Mahir Quliyevin ayağına yazılan yeyinti... - İTTİHAM
Tarix: 12-06-2019, 09:47 | Çap et
Respublikamızda qəsəbə və kənd əraziləri də daxil olmaqla, yolların asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının yenidənqurulması, yerli əhəmiyyətli yolların tikintisi və əsaslı təmiri üzrə layihələr uğurla həyata keçirilir.
Bu kimi layihələrin reallaşdırılması məqsədi ilə dövlət büdcəsində nəzərdə tutulanlardan əlavə, Respublika Prezidentinin ehtiyat fondundan da kifayət qədər vəsaitlər ayrılır. Bərbad vəziyyətdə olan qəsəbə və kəndarası yolların yenidən qurulması istiqamətində görülən işlər bu gün bir çox rayonlarda davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə bu işlərin öhdəsindən necə gəldiyi sual altındadır. Məlum olduğu kimi il ərzində respublika ərazisində müxtəlif təyinatlı yolların yenidən qurulması, təmiri və bərpası məqsədi ilə sözügedən agentliyə kifayət qədər vəsaitlər ayrılır. Amma burada şəffaflığın təmin olunması, ayrılan vəsaitlərin məqsədli, təyinatı üzrə xərclənməsi barədə şübhəli məqamların olduğu barədə dövri mətbuatda çoxsaylı yazılar dərc olunub.
Agentliyin sədrı Saleh Məmmədovun çoxsaylı maxinasıyaları barədə də az yazılmayıb. Odur ki, biz onun deyil, tabeçiliyində olan Biləsuvar rayon Yol İstismar İdarəsin fəaliyyəti barədə redaksiyamıza verilmiş bir sıra məlumatları Saleh Məmmədovun diqqətinə çatdırmaq istərdik.
Təkcə onu demək kifayətdir ki, 2011-ci ildə Mahir Quliyev sözügedən rayona İcra Hakimiyyətinin başçısı təyin olunduqduqdan sonra rayonun yol infrastrukturunin yenilənməsi məqsədi ilə xeyli miqdarda vəsait ayrılıb.
Ümumiyyətlə ölkə başçısı cənab İlham Əliyevin regionlarin inkişafına göstərdiyi diqqət və qayğı onun rayonlara səfərlərində və bu səfərlərdən sonra imzaladığı sərəncamlarda öz əksini tapır. 2012-ci ildə 17 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisinə 5.2 milyon manat vəsait ayrılsa da yolun çəkilişi illərlə uzadıldıqdan sonra istifadəyə verilib.
Prezident İlham Əliyevin 10 avqust 2013-cü il tarixli Sərəncamı ilə 13 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.
Bundan əlavə, on min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisi məqsədi ilə Biləsuvar Rayon İcra Hakimiyyətinə Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. Amma sözügedən kəndarası yolların çəkilişinə bu gün nəzər salmış olsaq,nələrin şahidi olarıq.
Xatırlatmaq istərdik ki, iki kilometr uzunluğu olan Əliabad kənd yolunun asfalt hissəsini və 20 min əhalisi olan Xırmandalı, Bəydili və Zəhmatabad kəndlərinin asfalt yolları yenidən qurulub.
2018 ci ildə başa çatdırılmış bu işlərin keyfiyyəti sakinlərin heç də ürəyincə deyil. Belə ki, yollarda aparılan bütün işlərin texnoloji ardıcıllığına riayət olunmadığından sözügedən yollarda çalalar, çatlar əmələ gəlmiş, yolun bəzi hissələri yenə dağılmışdır.
Üstündən heç bir neçə il keçməsinə baxmayaraq yollar yenə bərbad vəziyyətdədir.Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev isə Biləsuvarda yolların yüksək səviyyədə qurulmasından tribunalarda fəxrlə danışır. Əgər yollar yüksək səviyyədə qurulubsa sadaladığımız və sadalamadığımız kənd arası yollar niyə bərbad vəziyyətdədirlər? Ölkə başçısının ehtiyyat fondundan ayrılan milyonlarla vəsaitlər hara gedir?
Biləsuvar Yol İstismar İdarəsinin müdiri Əlirəhim Kazımovla rayon İcra Hakimiyyətinin başçısının bu yol əməliyyatları araşdırılarsa ayrılmış vəsaitlərin çoxunin mənimsənildiyi aşkar olunar. Elə Əsgərabad-Muğan -Çaylı avtomobil yolunu götürək. Texniki şərtlərdə sözügedən kənd yollarının asfalt örtüyünün qalınlığı 25 sm göstərilib. Amma araşdırılarsa həmin yollara heç 10 sm qalınlığında asfalt tökülməyib.
Məhz elə ona görə də bir müddət keçməmiş yollar yenə əvvəlki, bərbad halına dönür. Göründüyü kimi son illər Biləsuvarın yollarının təmirinə məcazi mənada desək xeyli pul tökülür. Tökülən bu pulları isə rayon Yol İstismar İdarəsinin müdiri Əlirəhim Kazımov elə ustalıqla yığışdırır ki, heç izi-tozu da qalmır.
Son vaxtlar Biləsuvar şəhərində də yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. Bu da rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev və Biləsuvar Yol İstismar İdarəsinin müdiri Əlirəhim Kazımov üçün yeni gəlir yeri, qazanc mənbəyidir. Təbii burada Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun da payı istisna deyil.
Qeyd edək ki, ötən il rayon mərkəzində kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə salınmış 14 küçədə asfaltbeton örtük tikilmiş, 2 küçədə isə asfaltbeton örtüyünün təmiri işləri aparılmışdır. Amma bir komissiya təşkil olunarsa, sözügedən küçələrdə işlərin çox səthi aparıldığını açıq aydın görər.
Hazırda Biləsuvar şəhərində kanalizasiya sisteminin çəkilişi zamanı yol örtüyü dağılmış bəzi küçələrdə çınqıl-qum əsasının tikintisi aparılır. Kənardan müşahidə etdikdə bu işlərin də səthi aparıldığının şahidi olarıq. Həmin küçələrə yaxın günlərdə asfalt-beton örtüyün qoyulması nəzərdə tutulmuşdur. Amma gəlin görək bu işlərə rayon sakinləri necə baxır?
Sakinlər qeyd edirlər ki, nəzərdə tutulan işlər üçün əvvəlcə ayrılmış dövlət vəsaitinin hara xərcləndiyi bilinmir. Buna baxmayaraq, yenidən pul ayrılıb, amma yenə də heç bir iş görülmür. Nəticədə isə sakinlər illərlə yolların bərbad olmasından əziyyət çəkir, vəzifəlillər isə özləri üçün komfort həyat tərzi keçirirlər./Mənbə aktualinfo.org/
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
11-01-2025, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
11-01-2025, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
11-01-2025, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
11-01-2025, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
11-01-2025, 13:58 |
|
|
|
|