər.
Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət subsidiyalar verir. Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi barədə sərəncam imzaladı. Bu sərəncam ölkə başçısının kənd təsərrüfatı sektorunun inkişafına olan diqqətinin göstəricisi idi. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, 2013-cü ilin oktyabr ayından, yəni Heydər Əsədov kənd təsərrüfatı naziri vəzifəsinə qoyulandan bu günə kimi heç bir müsbət dəyişiklik baş verməyib. Bildiyiniz kimi, yanvar ayının 26-da prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən konfransda kənd təsərrüfatı sahəsindəki bir sıra problemlər xüsusi olaraq vurğulandı. Ölkə başçısı regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını bildirdi: "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır".
DİA.AZ xatırladır ki, 2013-cü ilin 12 fevral müşavirəsində də prezident kənd təsərrüfatına ayrılan subsidiyaların mənimsənilməsi faktlarının mövcud olmasını dilə gətirmiş, bu sahədə qayda-qanun yaradılmasını tapşırmışdı. Ancaq problem həll olunmadığından İsmət Abbasov kənd təsərrüfatı naziri vəzifəsindən çıxarıldı. Böyük ümidlərlə vəzifəyə gətirilən Heydər Əsədov isə hələ ki, özünü doğrulda bilməyib. Bir ildən artıqdır nazir işləyən Heydər Əsədov bu müddətdə kənd təsərrüfatı sektorunda mövcud olan bəzi problemləri aradan qaldırmağı bacarmayıb. Nazir həmçinin konfrans zamanı həmin problemlərin bir neçəsini qeyd etdi. Məsələn, o yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi, ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Toxum Fondunun yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması, tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması, mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi məsələsini qaldırdı. Əlbəttə ki, ölkə rəhbərliyi bütün sahələr üzrə inkişafın əldə olunması üçün böyük əmək sərf edir. Çox güman ki, cənab prezident nazirin qabartdığı problemlərin tezliklə aradan qaldırılmasına yardım göstərəcək. Amma hörmətli kənd təsərrüfatı naziri bilməlidir ki, rəhbəri olduğu nazirliyin fəaliyyət istiqamətinə aid olan bütün məsələlərin həll edilməsi bilavasitə onun səlahiyyətindədir. Heydər Əsədov kənd təsərrüfatı sistemindəki problemləri yoluna qoymaq üçün özü çıxış yolu tapmalıdır. Prezidentin bu konfransda da subsidiya məsələsinə toxunması təsadüfi hal kimi qəbul edilə bilməz. Deməli, hələ də subsidiyaların ünvanına çatmasında süni əngəllər yaşanmaqdadır. Ümumi götürdükdə, Heydər Əsədovun 2013-cü ilin oktyabr ayından indiyə qədər göstərdiyi fəaliyyət qənaətbəxş deyil. Belə ki, fermerlər onun gəlişindən sonra müxtəlif çətinliklə üzləşməli olublar. Bura kənd təsərrüfatı texnikalarının paylanmasında yol verilən ayrıseçkilik, subsidiyaların verilməsində şəffaflığın təmin olunmaması və sair məqamlar daxildir. Bütün bunlar Heydər Əsədovun vəzifəsinə istənilən səviyyədə məsuliyyət göstərmədiyini ortalığa qoyur. Qeyd edək ki, konfransda kənd təsərrüfatı sahəsindəki problemlərin xüsusi qabardılması Heydər Əsədovun vəzifəsindəki çatışmazlıqların daha qabarıq şəkildə görünməsinə işarədir.
Təbii ki, bu da ciddi problemlərə gətirib çıxarır. DİA.AZ bildirir ki, elə bu günlərdə daha bir bahalaşma xəbəri yayıldı. Və özü də kənd təsərrüfatı məhsulları bazarında. Təbii ki, burada səbəbkar Ana Təbiət, kəskin iqlim dəyişikliyi göstərildi. Amma istənilən halda KTN belə bir situasiyaya da hazır olmalı idi.
Onu da bildirək ki, nazir bazardakı qiymət artımına reaksiya verib.
DİA.AZ bildirir ki, Heydər Əsədov "təhlil metodologiyasında kənd təsərrüfatı məhsullarının maya dəyərini formalaşdıran amillər də nəzərə alınmalıdır" deyərək KTN məhsullarının bahalaşmasının səbəbini başqa faktorlara dayamağa çalışıb: "Məsələn, texnikanın qiyməti artmaqda davam edir. Eynilə gübrələrin və yanacağın qiyməti də artmaqdadır. Təbii ki, bunlar da kənd təsərrüfatı məhsullarının maya dəyərində özünü büruzə verir, qiymət artımını sövq edir”.
