"Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik..." - Ağsuda NARAZILIQ...
Tarix: 28-08-2020, 09:54 | Çap et
Prezident İlham Əliyev bu il avqustun 20-də “Azərbaycan Respublikasının Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, zəlzələ nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün 2020-ci il dövlət büdcəsindən Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə 3 milyon manat ayrılıb.
Bundan öncə də qəzalı evlərin təmiri ilə bağlı dövlət büdcəsindən 7 milyon manat pul ayrılmışdı. Hazırda təmir və tikinti işlərinin aparıldığı Ağsu rayonundan bəzi sakinlər narazılıq edir. DİA.AZ bildirir ki, bir neçə sakinin dediyinə görə, hələ ötən ilin əvvəlində baş verən təbii fəlakətdən sonra evlərinə dəyən ziyanla bağlı aidiyyəti üzrə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Ağsu şəhəri, Babək küçəsi 7 ünvanında yaşayan Qarabağ əlili Elşən Nağıyev Abdulla oğlu söyləyir ki, zəlzələdən sonra Ağsu Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahına müraciət edib. Müraciətindən sonra evinə baxış keçirilib və təmir yazılıb. Şikayətçi isə təmirlə razılaşmayıb. Üzərindən uzun müddət keçəndən sonra podratçı şirkətin əməkdaşları Elşən Nağıyevin evində təmir işlərinə başlayıblar. Lakin sonradan işi yarımçıq qoyaraq gediblər: “Hərbi xidmətim Qarabağ bölgəsində keçib. İki dəfə yaralanmışam. Bir dəfə güllə, bir dəfə isə qəlpə yarası almışam. Əlillik dərəcəsi ala bilməmişəm. Müharibədə iştirak edənlə, yaralanan adam arasında fərq qoymurlar. Səksən manat pulla ailə dolandırıram. Bunları bir kənara qoyaq. Bəs yaxşı, prezident pul ayırıb ki, evi başına uçanların evini tikin. Bunu niyə etmirsiniz? Özümün şəxsi evim yoxdur. Anamla bir evdə qalıram. Fövqəladə Hallar Nazirliyi zəlzələdən ziyan görmüş evlərə baxış keçirən zaman evə təmir yazdılar. Amma bu ev təmirə yararlı deyil. Altmış ildən qalan kərpic evə nə təmir? Dəfələrlə baxış keçirilib. Sonra gəldilər ki, bəs təmir edəcəyik. Bir neçə kisə sement, bir-iki qutu emulsiya gətirmişdilər. Divarlara bayır hissədən tor qoyub, suvaq çəkdilər. Heç üzərindən beş gün keçməmiş divarlar yenə partladı. Sonra da işi yarımçıq qoyub getdilər. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin qəbulunda oldum. Dedi ki, ev işinə mən baxmıram. İcra başçısının birinci müavini Füzuli Kərimlinin qəbulunda oldum. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Ağsuya gələndə onun qəbulunda oldum. O, mənim sənədlərimə baxdı, dedi ki, biz sənə borcluyuq. Sənin evin, yaşayışın yaxşı olmalıdır. Ancaq bu da heç bir nəticə vermədi. Prezident Adminstrasiyasına getdim, Zeynal Nağdalıyevin qəbuluna düşmək istəyirdim. Özünü görməsəm də, məni qəbul etdilər. Sənədlərimə baxdılar, bu da bir nəticə vermədi. Bu, nə işdir, nə məsələdir? Niyə Qarabağda can qoyan oğulların evləri düzəlmir? Biz axı torpağımız yolunda can qoymuşuq”.
