DİA.AZ: - DQİDK təmizləmə əməliyyatına başlayan Mübariz Qurbanlı sabiq sədrin kadrlarını işdən azad etməkdədir. Bu barədə DİA.AZ-ın elektron ünvanına daxil olan məlumatda deyilir.
Xəbərdə qeyd olunur ki, DQİDK mətbuat xidmətinin rəhbəri Orxan Əli yaxın günlərdə işindən azad ediləcək. Onu da bildirək ki, bu xəbəri diaaz.space-a ötürən qaynaq Orxan Əli ilə bağlı ilginc iddialarda da bulunur: “Orxan Əli İrana yaxınlığı ilə bilinəndir. İranın Ali Dini Lideri Xamneyinin Azərbaycan nümayəndəsi Ocaq Nicat ağanın tələbəsi olan Orxan Əli komitəyə Elşad İasgəndərov zamanında vəzifəyə təyin edilmişdir. Orxan Əli əsasən Elşad İsgəndərovun mənəvi lideri sayılan Elçin Əsgərovun təkidi ilə təyin edilmişdi”.
Mənbə sonda onu da bildirir ki, Elçin Əsgərovun tövsiyəsi ilə təyin olunan kadrların hamısı DQİDK uzaqlaşdırılacaq.
Adları keçən bütün şəxslərin mövqelərini işıqlandırmağa hazırıq..