Azərbaycandakı nurçularla bağlı şok iddia: Onlar Bakıda qala bilmələri üçün hər şeyə hazırdırlar - Susqunluğun səbəbləri
Tarix: 22-10-2014, 11:16 |
Çap et
DİA.AZ: - Məlum olduğu kimi, qardaş Türkiyədə Fətullah Gülən tərəfdarlarına qarşı yeni bir təhlükə dalğası baş qaldırıb. Bildirək ki, buna qədər də bir neçə dəfə Türkiyədəki gülənçilərə qarşı polis əməliyyatlar həyata keçirilmişdi. Belə ki, bu prosesin Azərbaycanda da təzahürünü tapacağı proqnozlaşdırılsa da, Azərbaycanda hələlik sakitçilikdir.
Bununla bağlı DİA.AZ-a maraqlı bir iddianın yer aldığı informasiya daxil olub.
Redaksiyamızın elektron poçtuna yazan mənbə iddia edir ki, nurçular Azərbaycandakı fəaliyyətlərini davam etdirə bilmələri üçün hər şeyə hazırdırlar və hətta hakimiyyətin üst dairələrində özlərinə yeni himayədarlar da axtarırlar.
Mənbənin diaaz.space-a bildirdiyinə görə, onlar Bakıda qalıb fəaliyyətlərini davam etdirə bilmələri, bizneslərini əldən verməmələri üçün bütün şərtlərə hazır olduqlarını da nümayiş etdirirlər.
Mənbə iddia edir ki, bu səbəbdən hələlik Bakıda nurçulara qarşı əməliyyatlar müstəvisində sükut hökm sürür: «Amma hər an vəziyyət dəyişə bilər. Çünki rəsmi Ankaranın mövqeyi Azərbaycan üçün daha dəyərlidir»…