Başçı iş başındadır: TÖVLƏ SÖKÜLDÜ, ƏLA... - Sanki hər şeyləri qanuni imiş...
Tarix: 30-08-2024, 09:23 | Çap et
 Gədəbəy rayonunun Arıqıran kənd sakini Məlikova Hamayıl Yunis qızı Gundemxeber.az-ın redaksiyasına yazılı müraciət edərək, Gədəbəy Rayon İcra Hakimiyyətinin məmurları tərəfindən haqsızlığa məruz qaldığını və maddi ziyana düşdüyünü bildirib:
“13 Mart 2024-cü il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinə faktiki yaşadığım, mərhum valdeyinlərimə məxsus həyətyanı torpaq sahəsində 5x10 metr ölçüdə tövlə tikintisinə icazə verilməsi üçün ərizə yazdım. Təxminən beş gün sonra kənd icra nümayəndəsi icazənin verildiyini bildirdi. Bundan sonra həmin ərizəmə uyğun tikintimə başladım, aprelin sonu tövləmi tikib qurtardım. Tikinti getdiyi zamandan, qurtarana qədər mənə heç bir etiraz məktubu verilməyib, çünki ərizəmə verilən cavaba uyğun tikinti aparılmışdı. Lakin qardaşım oğlunun Gədəbəy Kommunal Müəssisələri Kombinatının fəaliyyətinin yoxlanması ilə bağlı yuxarı instansiyalara müraciətini “əsas” götürərək, Gədəbəy Tikinti-Memarlıq şöbəsinin əməkdaşı və Gədəbəy Kommunal Müəssisələri Kombinatının işçiləri tikintisi üç ay əvvəl başa çatmış tövləni zorla sökərək tam yararsız hala saldılar. Gədəbəy İcra Hakimiyyətinin mənə göndərdiyi, tikilimin 5 gün müddətinə sökməyəcəyim təqdirdə “Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsinin tələblərinə uyğun olaraq barəmdə qanunamüvafiq tədbir görüləcəyi haqda” 08.07.2024-cü il tarixli rəsmi bildiriş məktubu mənə iyulun 26-da çatıb. Həmin məktub 15 iyul tarixində Gədəbəy poçtuna daxil olub, 24 iyulda isə mənim yaşadığım Arıqıran kəndindəki poçta daxil olub. Halbuki, tikintini 12 iyul tarixdə söküb tam yararsız hala salıblar. Əlavə olaraq bildirişdə qeyd ediblər ki, 5x10 metr ölçüdə tikilmiş tövlə guya sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulduğu üçün söküləcək. Söküb mənə 10 000 manat ziyan vurandan sonra bu məktub nəyə lazımdır? Yazırlar ki, monitorinq zamanı vizual baxışda qapısının dəmir qapı olması, pəncərələrinin alüminiumdan olmasından kafeyə bənzədiyi üçün söküblər. Qanunsuz idisə, özümüz sökərdik. Yaxşı, mənə niyə ziyanlıq vurublar?” Məsələ ondadır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin şərtlərini elə Gədəbəy İcra Hakimiyyəti özü pozub. Belə ki, həmin məcəllənin 95-ci maddəsinin 5-ci bəndinə görə, sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə, həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı tərəfindən sökülür. Rayon rəhbərliyi isə vətəndaşa cəmi dörd gün möhlət verib. Qərar barədə bildiriş vətəndaşa çatmamış hərəkətə keçib. Yenə də həmin məcəllənin şərtlərinə görə, qərarda tikinti obyektində müşahidə olunan pozuntular qeyd edilməklə bərabər, həmin pozuntuların aradan qaldırılması (bizim misalda, tikilini kafeyə oxşadan qapı-pəncərəni dəyişdirib mal tövləsinə bənzədən dəyişikliklər aparmaq) ilə bağlı möhlət nəzərdə tutulur. RİH vətəndaşın bu hüququnu da unudub. Görünən odur ki, həqiqətən də Hamayıl xanımdan onun şikayətçi qardaşı oğlunun qisasını almağa tələsirmişlər. Gədəbəy RİH-nin məsələ ilə bağlı başqa izahı varsa, dinləməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
• 32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
|