Bütün dönəmlərin ŞÜBHƏLİ DEPUTATI... - İLGİNC FAKTLAR
Tarix: 20-08-2024, 08:44 | Çap et
 “Azərbaycanda ən passiv deputat, seçicilərin dərdlərini dinləməyən, onların problemlərinə laqeyd qalan millət vəkili kimdir?” müsabiqəsi keçirilərsə, yəqin ki, bu nominasiyada şəriksiz olaraq İmamverdi İsmayılov qalib gələrdi. Otuz ildir ki, millət vəkili olan bir şəxsin siyasi fəaliyyətinə bu qədər uyğun, mütənasib başqa qiyməti vermək mümkün deyil. İ.İsmayılov bu illər ərzində millət vəkili seçildiyi dairədən olan və məcburi köçkün həyatı yaşayan seçicilərinə qarşı biganəliyi ilə tanınan, mənfi keyfiyyətləri özündə əks etdirən deputat kimi yaddaşlarda qalıb. İ.İsmayılov Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin bütün çağırışlarının deputatı olub. İlk dəfə 1995-ci ildə millət vəkili seçilib. Daha sonra 2000-ci, 2005-ci, 2015 və 2020-ci illərdə keçirilən seçkilərin ardından parlamentə düşmək imkanı qazanıb. İ.İsmayılov hər dəfə parlamentə keçirilən seçkilərdə eyni dairədən - Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilib. 2024-cü ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə də onun namizədliyi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən irəli sürülüb. Seçicilər İsmayılovun üzünü yalnız seçki dövründə görürlər. O, hər seçki kampaniyasında adi, şablon görüşlər təşkil edir, seçicilərə “quru” vədlər verir. İ.İsmayılov Milli Məclisin passiv deputatlarından biridir. Onun 30 ilə yaxın deputatlığı dövründə cəmi bir-iki dəfə danışdığına dair məlumat var. Parlamentin bütün iclaslarında cari məsələlərin, eləcə də qanun layihələrinin müzakirəsi zamanı İsmayılovun səsi eşidilmir, onun bir deputat kimi fəaliyyəti görünmür.
Davamlı deputat seçilən İsmayılov millət vəkili kimi ümidləri doğrultmamaqla yanaşı özünün və ailə üzvlərinin adı qanunverici orqanın üzvünə yaraşmayan davranışlarda hallanır. İsmayılovun millət vəkili imkanlarından istifadə edərək bahalı daşınmaz əmlaklara sahib olduğu, ailə üzvlərinin bu təminatdan faydalanaraq gizli biznes fəaliyyətini təşkil etdiyi bildirilir. İsmayılovun adı, daha çox, biznes fəaliyyəti və qaranlıq işlərdə hallanır. Ayrı-ayrı vaxtlarda mediada yayılan məlumatlara əsasən, deputatın sahib olduğu daşınmaz əmlakın böyük hissəsi Sumqayıtda və yaxın rayonlardadır. Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanları mövcuddur. Quba rayonunda "Retro” adlı istirahət mərkəzinə sahib olduğu deyilir.
Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının, Saray və Novxanı kəndlərində bir neçə dəbdəbəli bağ evinin olduğu haqqında da məlumatlar yayılıb.
İ.İsmayılov ailə üzvlərinin vasitəsilə avtomobil və nömrə satışı biznesi ilə də məşğul olur. İ.İsmayılovun bu biznesini oğlu İlkin İsmayılov idarə edir. Yeri gəlmişkən qeyd edək ki, oğul İsmayılovun adı qalmaqallı qətl işinə də qarışıb. Qubada hoteldə qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobilin də İsmayılovlara məxsus 999 seriyası daşıdığı məlum olmuşdu.
Bu kimi faktlara görə İ.İsmayılovun 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərdə deputat seçilmək imkanları sual altında idi, amma İ.İsmayılov haqqında formalaşan neqativ fikirlərə baxmayaraq, millət vəkili seçildi. O, yenidən namizəddir. İ.İsmayılovun bu dəfə də seçiləcəyi təqdirdə bir deputata yaraşan şəkildə fəaliyyət göstərəcəyi inandırıcı deyil. Gərək bir deputat öz üzərinə düşən vəzifələri layiqi ilə yerinə yetirə, malik olduğu səlahiyyətlərdən düzgün istifadə edə...
Deputat, xalqın nümayəndəsidir, o, seçildiyi dairədən Milli Məclisə göndərilən elçidir. Deputatların əsas işi qanunvericilik prosesində iştirak etmək, qanunvericilik təşəbbüsünü həyata keçirmək, deputat sorğusu vermək, məlumat almaq və yaymaq, seçildiyi bölgənin və ölkənin parlamentdə maraqlarını müdafiə etməkdir. İ.İsmayılovun əvvəlki deputat fəaliyyətində bu əlamətlərin heç biri görünmədi. Yəqin ki, bu seçkidə seçicilər bu nüansları nəzərə alacaq.
sfera.az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
|