Lerikin deputatı azmış kimi başçısı da narazılıq yaradır... - Prezidentə şikayət olundu
Tarix: 20-08-2019, 10:39 | Çap et
Lerik rayonun Kekonu və Sorsçay kəndlərinin sakinləri adından növbəti dəfə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunaraq kəndlərin əsas probleminin həll olunmasına köməklik göstərmələri xahiş olunub.
Lerik rayonun Sorsçay kənd sakini, şəhid atası Bayraməli Bəbirovun yazdığı müraciətdə bildirilir ki, Lerik rayon İcra Hakimiyyəti Kekonu və Sorsçay kəndlərinin kiçik olmasını bəhanə gətirib, onları dovlət qayğısından kənarda saxlayıb.
Müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli Prezident!
Lerik rayonunun sərhəd bölgəsində yerləşən Kekonu və Sorsçay kəndləri müasir sivilizasiyadan kənarda saxlanılıb. Belə ki, abadlaşdırılmış rayonun mərkəzindən Şinəbənd, Nuravud və Zərdəbərə kəndlərinə qədər müasir tələblərə cavab verən yol infrastrukturunun çəkilişinə başlanılsa da bu kəndlərdən cəmi 3 kilometr məsafədə yerləşən Kekonu və Sorsçay kəndlərinin sakinləri olaraq həm iqtisadiyyatdan, həm sosial inkişafdan, həm həyatdan, həm də ümumiyyətlə, sivilizasiyadan kənarda qalmışıq.
Sizin Lerik rayonuna diqqətinizi Piran yolunun açılışı, cümlədən, Şinəbənd, Nuravud və Zərdəbərə kəndlərinin yollarının abadlaşdırılması üçün verdiyiniz sərəncamlar və göstərişləriniz də bunu təsdiqləyir. Lakin Kekonu və Sorsçay kəndlərini müasir həyatdan ayıran cəmi 3 kilometrlik yolun inşa edilməməsi, ümumiyyətlə müvafiq qurumların kənd sakinlərinin yol probleminə diqqət ayırmaması onu təsdiqləyir ki, Sizin bu məsələdən xəbəriniz yoxdur, əks təqdirdə, mənzərə başqa cür olardı.
Dəfələrlə Siz başda olmaqla müvafiq qurumlara müraciət edərək problemlərimizi bildirmişik. Lakin yerli icra orqanları Sizə yalan məlumatlar verərək, guya kənd yollarımızı təmir etdiklərini deyiblər. Hər bir ölkə vətəndaşı kimi gördüyünüz işləri dəstəkləyir, vətənimizin inkişafını görüb fərəhlənirik. Lakin bəzi məmurların əməlləri nəticəsində bizim kəndlərimiz – Kekonu və Sorsçay bu inkişafdan kənarda qalıb. Yalnız öz maraqlarını güdən, bunun üçün yeri gəlsə xalqın mənafelərini belə qurban verən vəzifə sahibləri sizin Lerikə göstərdiyiniz qayğıdan bizləri məhrum ediblər. Artıq keçilməz vəziyyətdə olan bu yollar kənd sakinlərinin həyatını daha da dözülməz edib. Dəfələrlə əlaqədar dövlət qurumlarına müraciət etsək də səsimizi eşidən olmayıb. Özlərini Sizin sadiq əsgərləri kimi qələmə verən Lerik rayon İcra Hakimiyyətinin məmurları əslində sizin xalqa göstərdiyiniz qayğıdan sui-istifadə edir, öz şəxsi maraqlarını qoruyurlar. Lerik rayonunun təbii qazla təmin edilməsi üçün həyata keçirilən layihələrdən də bizim kəndlər kənarda saxlanılıb. Lerik rayon İcra Hakimiyyətinin məmurları sanki bu iki kəndi – Kekonu və Sorsçayı görməzdən gəlirlər. Yerli icra məmurları bizim kəndlərin sosial-iqtisadi inkişafı ilə bağlı heç bir iş görmürlər, infrastruktur və sosial layihələrdən kənarda saxlanılırıq.
Cənab Prezident!
Biz Lerik rayon İcra Hakimiyyətindən və rayonun müvafiq qurumlardan yolumuzun təmir olunmasını istəyirik. Yalandan bir traktor ayıraraq, guya yolumuzun genişləndirəcəyini dedilər. Amma yolda demək olar heç bir iş görülmədi və yolun keçilməz hissələrinin genişləndililməsi təmin olunmadı. Payız və qış aylarında kəndlərimizin yolları tam yararsız vəziyyətə düşür. Adicə yağışlı havalarda Kekonu və Sorsçay kəndlərinə minik avtomobilləri gedib-gəlmək olmur. Kəndlərin əhalisinin təcili tibbi yardıma ehtiyacı yarandıqda onları normal xəstəxanaya vaxtında yetişdirə bilmir. Biz bilirik ki, Prezident başda olmaqla Siz sərhədyanı kəndlərin abadlığına xüsusi diqqət yetirirsiniz. Düşünürük ki, axı necə ola bilər bütün vətəndaşların qayğısına qalan, gecə-gündüz ölkəmizin rifahı üçün çalışan Sizlər cəmi 3 kilometrlik yolu diqqətdən kənarda saxlasın.
Cənab Prezident!
Biz həmişə dövlətimizə güvənmişik.. Bizim yaşadığımız Kekonu və Sorsçay kəndlərinin kiçik olmasını bəhanə gətirib, bizi dovlət qayğısından kənarda saxlanıldığını rəsmilər bizə bildirir. Amma biz Sorsçay və Kekonu kəndlərinin sakinləri daim vətən eşqi həsrətində olmuşuq. Qarabağ uğrunda döyüşlərdə iştirak edən onlarla veteranımız var. Təkcə yaşadığım Sorsçay kəndində iki şəhid var – Bəşirov Sərxan Balabəy oğlu və oğlum Bəbirov Zahir Bayraməli oğlu. Biz şəhid valideynləri olaraq şəhid övladlarımızın məzarlarını ziyarət etməyə belə çətinlik çəkirik. Çünki kəndlərimizdə heç bir infrastruktur yoxdur. Hərdəm bizə elə gəlir ki, qonşu kəndlərin sakinləri müqayisədə Kekonu və Sorsçayda yaşayanlara dövlət ögey vətəndaşı kimi baxır…
Siz Prezident kimi and içən zaman çıxışınızda bildirdiniz ki, “Hər bir Azərbaycan vətəndaşının prezidenti olacagam”. Bu sözlərinizə bizdə böyük ümidlər yaradıb. İnanırıq ki, Kekonu və Sorsçay kəndlərində yaşayanların da problemlərini həllnə göstəriş verəcəksiniz.
Hörmətli Prezident!
Kəndlərimizin problemləri ilə əlaqədar şəhid atası kimi məni qəbul etməyinizi xahiş edirəm. İnanıram ki, yazdığımız məktublar və şikayətlər sizə gəlib çatmır. Və Sizləri yalan məlumatlarla inandırmağa çalışırlar ki, bu iki sərhəd kəndində problemlər həll olunub. Amma biz burada orta əsrlər dövründəki vəziyyətdə yaşamağa davam edirik”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
11-01-2025, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
11-01-2025, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
11-01-2025, 14:17 |
|
|
|
|