Sosial media dələduzluqları artıb .....                     Gənc blogerin ölümü ilə bağlı .....                     Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib .....                     “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” .....                     Məhkəmə "Azercell"lə bağlı .....                     Sabiq icra başçısının qardaşı oğulları .....                     Vaşinqtonun İranla bağlı acı etirafı .....                     Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib .....                     Belə bir sui-qəsd təşkil etmək üçün .....                     Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb .....                     ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında .....                     Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı .....                     Yeganə dələduzu ifşa etdi, başına iş gəldi .....                     Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... .....                     İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir .....                     Xırdalanın yolları BURMA-BURMADIR... .....                     Paşinyanla gizli anlaşma üzə çıxdı .....                     Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü .....                     Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? .....                     18 yaş əsgərlik üçün tezdir? .....                     Azərbaycanın əsas sülh tələbləri gündəmdədir .....                     Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? .....                     `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... .....                     General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi .....                     Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu .....                     Prezident Administrasiyasında yeni təyinat .....                     Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? .....                     Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı .....                     Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı .....                     Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? .....                     Ermənistanın yeni münaqişə planı .....                     "Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" .....                     Ermənistan Fransa silahını rus pulu ilə alır .....                     «“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» .....                     Sərbəst auditor Novruz Pənahov vəfat edib .....                     Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi .....                     "Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." .....                     "Bank Respublika" mənfəətini bölüşdürəcək .....                     İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... .....                     XİN-nin sabiq müavini də həbsin bir addımlığında .....                 

Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR? - Və əslində NECƏ BAŞ VERİR?
Tarix: 18-09-2024, 09:31 | Çap et
Naxçıvan səhiyyəsində NƏ BAŞ VERİR?
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında regional tibb mərkəzlərinin direktorları və xəstəxanaların baş həkimləri vəzifələrindən azad edilib.

TNS-ə etibarlı mənbədən daxil olan məlumata görə, Naxçıvanda bu vəzifəli şəxslərin işdən çıxarılması muxtar respublikanın səhiyyə sistemində aparılan yoxlamalarla bağlıdır.

Hazırda Azərbaycan Respublikasının Hesablama Palatası muxtar respublikanın səhiyyə sistemində yoxlamalar aparır. İddia olunur ki, yoxlama zamanı ciddi qanun pozuntuları aşkar edilib.

TNS-in xəbərindən sonra Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tələm-tələsik açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu, struktur dəyişikliyi ilə bağlıdır.

"Bildirmək istəyirik ki, Naxçıvan Muxtar Respublikasında Tibb Müəssisələrinin İdarəetmə Birliyi (TMİB) yaradılır.

Şərur Regional Tibb Mərkəzinin (Şərur, Kəngərli və Sədərək), Culfa Regional Tibb Mərkəzinin (Culfa, Ordubad ) və eyni zamanda Babək və Şahbuz Rayon Mərkəzi xəstəxanalarının və Naxçıvan Mərkəzi Xəstəxanasının direktor və baş həkimlərinin işdən azad olunmalarına səbəb muxtar respublikada Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) yaranmasıdır.

Həmin bu adıçəkilən xəstəxanalar Səhiyyə Nazirliyinin tərkibindən çıxaraq TMİB-in tərkibinə keçəcəklər. Hazırda təhvil-təslim işləri aparılır və bu işlər artıq yekunlaşmaq üzrədir. Məhz sənədləşmə prosesinə görə həmin direktor və baş həkimlər Səhiyyə Nazirliyində işdən azad olunaraq TMİB-də işə bərpa olunacaqlar.

Yəni həkimlər sənədləşmə işlərinin düzgün aparılması üçün Səhiyyə Nazirliyindən çıxıblar, bundan sonra onların əmək kitabçalarına Səhiyyə Nazirliyi deyil, TMİB yazılacaq", - açıqlamada qeyd olunub.

Bəs, əslində nə baş verib?

Səhiyyə Nazirliyi bu açıqlama ilə bir ildən çoxdur, davam edən qanunsuzluğu etiraf edib.

Nazirliyin açıqlamasında qeyd olunduğu kimi, muxtar respublikada TMİB yaradılmır, bu qurum artıq bir ildən çoxdur, fəaliyyət göstərir. Bu fakt onu göstərir ki, nazirlik ictimaiyyətə yalan məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 28 iyul 2023-cü il tarixli fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsi yaradılıb.

Müəyyən edilib ki, “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsə ümumi rəhbərliyi Ali Məclis sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və 4 üzvdən ibarət Müşahidə Şurası həyata keçirir.

Müşahidə Şurası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən, səhiyyə nazirinin müavinindən, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Naxçıvan Muxtar Respublikası Komitəsinin sədrindən ibarət tərkibdə formalaşdırılmalı idi.