Nazir bildirib ki, müəyyən səbəblərdən kənd təsərrüfatı məhsullarının bahalaşması həmin məhsulların istehsal vasitələrinin (yanacaq, texnika, gübrə və s.) bahalaşmasından daha sürətlə baş verir, bununla da qiymət dispariteti yaranır.
“Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarının qiymətlərinin çox aşağı salınması düzgün praktika deyil. Dövlət maksimum şəkildə qiymət disparitetini qarşılayır. Amma istehsalçıya mütləq şərait yaratmaq lazımdır ki, o gəlir əldə edib, növbəti il üçün investisiya imkanları qazansın. Ona görə, istehlakçılar da bu prosesdə iştirak etməlidir, normal qiymət artımlarını təbii qəbul etməlidir”.
Görünəni odur ki, nazir bahalaşmanı törədən başlıca səbəbi - KTN-dəki böhranlı durumu, kənd təsərrüfatına dövlətin nəzərdə tutduğu qayğının gerçək ünvanına çatdırılmasını və digər bu kimi faktorları bir kənara atmaqla vəziyyətdən çıxmağa çalışır. Amma bu heç də uğurlu taktika deyil. Çünki dövlətimizə bazarlardakı bahalaşamanın səbəblərini ört-basdır etmək yox, onu aradan qaldırmaq lazımdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Taleh Qaraşov Lənkəranda park yerini satıb, obyekt tikilib - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:22 |
|
|
|
• Həkimlərin Hippokrat andı bir yana... BƏS İNSANLIQ? - TƏBİB şefinin NƏZƏRİNƏ...
Bu gün, 00:14 |
|
|
|
• FT Ukrayna-Rusiya sülh sazişini proqnozlaşdırır - Perspektiv
Bu gün, 00:07 |
|
|
|
• Trampla üzləşmək vaxtıdır: Moskva o qədər də xoşbəxt görünmür - İNCƏLƏMƏ
Bu gün, 00:04 |
|
|
|
• "Azərbaycan Tehrandakı səfirini təhlükəsizlik səbəbindən geri çağırmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 00:02 |
|
|
|
• "Ümidim sənədir 2025..."
Dünən, 23:02 |
|
|
|
• Ukraynalı general Kurskda - FOTO
Dünən, 22:59 |
|
|
|
• Suriyanın yeni lideri PKK-çılarla görüşdü – Qərar…
Dünən, 22:56 |
|
|
|
• Lalə Şövkətin partiyası fəaliyyətini bərpa edir
Dünən, 22:53 |
|
|
|
• 2025-ci il bürclər üçün nə vəd edir?
Dünən, 18:12 |
|
|
|
• Ermənistan iki məsələdən imtina etdi: Sülh şərtləri dəyişir - ŞƏRH
Dünən, 18:08 |
|
|
|
• Bəşər Əsəddən sonra ilk Yeni il... - belə qeyd etdilər...
Dünən, 17:56 |
|
|
|
• Pullarınızı kibercinayətkarlardan belə qoruyun: -10 MƏSLƏHƏT
Dünən, 17:54 |
|
|
|
• Ucuz qiymətə satılan geyimlər - Onlar hansı materiallardan hazırlanır?
Dünən, 17:51 |
|
|
|
• İrəvan iki yoldan birini seçməlidir - İNCƏLƏMƏ
Dünən, 17:45 |
|
|
|
• Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir
Dünən, 17:43 |
|
|
|
• “Azəriqaz”dan deyirlər ki... - "Bu mövcud qaydaların tələbidir..."
Dünən, 17:41 |
|
|
|
• Suriya İranın səhvini təkrarlamayacaq: Azərbaycanla bağlı - GƏLİŞMƏ
Dünən, 17:12 |
|
|
|
• “Bizim üçün üzrlə yanaşı, həqiqətlərin üzə çıxması vacibdir” – SABİQ NAZİR
Dünən, 17:06 |
|
|
|
• Prezidentin xalqa müraciətdində vacib detal: Əsas hədəflər açıqlandı - AKTUAL
Dünən, 17:03 |
|
|
|
• Rusiyanın vurduğu DAHA BİR ZƏRBƏ... - NƏ ETMƏLİ?
Dünən, 17:01 |
|
|
|
• Hüseyn Həsənov pis vərdişindən qurtulduğunu açıqladı - VİDEO
Dünən, 16:43 |
|
|
|
• "Bu antenanı dəyişməyə şirkətin pulu yoxdur?" - GİLEY
Dünən, 16:35 |
|
|
|
• Amili təfəkküründə olan yetərsiz MOLLA SİYASƏTİ... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 16:29 |
|
|
|
• ABŞ-la siyasətimizin DAVAMI... - İNCƏLƏMƏ
Dünən, 16:27 |
|
|
|
• “Kim dostdur, kim dost deyil, bunu gördük” - Qafar Dəmirçi
Dünən, 16:25 |
|
|
|
• “Premium Bank” `gözüyumulu` şəkildə milyon veribsə... - ZƏRURİ QEYD...
Dünən, 16:24 |
|
|
|
• Yevlaxda kuryoz hadisə: Qatil qaçarkən bilmədən polisin maşınına əyləşib - TƏFƏRRÜAT
Dünən, 16:17 |
|
|
|
• Naxçıvanda ilin ilk körpələri əkiz olub
Dünən, 16:15 |
|
|
|
• "Anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər” - FAKT BUDUR!
Dünən, 15:25 |
|
|
|
• "Kaspi" qəzeti 144 illiyini qeyd edir
Dünən, 13:47 |
|
|
|
• Bakıdan İrəvana Yeni il ismarışı - Barışıq əli bu il “dəmir yumruğ”a çevrilə bilər!
Dünən, 13:39 |
|
|
|
• Ermənistanda əsgər meyitləri hələ də basdırılmayıb - Ölüsü də dəyərsiz... dirisi də...
Dünən, 10:40 |
|
|
|
• Bayram günlərində işləyən banklar - SİYAHI
Dünən, 10:32 |
|
|
|
• Vergi Xidməti bu il də `OVA ÇIXACAQ`... - GÖRÜNƏNİ BUDUR
Dünən, 10:28 |
|
|
|
• "Deyir, dükan düzdür... siz səhvsiniz..." - BU NƏDİ BELƏ?..
Dünən, 10:20 |
|
|
|
• Əli Əsədov yenə də BUNU ETMƏDİ... - REAKSİYA
Dünən, 10:15 |
|
|
|
• "Şəhidliyi batırdılar, heç olmasa əlillik haqqım bərpa olunsun” - ETİRAZ
Dünən, 10:11 |
|
|
|
• "Çalışın, bu şirkətdən UZAQ OLUN..." - Ünvanı da dəyişdi, amma...
Dünən, 10:02 |
|
|
|
• Mikayıl Cabbarovun fövqəlnazirliyinə SON QOYULUR? - "Böyük ehtimalla yeni ildə də..."
Dünən, 09:56 |
|
|
|
• Keçmiş deputatın şirkəti vətəndaşı ƏLƏ SALIR... - Bunun başqa ADI YOXDUR...
Dünən, 09:50 |
|
|
|
• ` World Telecom` yeni ilə yeni narazılıqla... - AXI NİYƏ?..
Dünən, 09:41 |
|
|
|
• Fikrət Məmmədov bu sistemə elə zərbə vurub ki... - bundan sonra HARA GEDƏCƏK?
Dünən, 09:30 |
|
|
|
• Təyyarə terroruna münasibətdəki DAHA BİR QƏNAƏT - BU, BİZİK!!!
Dünən, 09:24 |
|
|
|
• Münasibətləri Bayden administrasiyası korladı... - Trampla isə...
Dünən, 09:19 |
|
|
|
• Nərimanov Tibb Mərkəzinin direktoru ətrafında 400 minlik qalmaqal - Borcunun əvəzinə vəzifə verdi
Dünən, 08:25 |
|
|
|
• Suriyanın yeni ordusuna türk briqada generalı təyin edilib
Dünən, 08:14 |
|
|
|
• Vanqanın 2025-ci il proqnozları: - Dəhşətli müharibə, təbii fəlakət və daha nələr...
Dünən, 08:11 |
|
|
|
• “Nar” Yeni il sevincini ucqar kəndlərdə yaşayan uşaqlarla paylaşıb - FOTO
Dünən, 08:08 |
|
|
|
• Fransa hərbçiləri daha bir Afrika ölkəsindən çıxarılır
Dünən, 08:00 |
|
|
|
|