Milli Məclisə yolu bağlanacaq deputatlar: - YAP-ın seçki siyahısında yenilənmə gözlənilir
Tarix: 30-09-2019, 09:11 | Çap et
Növbədənkənar seçkilər ssenarisi həyata keçmədiyi halda, 2020-ci ilin ilk yarısında Yeni Azərbaycan Partiyası (YAP) növbəti seçkilər üçün hazırlığa başlaycaq. Lakin hakim partiyadan seçilmiş bir çox tanınmış şəxslərin parlamentə giriş yolu bu dəfə qapadıla bilər. Bunu iddia etmək üçün bəzi nümunələr var.
Hazırda Milli Məclisdə 72 deputatı olan YAP-ın yeni siyahısında dəyişiklik üçün əsas nədir?
Bəzi deputatların hakim partiyanı pis vəziyyətdə qoyan açıqlamaları, qanunazidd biznes fəaliyyətlərinin yaratdığı problemlər və s.
Bu mənada çıxdaş ediləcək şəxslər sırasında Milli Məclisin sədri Oqtay Əsədov ilk pilləni tuta bilər. Bu ilin martında Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı məlumatlar gündəmin əsas müzakirə mövzularından biri olub. Araşdırmalar nəticəsində həmin ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz klubun Əsədovun ailəsinə, daha doğrusu, spikerin xanımı Zemfira Əsədovanın “Arizarum Qrup” MMC-sinə (kapital dəyəri 10 milyon 629 min $) məxsus olduğu aydınlaşıb.
Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olan, hakimiyyətin qanunverici qoluna rəhbərlik edən bir şəxsin böyük səs-küy yaradan qalmaqala təpkisi yalnız susmaq olub. Ona qahmar çıxmış deputat Fəzail Ağamalının “Oqtay Əsədov spikerdir deyə, onun ailəsi acından ölməlidir?! Sahibkarlığın nəyi pisdir?!” tragikomik cavabı isə rəzaləti ört-basdır etməyə kifayət etməyib.
Məntiqlə YAP, Siyasi Şuranın üzvü olan Oqtay Əsədovun bu “ləkə”sindən təmizlənməlidir.
Digər qalmaqal Aydın Mirzəzadənin təmas xəttinə baş çəkən Ermənistanın baş naziri Nikol Paşinyan və digər vəzifəli şəxslərinə qəsd etmək barədə çağırışı ilə yaranıb. Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, YAP İcra Katibliyinin siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri əvvəlcə açıqlamasında hissiyyata qapıldığını, daha sonra “jurnalistlərin onun çıxışını təhrif etdiyini” söyləsə də, necə deyərlər, quş artıq qəfəsdən çıxmışdı: erməni mətbuatı “mingəçevirli qurbağa”nın açıqlamasının açıq təhdid olduğunu dünyaya car çəkirdi.
YAP-çı Siyavuş Novruzovun da parlamentdən kənarda qalmaq ehtimalı yüksəkdir. YAP-ın icra katibinin müavini hakim partiyanın Siyasi Şurası və İdarə Heyətinin üzvü olan sabiq nazirlərlə bağlı açıqlaması ilə partiyasını çıxılmaz durumda qoyub. Nəticədə, bir sıra digər YAP-çı deputatlar (Eldar İbrahimov, Tahir Rzayev), o cümlədən partiya sədrinin müavini, icra katibi, həmçinin Baş nazirin müavini olan Əli Əhmədov sakitləşdirici izahatlar verməli olublar.
“Partiya məsləhət bilərsə, yenidən seçkilərə qatıla bilərəm. Partiya mənə dəstək olmazsa, mən seçkilərə qatılmayacam”. Bunu İTV-yə müsahibəsində deyən Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, YAP-ın Siyasi Şurasının üzvü Hadi Rəcəblinin də 2020-ci il 6-cı çağırış parlament seçkilərindən kənarda qalması gözləniləndir. Onun bir sıra açıqlamaları təkcə KİV-də deyil, sosial şəbəkələrdə də iqtidarın hədəfə çevrilməsinə səbəb olub. Təbii ki, növbəti dəfə deputat mandatına sahiblənmək üçün adları iqtidarın “qara siyahı”sına düşmüş şəxslər yuxarıda sadaladıqlarımızla yekunlaşmır. Bu sırada adı "Relax" İstirahət və Turizm Mərkəzindəki qalmaqalda hallanmış, bu məsələyə görə ailə üzvüləri həbs olunmuş İqbal Məmmədov və digərləri də var.
Reyting.az-ın məlumatına görə, YAP-da növbəti seçkilərlə bağlı artıq indidən kulis söhbətləri gedir. Çox məhdud dairəyə deputat vəsiqəsi almaq arzusu ürəyində qalacaq adlar dəqiq məlumdur.
Bəs 2020 kampaniyasında onları kimlər əvəzləyəcək?
YAP-da yeni simaların görünəcəyinə dair siqnallar var. Lakin daha etibarlı görünən ehtimal budur ki, yenilənmiş Milli Məclisdə “bitərəf” deputatlar sayca çoxalacaq. Bu, əsasən Aİ ölkələri və ABŞ-da ali təhsil almış, idarəçi təfəkkürlü, siyasi iddiası olmayan gənc kadrlardır.
Əslində, son dövrün təyinatları da bu fikrin təsdiqləyici nişanəsidir. Hakimiyyətin icraedici qolunda köhnə-kürüşdən qurtulan iqtidarın hakimiyyətin qanunverici qanadındakı “yıpranmış lələklər”dən təmizlənməsi zamanı yetişib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
|