“Dövlət tərəfindən təyin olunan 190 manatı ala bilmədim” - GİLEY
Tarix: 25-08-2020, 09:57 | Çap et
“İki aydır ki, dövlət tərəfindən mənə təyin olunan 190 manat birdəfəlik ödəməni ala bilmirəm. Aidiyyətli qurumlar müxtəlif bəhanələr gətirib, pulumu vermədilər”. DİA.AZ bildirir ki, bunu Göyçay şəhər sakini, Məhəmmədəmin Rəsulzadə küçəsi, ev 44 ünvanında yaşayan Aqil Məmmədov Ramiz oğlu deyir. Söyləyir ki, mövcud pandemiya ilə əlaqədar işsiz qaldığı üçün bu ilin martında 190 manat birfədəflik ödəmə almaq məqsədilə “www.e-sosial.az” portalından qeydiyyatdan keçib və müsbət cavab alıb. Birinci dəfə ona pul aprel ayında təyin olunub:
“Pandemiya ilə əlaqədar bir çoxu kimi mən də işsiz qalmışam. Əvvəllər Bakıda restoran və kafelərdə ofisiant işləyirdim. Karantindən sonra iaşə obyektləri bağlandığü üçün məcbur olub rayona qayıtdım. Rayonda da iş olmadığına görə hazırda işsizəm. Dövlət tərəfindən 190 manat birdəfəlik ödəmə ilə bağlı qərar veriləndən sonra mən də onlayn müraciət etdim, müsbət cavab aldım. Mənə “www.e-sosial.az”dan mesaj gəldi ki, “Azərpoçt”un poçt şöbələrinə yaxınlaşıb 190 manatı alım”.
Aqil Məmmədov deyir ki, karantin müddətinin bu qədər uzanacağını heç ağlına gətirməyib. Martın 13-də Göyçaya, ailəsinin yanına gedəndə də əşyalarını, həmçinin şəxsiyyət vəsiqəsini Bakıda kirayə qaldığı evdə qoyub: “Yollar bağlanmışdı, Bakıya gediş-gəliş çətinləşmişdi. Göyçay Rayon Mərkəzi Poçtuna yaxınlaşıb, sənədin şəklini təqdim etdim. Pulu vermədilər, dedilər ki, şəxsiyyət vəsiqəsinin özü olmalıdır. Bir aya yaxın gözlədim, sonra vəsiqəm gəldi. Təkrar mərkəzi poçta getdim, orada mənə müxtəlif bəhanələr gətirdilər. Əvvəlcə dedilər ki, sizin adınıza pul köçürürlməyib. Daha sonra da dedilər ki, siz artıq pulu almısınız. Nə qədər çalışsam da, nəticəsiz qaldı, pulu ala bilmədim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi”nə zəng vurdum. Problemimi bildirdim, dedilər ki, məsələni araşdırıb, 15 gün ərzində sizə məlumat verəcəyik. Təəssüf ki, çox gözləyəsi oldum, mənə heç bir məlumat verilmədi. Dəfələrlə yığdım, xətt məşğul oldu, danışa bilmədim. Bununla da aprel ayı üçün dövlət tərəfindən mənə təyin olunan 190 manatı ala bilmədim”.
Aqil Məmmədova “www.e-sosial.az”dan ikinci dəfə mesaj mayın əvvəlində gəlib. Vətəndaşa bu dəfə təyin olunmuş birdəfəlik ödəməni almaq üçün “Kapital Bank”ın filialına yaxınlaşmaq tövsiyə olunub: “Kartı almaq üçün “Kapital Bank”ın rayon üzrə filialına yaxınlaşdım. Bankda əvvəlcə dedilər ki, sizinlə bağlı sistemdə məlumat yoxdur. Daha sonra isə dedilər ki, pul artıq götürülüb. Halbuki, mən indiyədək bir manat pul almamışdım. Yenidən mərkəzi poçta yaxınlaşdım ki, bəlkə birinci ayın pulunu ala bilim. Orada da dedilər ki, sistemdə adınız yoxdur, silinib və yaxud pul götürülüb. Tam dəqiq məlumat vermədilər. Bundan sonra Göyçay Rayon Məşğulluq Xidmətinə yaxınlaşdım ki, bəlkə problemimi onlar həll edərlər. Sistemdə yoxlayıb, dedilər ki, 600 min içərisində ad-soyadınız yoxdur. Bu, nə deməkdir, anlamıram. Mənə həm aprel, həm də may ayı üçün “www.e-sosial.az”dan mesaj gəlib ki, pulu alın. Amma aidiyyətli qurumlara gedirəm, gah haqqımda sistemdə məlumat çıxmır, gah da deyirlər ki, aprel ayında siz pulu almısınız”.
Hazırda işsiz olan Aqil Məmmədov deyir ki, “Kapital Bank”la Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi”ndə problemini həll etmirlər: “Pulu niyə vermədikləri ilə bağlı heç bir səbəb göstərmədilər. Bəs yaxşı, telefonuma pulu almaqla bağlı niyə mesaj gəlib? Belə haqsızlıq olmaz. Ailədə dörd nəfərik. Atam 2006-cı ildə vəfat edib. Hazırda əmimin himayəsində yaşayırıq. Mən işsizəm, böyük qardaşım da iş olandan-olana işləyir. Kiçik qardaşım marketdə satıcı işləyir, ayda 200 manat pul alır. Anam da işləmir. Bu müddət ərzində kimdənsə borc almaqla dolanıram”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
• Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53 |
|
|
|
• “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50 |
|
|
|
• İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47 |
|
|
|
• Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46 |
|
|
|
• "Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43 |
|
|
|
• NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39 |
|
|
|
• İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32 |
|
|
|
• Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30 |
|
|
|
• Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22 |
|
|
|
• “1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19 |
|
|
|
• Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16 |
|
|
|
• Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14 |
|
|
|
• Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10 |
|
|
|
• "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05 |
|
|
|
• "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54 |
|
|
|
• Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38 |
|
|
|
• "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35 |
|
|
|
• Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29 |
|
|
|
• Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21 |
|
|
|
• ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11 |
|
|
|
• Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01 |
|
|
|
• Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56 |
|
|
|
• Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53 |
|
|
|
• "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51 |
|
|
|
• Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48 |
|
|
|
• BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47 |
|
|
|
• Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45 |
|
|
|
• Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39 |
|
|
|
• “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
|