Görün, xəstənin başına nə oyun açırlar... - SƏHİYYƏ DƏHŞƏTİ
Tarix: 5-08-2019, 09:29 | Çap et
Binəqədi rayonu III mədən 125-ci korpus, ev 10-da yaşayan Mirmövsümov Günel Arif qızı tərəfindən redaksiyamıza Medica Hospitalında ümumi cərrahı Mehriban Məlikovadan şikayət məktubu daxil olub. Şikayətçi Mirmövsümov Günel Arif qızının şikayət məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq:
"Mən Mirmövsümov Günel Arif qızı 08.06.2019-cu il tarixində Medica Hospital klinikasında abdominaplastika və qolgərmə əməliyyatı keçirmişəm. Əməliyyat Medica Hospitalında ümumi cərrah Mehriban Məlikova tərəfindən edilib.
Abdominaplastika və qolgərmə əməliyyatı edilən günün səhəri klinikanın ümumi cərrahı Mehriban Məlikovaya təklif etdim ki, bir neçə gün ağır vəziyyətdən çıxana kimi klinikada qalım.
Lakin Mehriban Məlikova təklifimə baxmayaraq, klinikada qalmağıma bir əsas olmadığını, evə getməyimi dedi. Evə gedən gündən 12 gün qızdırmam oldu və qızdırma içində hər gün klinikanın cərrahı Mehriban Məlikovaya vəziyyətimi whatsappla yazırdım, əməliyyatdan sonra səhhətimdə pisləşmə olduğundan bir neçə dəfə qəbulunda da olurdum.
Eşitdiyim söz yalnız bu idi ki, ət ye, bol-bol su iç. Hətta ümumi cərrah Mehriban Məlikovaya halım, vəziyyətimin yaxşı olmadığını, mənə vitaminlər yazmasını desəm də ancaq cavabı bunlara ehtiyac yoxdur deyirdi. Mehriban Məlikova mənə gah deyirdi karseti bərk bağla, qarnına su gələr, gah da deyirdi niyə bərk bağlamısan, tikişin yeri qaralıb.
Əməliyyatımın 6-cı günü drenajı çıxartmaq istədi. Təklif etdim ki, hələ çıxarmayın, möhtəviyyat gəlir. Dedi, mənə ağıl öyrətmə və çıxart. 12-ci günün tamamında güclü qızdırmadan sonra səhər durdum ki, qarnımın tikişlərindən və qollarımdan çirk gəlir.
Həkimə dərhal video şəklində atdım, cavabında eybi yox, olur belə şeylər dedi. Təcili yardım gəlib və qolumdan çirk gəldiyini, tikişlərin aralandığını dedi. Həkimə zəng etdik, eşitdiyim cavab bu oldu ki, əllərini mənim xəstəmə vurmasın. Qeyd edim ki, həkim Mehriban Məlikova ilə olan bütün yazışmalar, video görüntülər və şəkillər var.
Bundan başqa, mənim razılığımı almadan instagram səhifəsində məni əməliyyat edən vaxtı canlı yayım açaraq video əməliyyatı izləyiciləri ilə bölüşüb.
Daha sonra həkim, ümumi cərrahı Mehriban Məlikovaya ağır vəziyyətdə məndən yaradan pis qoxu gəldiyini yazdım, şəklini ona atdım, yenə mənə ət ye yazdı. Səhəri gün getdim klinikaya, həkim artıq özünün dediyinə görə Gürcüstan, Türkiyə, gah da eşitdim Almaniyadadır. Tibb bacısı müdavilə edib, evə yola salsa da, qoxu daha da kəskinləşdi. Həkimə yazdım, bu barədə yazdı ki, klinikaya müraciət edim, mənə kömək edəcəklər.
Qeyd edim ki, klinikaya ağır vəziyyətdə qarın tikişlərim açılmış vəziyyətdə, qol tikişlərim açılmış vəziyyətdə getmişəm. Qol tikişimin yenidən tikilməyini təklif etsəm də, ehtiyac olmadığını, bitişəcəyini, çoxlu ət, balıq, toyuq və bol-bol su içməyim deyilib. Bir də toz şəklində dərmanın tökülməsi məsləhət verildi.
Son nəticə onu yazmaq istəyirəm ki, Medica Hospitalın baş həkimi Abbasət doktor olmasaydı, mənim nekrozlaşmış yaramı bərpa etməsəydi, artıq həyatda yox idim. Qeyd edim ki, mən bu vəziyyətdə olan onun yeganə xəstəsi deyiləm. Əməliyyatımın 2 ayı bitməyinə az bir vaxt qalsa da, mən hələ də açıq yara ilə gəzirəm, qollarımın tikişləri hələ də bitişməyib, çox kobud çapıqları qalıb. Səhhətim yerinə deyil. Azyaşlı övladım var, ona baxmağa səhhətim imkan vermir.
Sonda mənə dəymiş maddi ziyanın (əməliyyat vaxtı M.Melikovaya 2100 (iki min yüz) AZN və sonrakı müalicələrim üçün çəkdiyim 1500 (bir min beş yüz) AZN) və mənəvi ziyanın ödənilməsi üçün köməklik edəsiniz.”
Məsələ ilə bağlı Medica Hospital klinikasında ümumi cərrahı Mehriban Məlikova ilə telefon əlaqəsi yaradıq. Həkim Mehriban Məlikova bizə Türkiyədə Cərrah Paşa Hospitalında əməliyyatda olduğunu və sentiyabr ayında Bakıya qayıdacagını bildirdi.
Şikayətçi ilə bağlı sualımıza cavabı isə bu oldu ki, "Siz həkim deyilsiniz, xəstəni də göndərin klinikaya ordakı həkimlər ona kömək edəcək.”
Biz xəstənin Sizə verdiyi pulu tələb edir və Sizdən şikayəçi olduğunu bildirdik də, Mehriban Məlikova bizə "Siz hüquq mühafizə orqanı deyilsiniz, ona görə bu iş sizlik deyil” deyib, telefonu söndürdü. (millətinsəsi.info)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
11-01-2025, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
11-01-2025, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
11-01-2025, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
11-01-2025, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
11-01-2025, 13:58 |
|
|
|
|