Neftçalada sahibkarlara `RACON` KƏSƏN KİMDİR... - İLGİNC İDDİALAR...
Tarix: 15-04-2022, 09:35 | Çap et
 Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) Neftçala Suvarma İdarəsinin rəisi Elçin Əsdəovun barəsində indicə eşitdiyimiz xəbər bizi xeyli düşündürdü. Və yadımıza müdrik atalar sözümüz düşdü: SU sənəyi gec-tez SU-da sınar... Bəli, Elçin Əsədov gec-tez taladığı, israf etdiyi, satdığı SU-yun bəlasına gəlməli idi. Dəfələrlə yazmışıq ki, Ulu Öndər deyirdi ki, su təbii sərvətdir, onu israf etmək olmaz...ondan səmərəli istifadə etmək lazımdır. Elçin Əsədov isə Allahın millətimizə bəxş etdiyi suyu baha qiymətə satmaqla məşğul idi. Cənab Prezident İlham Əliyev müşavirədə əbəs yerə demədi ki, melorasiya sahəsində 40-50 faiz su itkisi çox böyük itkidir, bu problem aradan qaldırılmalıdır... Bəli, 40-50 faiz su itkisinin arxasında Elçin Əsədov kimi “su müdirləri” dayanır. Yəni onlar suyu israf edərək cibilərini doldurublar. Başqa bir müdrik məsələdə deyilir ki, təbiətin qisası yaman olur, Elçin Əsədov... Təbiətin ən gözəl neməti sudur. Gördünmü axırda su da, təbiət də səndən qisasını almalı oldu. Sözün qısası, “su sənəyi...” məsələsini əbəs yerə çəkmədik. Daxil olan məlumata görə, Neftçala Su İdarəsinin müdiri Elçin Əsədov hamamda çimərkən boğulub. Son məlumata görə, onu çox çətin durumda həkimə aparıblar. Yayılan məlumatdan bəli olur ki, deyilənə görə, Elçin Əsədov hamamda əməlli-başlı istirahət təşkil edərək, dincəldiyi yerdə ürəyi gedib və... Sözün qısası, Elçin Əsədov suyun bəlasına gəlib... Biz əlbəttə, kiminsə kədərinə, o cümlədən Elçin Əsədovun başına gələnlərə sevinmirik. Amma... Əmması odur ki, Allahın verdiyi nemətləri ( o cümlədən suyu ) talamaq, israf etmək olmaz. Elçin Əsədova deyirik ki, sən vətəgələrdəki balaca balıqları günlərlə susuz qoyub pul tələb edəndə, bilmirdin ki, bir gün o balıqların ahı səni tutacaq..? Bəli, məlumat üçün qeyd edək ki, Neftçala rayonunun ölkənin balıqla təmin olunmasında xüsusi yeri var. Bəli, Neftçala rayonunda balıq yetişdirmək üçün 10 min hektardan artıq süni gölməçə fəaliyyət göstərir. Elçin Əsədov rayonda fəaliyyət göstərən nohurların, balıq yetişdirilən göllərin suyunu istədyi vaxt dayandırıb, nə isə tələb edirdi. Nohurlarda susuz qalan balıqlar isə qırılırdı... Həmin balıq göllərinin sahiblərinin Elçinə verdiyi hədiyyələr Neftçala rayonunun cəmi büdcəsindən dəfələrlə çox olar. Elçin Əsədov balıq yetişdirən sahibkarlardan hər hektara görə, 200 alırdı. İndi bu rəqəmi rayondakı 10 min hektara vursaq, hər ay 2 MİLYON edir. Bəli, Neftçalada su kanallarını lil basıb iylədəndə, Elçin Əsədov dövlətin ayırdığı yüz minləri mənimsəyib istirahət zonalarında kef edirdi. Hələ bu harasıdır..? Elçin Əsədov təkcə dövlətin ayırdığı milyonları mənimsəmir, hətta suyun səviyyəsini nizamlayan şlüz qapılarını da metallom kimi satır. Elçin Əsədov idarənin balansında olan texnika, avadanlıq və mexanizmləri köhnəlmiş adı ilə balansdan çıxardaraq satıb yüz minlər qazanır. Biz hələ Elçinin tender oyunlarından aldığı “otkat”ları demirik. Elçin Əsədovun bir sözü də Neftçalada zərb-məsəl olub. Hər yerdə deyir ki, “Bir meşok vermişəm ee…” Elçin Əsədov, əmin ol ki, bir gün meşokdur, çuvaldır nədirsə, başına keçirib səni İsmayılın yanına aparacaqlar.. İdarəyə ayrılan tonlarla yanacağı, sürtkü yağlarını kənar adamlara sataraq milyonlar qazanmağını bir gün qabağına qoyub sorğu-sual edəcəklər. Bütün sosial şəbəkədə Neftçaladan olan iş adamları yazır ki, Elçin Əsədov Neftçala Suvarma Sistemləri İdarəsində transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında yüksək məbləğlər hesabdan çıxarıb mənimsəyir. Görəsən, bundan artıq nə yazmalıyıq ki, ASC-nin rəhbərliyi, yaxud hüquq-mühafizə orqanları Elçin Əsədovun əməllərini qabağına qoyub qandallasınlar və köhnə dostu sabiq icra başçısı İsmayıl Vəliyevin yanına Kürdəxanıya aparsınlar. Amma deyəsən, bu 40-50 faiz dediyimiz su bir gün sel olub Elçin Əsədovu aparacaq... P.S Elçin Əsədovun bir sözü ilə yazını bitiririk: Mən yazıq 2 icra başçısı saxlayıram, biri türmədə, biri də vəzifədə. Qoy bu sözdən Neftçalanın yeni icra başçısı nəticə çıxartsın. Birdə onu demək istəyirik ki, Elçin müəllim deyirmişsənki getmişdim falçıya Gündəlik Bakının dilini-ağzını bağlatmışam, amma Elçin müəllim deyəsən düz deyirmişsən yadımızdan çıxmışdın. Yazıda müxtəlif saytların materiallarından istifadə olunmuşdur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09 |
|
|
|
• Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00 |
|
|
|
• İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58 |
|
|
|
• "Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50 |
|
|
|
• Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47 |
|
|
|
• Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44 |
|
|
|
• Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38 |
|
|
|
• Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36 |
|
|
|
• Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30 |
|
|
|
• Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29 |
|
|
|
• Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27 |
|
|
|
• TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22 |
|
|
|
• “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19 |
|
|
|
• “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15 |
|
|
|
• Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13 |
|
|
|
• “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11 |
|
|
|
• “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08 |
|
|
|
• Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04 |
|
|
|
• "Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43 |
|
|
|
• Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40 |
|
|
|
• "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35 |
|
|
|
• Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
• "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31 |
|
|
|
• Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10 |
|
|
|
• 3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02 |
|
|
|
• Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59 |
|
|
|
• Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55 |
|
|
|
• İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45 |
|
|
|
• Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22 |
|
|
|
• Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12 |
|
|
|
• “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10 |
|
|
|
• Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04 |
|
|
|
• Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01 |
|
|
|
• Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56 |
|
|
|
• Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46 |
|
|
|
• Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44 |
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
|