Tibb Müəssisələrinin İdarəetmə Birliyinə cari rəhbərliyi Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi icra direktor həyata keçirməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin nizamnaməsini və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində hazırlayıb Ali Məclisə təqdim etməli idi.

Fərmanla Nazirlər Kabinetinə tapşırılmışdı ki, Tibb Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyinə veriləcək dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin siyahısını Ali Məclislə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fərmandan irəli gələn vəzifələri həll etməlidi idi.

Bu fərmanın imzalanmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, mühüm dövlət sənədi “havada qalıb” və icra olunmayıb. Tibbi Müəssisələrinin İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərməli olan xəstəxanalara qanunsuz şəkildə Səhiyyə Nazirliyi rəhbərlik edib. Yəni əvvəlki dövrlərdə olduğu kimi, Naxçıvan yenə “fərqlənib” və muxtar respublikada Azərbaycanın əsas hissəsindən tamamilə ayrı bir idarəçilik sistemi tətbiq olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bu il mayın 8-də keçirilən Ali Məclisin yaz sessiyasının növbəti plenar iclasındakı çıxışında bu məsələyə diqqət çəkərək deyib: “Belə yanaşma qəbuledilməzdir. Artıq 10 aya yaxındır ki, biz muxtar respublikada ən vacib sahə olan səhiyyə sahəsində idarəetməni təmin edə bilmirik. Səbəb Səhiyyə Nazirliyinin və Tibb Müəssisələrinin İdarəetmə Birliyinin Ali Məclis sədrinin fərmanını icra etməməsidir”.

Göründüyü kimi, Ali Məclisin rəhbərliyi səhiyyə sahəsində baş verənlərdən narazı və narahatlığını ifadə edib. Təəssüf ki, Ali Məclis rəhbərliyinin bu haqlı iradından sonra da Səhiyyə Nazirliyi lazımi tədbir görməyib, fərmanın icrası təmin edilməyib.

İddia olunur ki, Hesablama Palatası yoxlama zamanı bunu qüsur kimi qiymətləndirib, Səhiyyə Nazirliyinin rəhbərliyi də nəhayət fərmanı icra etməyə məcbur olub. Naxçıvanda ölkəmizin əsas hissəsindən fərqli idarəçilik sistemi tətbiq olunmasına dövlətimiz imkan verməyib, buna cəhd edənlərin isə “əməyi boşa çıxıb”.

Səhiyyə sistemindəki vəzifəli şəxslərin azad olunmasının struktur dəyişikliyi ilə izah edilməsi absurd və gülüncdür. Həmin tibb müəssisələri naziriliyin tabeliyindən çıxarılıb TMİB-ə veriləndə rəhbər vəzifəli şəxslər də yenidən təyin olunacaqdılar. Bu vəzifəli şəxslərin işdən çıxarılmasının səbəbinin belə izah olunması qanunsuzluğun ifşasıdır.

Bu, bir daha onu göstərir ki, Naxçıvanın səhiyyə sistemi biabırçı formada idarə olunur.

Bu sahədə yarıtmaz idarəçiliyin nəticəsidir ki, səhiyyə sistemi acınacaqlı vəziyyətə salınıb, muxtar respublika əhalisinin sağlamlığı təhlükə altındadır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14
Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08
“Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02
Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48
Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45
Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40
Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38
Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37
Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35
ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33
Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28
Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27
Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14
İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02
Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56
Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53
Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50
18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43
Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38
Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35
`Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29
General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15
Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10
Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06
Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00
Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53
Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48
Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42
Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27
"Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25
Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23
«“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18
Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12
Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09
"Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08
"Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01
İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57
XİN-nin sabiq müavini də həbsin bir addımlığında - NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI
Bu gün, 08:45
İşlək sayğaclar 5 ildən bir niyə DƏYİŞDİRİLİR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:39
Zəngəzur üçün tarixi şəraitin yetişməsi... - NƏ BAŞ VERİR?
Bu gün, 08:37
Ünvanlı sosial yardım üçün müraciət etsə də... - GİLEY
Bu gün, 08:30
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
Bu gün, 08:28
Epidemiologiya Mərkəzinin direktorundan ŞİKAYƏT - SAXTA SƏNƏD İTTİHAMI...
Bu gün, 08:26
Artıq günün bütün vaxtları "pik saat"dır: Niyə taksi tapa bilmirik? - AKTUAL
Bu gün, 08:21
Xaçmazın elə bil ki başçısı... başbiləni yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Çıxış yolu çıxılmazlıqda tapılır - Aqşin Yenisey yazır...
Bu gün, 08:06
Əmək hüquqları sahəsində əlillərin hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03
İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru