Bu həftə onun da 'ulduzu sönəcək'... .....                     Naxçıvanda mühüm posta TƏYİNAT .....                     Putin üçün həyəcan siqnalı... .....                     "İstəyənin bir, verməyənin iki üzü qara... .....                     Ermənistandakı silahlar kimə tuşlanacaq? .....                     İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi .....                     Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş .....                     Yeni virusa yoluxanların 43 faizi ölür? .....                     “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" .....                     "Mən sənətdə olanda sən yox idin" .....                     İsrail Azərbaycana yeni səfir təyin edib .....                     "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..." .....                     Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... .....                     Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU .....                     Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək .....                     "Əvvəllər toya kəllə qənd aparardılar... .....                     Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ .....                     Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar .....                     ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı .....                     "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq" .....                     Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb .....                     Öcalanın çağırışından sonra PKK təslim olmasa... .....                     Samir Şərifov bir kadr kimi .. .....                     "Çay susevən məhsuldur, su isə çox bahadır..." .....                     Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb .....                     "Suriya artıq İran üçün dəhliz olmayacaq" .....                     Muxtar Babayevin məqsədi nədir? .....                     Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı .....                     "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." .....                     Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... .....                     Əməkdar artist sevginin rengini tapıb .....                     İran çətin durumda: o, Bakıya qurban verilir? .....                     Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq .....                     İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib .....                     Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                     Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                 

"Obyektlərə gedəndə qanunsuzluqlar aşkar edirdim..." - GİLEY
Tarix: 9-09-2019, 09:35 | Çap et
"Obyektlərə gedəndə qanunsuzluqlar aşkar edirdim..."
“Obyektlərə gedəndə qanunsuzluqlar aşkar edirdim. Bu qanunsuzluqların başında idarənin balans uçotu şöbəsinin müdiri Həbib Məmmədovun dayandığını bilirdim. Bu barədə rayonun işıq idarəsinin rəisinə də bildirirdim. O isə tədbir görəcəyinə söz verirdi. Mən bu qanunsuzluqlarla bağlı sosial şəbəkələrdə yazırdım. Nəticədə idarə rəhbərliyi qərara gəldi ki, bu qanunsuzluqlara son qoymaqdansa, məni işdən kənarlaşdırmaqla məsələni ört-basdır etsinlər”.

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Kamran Ağayev 3 il həmin rayonun işıq idarəsində mühəndis-nəzarətçi işləyib. Onun deməsinə görə, işlədiyi müddətdə gördüyü qanunsuzluqlara göz yuma bilməyib, gördüklərini sosial şəbəkələrdə paylaşıb. Nəticədə özü işsiz qalıb. Bu azmış kimi, idarənin balans uçotu şöbəsinin müdiri Həbib Məmmədov onu məhkəməyə verib, həbs olunmasını tələb edir.

Karman Ağayev Dövlət Neft Akademiyasını bitirib. 2016-cı ilin fevral ayında idarəyə işə qəbul olunub. Xidməti ərazisi olan fermalarda və başqa obyektlərdə olarkən qanunsuzluqlar aşkar edib. Bununla bağlı Cəlilabad rayon Elektrik Şəbəkəsinin rəhbərliyinə məlumat verib:

“Həmin vaxt rəisimiz Aydın Məmmədov idi. Mən ona qanunsuzluq barədə xidməti məruzə etdim. Həbib Məmmədov məni dəfələrlə kənara çəkib xəbərdarlıq etdi ki, “nə gördün, yum gözünü, keç, sənlik deyil”. Mənsə bildirdim ki, xidməti ərazimdə kimsə dövlətin əmlakıyla şəxsi əmlakı kimi davrana, qanunu poza bilməz. Ondan sonra Həbib Məmmədov mənimlə qərəzçilik aparmağa başladı”.

Kamran Ağayev deyir, qərəzçilik bu ilin iyulunda onun işsiz qalmasına səbəb olub:

“İyun ayının 29-dan bülletendə olmuşam, həmin vaxt əlinə girəvə düşən idarə rəhbərliyi mənim barəmdə təqdimat yazaraq işdən çıxarılma əmrimi imzalayıb. Çünki rəis özü sonralar mənə etiraf etdi ki, Kamran, səninlə bağlı təqdimatı mənə Həbib yazdırdı, yoxsa yazmazdım. Rəhbərliyin bu hərəkəti növbəti qanunsuzluq idi, çünki mən bülletendə ola-ola işdən azad etmişdi. Cəlilabad rayon Elektrik Şəbəkəsində baş verən qanunsuzluqla bağlı prezidentə, prokurora, “Azərişıq” ASC-yə, Energetika Nazirliyinə və başqa qurumlara yazdım. Yazdıqlarıma yalnız Energetika Nazirliyindən reaksiya oldu. Yoxlama keçirildi və sadaladığım qanunsuzluq faktları təsdiqləndi”.

Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialının rəisi Elçin Qocayev sentyabrın əvvəli Kamran Ağayevə göndərdiyi məktubda qeyd edib ki, onun prezidentə və digər qurumlara ünvanladığı müraciətlər bu filiala yönəldilib. Müraciətdə qaldırılan məsələlər araşdırılıb. Qeyd olunan qanun pozuntuları təsdiqlənib, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Maarif Novruzov və balans uçotu şöbəsinin rəisi Həbib Məmmədov barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Məktubun sonunda bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin əməkdaşlarının fəaliyyətinin araşdırılması, onların barəsində hər hansı intizam tənbehi tədbirlərinin görülməsi Energetika Nazirliyinin səlahiyyətlərinə aid deyil. Kamran Ağayevə tövsiyə edilib ki, bunun üçün o, aidiyyəti qurumlara müraciət edə bilər.

Kamran Ağayev energetika nazirinin qəbulunda olduğunu da deyir: “Pərviz Şahbazov dedi ki, biz qanunsuzluqları aşkar edib aktlaşdırmışıq, bundan o tərəfə addım atmaq bizim səlahiyyəmizə aid deyil. İşdən çıxarılmağına gəlincə, get, məhkəməyə ver. Bugünədək Pərviz Şahbazovdan başqa heç bir qurum, nazir müraciətlərimlə maraqlanmayıb. Bu cəzasızlığın nəticəsidir ki, mənimlə qərəzçiliyi hələ də davam etdirən Həbib Məmmədov guya ona böhtan atmağıma görə məni xüsusi ittiham qaydasında şikayət ərizəsiylə məhkəməyə verib, 3 illik həbs olunmağımı tələb edir. Halbuki, dediyim kimi, idarənin qanunsuzluqlarını Energetika Nazirliyi də təsdiqləyib”.

Həbib Məmmədovun şikayət ərizəsi üzrə Cəlilabad Rayon Məhkəməsində iki dəfə məhkəməyə hazırlıq iclası təyin olunub. İlk iclas avqustun 29-na təyin olunsa da, Kamran Ağayevin yaşadığı ünvana bildiriş avqustun 31-də gəlib. Bu səbəbdən də hazırlıq iclası baş tutmayıb. Hazırlıq iclası növbəti dəfə sentyabrın 5-nə təyin olunub, ancaq bu dəfə Həbib Məmmədov hazırlıq iclası başlamamışdan məhkəmə binasını tərk edib və qayıtmayıb. Hakim iclası növbəti dəfə sentyabrın 17-dək təxirə salıb.

İki ay əvvəl Kamran Ağayev də işə bərpa ilə bağlı məhkəməyə müraciət edib. Ancaq deməsinə görə, işi icraatına götürən hakim iki aydır ki, məhkəməni keçirmir.

Kamran Ağayevin ailə üzvləri deyir, Cəlilabad Elektrik Şəbəkənin rəisi yaşadıqları ünvana gələrək onlardan tələb edib ki, Kamrana təzyiq göstərsinlər, şikayətlərini dayandırsın. Bundan başqa, Həbib Məmmədovun tapşırığıyla polislər ünvana gələrək Kamran Ağayevi polis şöbəsinə aparıblar. Anası danışır:

“Həbib Məmmədov rayonda at oynadır, ailəmizə zülm eləyir. Həyətimizə o qədər polis tökmüşdü ki… Kamranı elə apardılar ki, sanki qatı cinayətkar, qatil tutublar. Evdə ruhi xəstə var, baş verənlərdən vəziyyəti ağırlaşmışdı, mən həmin vaxt qorxmuşdum, əsəb, sarsıntı keçirmişdim, indiyə kimi də yüksək təzyiqdən, şəkərdən əziyyət çəkirəm. Bu uşağın günahı nədir ki?.. Düzgünlük… Gördüyü əyriliyə, saxtakarlığa göz yummamaq…”

Kamran Ağayevin atası da vaxtilə yerli işıq idarəsində elektrik kimi çalışıb. Qanunsuzluqlara görə ərizə yazaraq könüllü işdən çıxıb.

Cəlilabad Elektrik Şəbəkəsindən bildirilib ki, Kamran Ağayevin əmək əmək müqaviləsinin müddəti bitib, “Azərişıq” ASC rəhbərliyi onunla yeni müqavilə imzalamayıb. Balans uçotu şöbəsinin müdiri Həbib Məmmədovsa bildirib ki, Kamran Ağayevin iddia etdiyi bütün məsələlərə Cəlilabad Rayon Məhkəməsi hüquqi qiymət verəcək. Bu səbəbdən də o, iddialara münasibət bildirməyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01
Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51
Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40
"İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30
Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26
İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24
Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21
Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25
“Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
"Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16
İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10
"Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14
Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13
Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08
Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27
"Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25
Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23
Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40
"Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34
Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35
Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30
Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12
"Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08
Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03
"Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49
Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38
"Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34
Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30
Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25
İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru