"Rüşvət alıb, evi olana yenidən ev tikirlər" - GİLEY
Tarix: 25-09-2019, 09:35 | Çap et
Zaqatala rayonu, Muxax kəndi, Azərbaycan prospekti döngə 2, ev nömrə 3-də yaşayan Abdulla Mahmudov şikayətçidir. DİA.AZ bildirir ki, onun narazılığı yerli icra hakimiyyətindəndir. Şikayətçi 2018-ci ilin mayında uçaraq, tamamilə yararsız vəziyyətə düşən evinə baxış keçirilsə də, tikinti aparmaq istəmirlər:
“Ev 1950-ci ildə tikilib. Hələ 2013-cü ildən qəzalı vəziyyətdəydi. Hər an uçmaq təhlükəsi varıydı. Təxminən yüz kvadratmetrlik, üç otaq və bir aynabənddən ibarət olan evimizdə gecələr səksəkə içərisində yaşayırdıq. 2018-ci ildə zəlzələ oldu, ev bir az da zədələndi. Təxminən bir ay sonra ard-arda yağışlar yağdı, sonra da ev uçdu.
Biz aynabənddə yatırdıq, otaqlara girməyə ürək eləmirdik. Səhər saat 6 idi, möhkəm səs eşitdim, toz-dumana qarışdı, hələ nə baş verdiyini anlamamışdım. Keçdim, o biri otağa, gördüm ki, evin arxa tərəfi tamamilə uçub. Bundan sonra uşaqlar da qorxdu, yeddi nəfər qardaşımgildə balaca bir yerə sığındıq. İki oğlum, bir qızım var. Oğullarım Bakıda, orda-burda başlarını saxlayırlar, kirayə pullarını da güclə verirlər. İki bacım da bizimlə yaşayır, biri pensiyaçıdır, digəri də ikinci qrup əlildir”.
Abdulla Mahmudov deyir ki, aidiyyatı qurumlar prezident İlham Əliyevin qəzalı evlərin sökülərək, yenidən tikilməsi ilə bağlı verdiyi göstərişə məhəl qoymur:
“Rüşvət alıb, evi olana yenidən ev tikirlər. Bunlara haqqı deyirsən, nəsə tələb edirsən, istəyirlər ki, səni çıxdaş eləsinlər. Burada şəhid ailəsi var, dəfələrlə şikayət etdi, ona ev tikmədilər. Dörd il Qarabağda döyüşən oğlana 2013-cü ildən ev tikirlər, amma hələ də başa çatdırmayıblar. Yəni belə haqsızlıqlar çox olur. Kəndimizdə çox ev var ki, qəza yazıblar, hissə-hissə tikirlər. Onların hamısında insanlar yaşayır. Amma mən iki ildir evimdə yaşaya bilmirəm. Bu ərazidə mənim evim vəziyyətdə olan ikinci bir tikili tapmaq mümkün deyil. Hətta otuz ildir rayonda yaşamayan adama ev tikirlər. Kimə ev tikiblərsə, sağlığına qismət olsun. Deməyim odur ki, mənim evimə də baxsınlar. Heç kim onlardan ev istəmir. Sərəncam verilib, pul ayrılıb. Ayrı-seçkiliyi isə özləri yaradır. Mən öz haqqımı tələb edirəm”.
Zərərçəkən bildirir ki, evi uçub, dağılandan sonra Zaqatala Rayon İcra Hakimiyyətində olub. Həmçinin Fövqəladə Hallar Nazirliyinə dəfələrlə məktub yazıb. Bir neçə dəfə isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə gedib:
“İcra hakimiyyətinə müraciət olunub. Evin dağılmağı bir yana, gəlib baxmayıblar ki, axı burada ailə yaşayır. Təhlükə olar, adamın üstünə uçar. Bunun qazı var, işığı var. Heç kim gəlib, maraqlanmadı ki, burada insan yaşayır, nə baş verib.
İki-üç dəfə Fövqəladə Hallar Nazirliyində, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində oldum. Açığı, onlar heç kimi qəbul edib, şikayəti ilə maraqlanmırlar.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində bir qadın vardı, evin şəkillərinə baxdı. Mənə dedi ki, sən nazir müavini ilə görüş. İkinci dəfə getdim, həmin xanım dedi ki, görüşünüz nəzərdə tutulan adam rayonlara gedib. Növbəti dəfə yenə gedəndə, mənə “sən bu evə müdaxilə etmisən, belə uça bilməz”, - dedi. Mən də cavabında dedim ki, belə çıxır, dağılan və tərəfinizdən tikilən evlərə sizin razılığınızla müdaxilə edirlər? Gərək adam xəstə ola ki, öz evini dağıda, pis-yaxşı orada yaşayırdım. Qadına dedim ki, köməklik eləmirsiniz, heç olmasa, məni şantaj etməyin. Mən öz evimi heç vaxt dağıtmaram. O, da qayıtdı ki, bu icra hakimiyyətinin səlahiyyətində olan işdir, bizlik deyil. Mən də dedim ki, icra hakimi ev tikən deyil. Muxaxda inşa olunan səkkiz yüz yeni evin hamısını siz tikmisiniz. Bu, sizin işinizdir. Yenə təkrar qayıtdı ki, bu oralıq işdir, bizlik deyil. Heç kim şikayətimə baxmadı, yəni ki, siz qara siyahıda olan adamlarsınız, başınızın çarəsini qılın.
Mənim ev tikməyə imkanım yoxdur. İşləmirəm, çünki bu ölkədə iş yoxdur. Bir-iki mal-heyvanım var, bununla da ancaq baş girləmək olar. Zaqatalanın özündə fabrik vardı, camaat gedib işləyirdi. Kənd təsərrüfatı ilə məşğul idik. Kənd təsərrüfatını da sıxışdırıb çıxarıblar, bütün torpaqları zəbt ediblər. Pullu adamlar, Zaqatalanın yarısını alıblar artıq. Kəndli nə etməlidir? Malı yetişdirir, bazarı yox. Qəpik-quruşla da ev tikmək mümkün deyil”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
|