Ağsu şəhəri, Söhbət Quliyev küçəsi 5, ev 10 ünvanında yaşayan Dilarə Nemətova zəlzələdən sonra fərdi yaşayış mənzillərinin bərpası üçün aidiyyətli qurumlara müraciət edib. Evinə baxış keçirilib, təmir-bərpa yazılıb. Şikayətçi deyir ki iki ilə yaxındır, evlərini təmir edən yoxdur: “Bir neçə gün öncə Ağsu Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Mirəli Qurbanovla danışmışıq. Dedi ki, sizin evin faktiki tikintisinin hesablanması aparılır. On beş gündən sonra işə başlayacağıq. Açığı, mən bu sözlərə inanmıram. Çünki hələ iki ay öncə bu adam bizə eyni vədləri vermişdi. Hələ də gözləyirik. Zəlzələdən sonra evimiz qəzalı vəziyyətdə düşdüyü üçün, oğlum, gəlinim, azyaşlı nəvəm və həyat yoldaşımla Bakıya köçüb, kirayə ev tutduq. Həyat yoldaşımla oğlum kafe icarə götürüb işlədirdilər. Pandemiya dövründə kafelər bağlandı. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Kirayə pulunu verə bilmirik. Dövlətdən yalnız bir dəfə - aprel ayı üçün birdəfəlik 190 manat ödəmə almışıq. Bu neçə ayda həmin pulla necə dolanmaq olar? Artıq bir ildən çoxdur ki, Ağsu Rayon İcra Hakimiyyətində oturan məsul şəxslər başımıza oyun açır. Bizim evi tikmir ki, yığışıb içində yaşayaq. Ölkə başçısı dəfələrlə pul ayırıb ki, qəzalı evlər tikilsin, amma nədənsə kasıbların deyil, varlıların evi tikilir. Bizə hər dəfə müxtəlif bəhanələr gətirirlər. Əvvəllər deyirdilər ki, adınız sistemdə yoxdur. Sonra dedilər ki, adınız sistemdə var, bir aya smeta dəyəri müəyyən olunsun, tikintiyə başlayacağıq. Sonra karantini bəhanə gətirdilər. İndi də deyirlər ki, 15 gün gözləyin. Başımızın altına yastıq qoyub bizi aldatmaq istəyirlər. Ölkə başçısına səslənirəm, bu özbaşınalığı görsün və vəziyyətə əncam çəksin. Ev siyahısında 197-ci adamıq. Nə oldu, bu iki ildı bizə növbə gəlib çatmadı?”
Ağsu rayonu, Gürsulu kənd sakini Samir Mirzəxanov Osman oğlu isə deyir ki, zəlzələdən 15 gün sonra Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahının nümayəndədlərinə durumla bağlı məlumat verib. Dediyinə görə, ona qeydiyyat aparıldığını deyiblər. Lakin sonradan öyrənib ki, onun evi siyahıya alınmayıb: “Bir ildən çoxdur ki, qəzalı vəziyyətdə olan evdə yaşayırıq. Zəlzələ vaxtı müraciət etməyimə baxmayaraq, siyahıya alınmamışam. Prezidentə kimi məktub yazdım, amma heç bir yerdən xəbər-ətər çıxmadı. Sistemə adımı qeyd etməyiblər. Hər dəfə aldadıblar ki, get yaxşı olacaq. Qarşıdan soyuq qış gəlir. Yeni icra başçısı təyin olunandan sonra karantini bəhanə edib qəbula buraxmırlar. İki gündür yağış yağır, suyun hamısı evin içərisindədir. Yazdığım şikayət məktubları da Ağsu Rayon İcra Hakimiyyətinə yönləndirilir və cavab da gəlmir. Ev hər an uça bilər. Özümdən daha çox iki azyaşlı uşağıma və birinci qrup əlil atama görə narahatam. Məktub yazıb, müraciət etmədiyim yer qalmayıb. Məndən sonra müraciət edən adamlara quru torpaq üzərində ev tikiblər. Artıq əlim hər yerdən üzülüb. Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
• Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53 |
|
|
|
• “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50 |
|
|
|
• İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47 |
|
|
|
• Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46 |
|
|
|
• "Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43 |
|
|
|
• NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39 |
|
|
|
• İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32 |
|
|
|
• Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30 |
|
|
|
• Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22 |
|
|
|
• “1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19 |
|
|
|
• Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16 |
|
|
|
• Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14 |
|
|
|
• Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10 |
|
|
|
• "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05 |
|
|
|
• "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54 |
|
|
|
• Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38 |
|
|
|
• "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35 |
|
|
|
• Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29 |
|
|
|
• Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21 |
|
|
|
• ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11 |
|
|
|
• Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01 |
|
|
|
• Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56 |
|
|
|
• Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53 |
|
|
|
• "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51 |
|
|
|
• Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48 |
|
|
|
• BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47 |
|
|
|
• Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45 |
|
|
|
• Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39 |
|
|
|
• “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
|