Özünü doğrulda bilmədi... - Bizə isə təhsilimizin gününə ağlamaq düşər...
Tarix: 1-06-2019, 10:33 | Çap et
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Amma bu gün uşaqları onlara təlim - tərbiyə verməli, cəmiyyət üçün yetişdirməli olan müəllimlərdən, direktorlardan müdafiə etmək məcburiyyətindəyik. Bu təhlükə tendensiyaya çevrilir. Təhsil ocaqları uşaqlar üçün qorxu yuvalarına, işgəncə ocaqlarına çevrilməkdədir. İndi valideynlər övladlarını ətraf mühitin mənfi təsirlərindən, küçənin pisliklərindən qorumaqla bərabər məktəb müəllimlərinin, direktorlarının caynağından xilas yolları axtarmaqdadır. Anaxeber.info oxucuları da razılaşar ki, bu, bir millətin gələcəyinin faciəsinin başlanğıcıdır. Çünki vətəndaşlar özlərinin və uşaqlarının səhhətini yerli həkimlərə etibar etmədiyi kimi müəllimlərinə də güvənmirlər. Lakin sabah hər kəs 1 iyundan, uşaqların müdafiəsindən, onlara dövlət qayğısından bəh-bəhlə danışacaq, “ağzına çullu dovşan” sığmayacaq. Onlar unudacaqlar ki, başda Təhsil Nazirliyinin başbilənləri olmaqla məktəb direktorlarının, müəllimlərin göstərdiyi “qayğı” nəticəsində Elina intihar elədi, elinalar bu faciədən dəhşətli psixoloji travma aldılar, valideynlər xüsusilə qız övladlarına nəzarəti, məktəbdə basqı olub-olmadığına diqqət yetirməyi dərs götürdülər. Hər bir ata həyəcanlanmağa başladı ki, onun məktəbli qızı Elinanın taleyini yaşaya bilər. Ən ağrılısı buydu ki, nazirlik insanları sakitləşdirmək, maarifləndirici işlər aparmaq, şagird-müəllim münasibətlərini nizama salmaq üçün addımlar atmadı. Sanki Elinanın özünü öldürməsi məişət zəminində bir hadisəymiş. Bu, ciddi sosial mesaj, həyəcan təbili idi. Axı Elina tək deyildi. Onun faciəsindən sarsıntı keçirən yüzlərlə məktəbli qızlar oldu, müəllimlərə, direktorlara aşkar şəkildə heç bir sərt qulaqburması verilmədi. Əksinə, növbəti müəllim işgəncəsi təkrarlandı. Söhbət Bakının Nərimanov rayonundakı 36 saylı məktəbin birinci sinif şagirdi balaca Ləmana müəlliməsi Arifə İsmayılovanın təzyiq göstərməsindən gedir. A.İsmayılova ailəsinin yoxsul olmasına görə Ləmanın az pul gətirməsindən narazı qalır, məktəblini ayrı-seçkiliyə məruz qoyur, döyür, psixoloji təzyiq göstərirmiş. Məktəblinin bullinqə məruz qoyulması səbəbinin isə onun kasıb olması, digər uşaqlar 50-100 manat verəndə Ləmanın anasının 10 manata gücünün çatması olub. Hətta məktəblinin anası Oksana Paşayeva ilə müəllimənin sözləri çəpləşib, A.İsmayılova ondan Ləmanı bu məktəbdən çıxarmağı tələb edib. Dəhşətlidir. Hadisənin ictimailəşməsi 36 saylı məktəbin direktoru Emilya Səfərəliyevanı hərəkətə keçirir, Ləmanın evinə baş çəkir, könlünü alır, növbəti intihara bərabər basqının olduğu dolayısı ilə təsdiqlənir. Direktorun Ləmangilə getməs sübut edir ki, qızcığaz məktəbdə müəlliməsinin təzyiqləri ilə üzləşib. Bu “nümunə” bir çox məktəblərdə yaşanır, kütləvi hal alıb, kimisi səsini çıxarmır, kimisi şikayət eləmir. Təhsil ocaqlarını rüşvət yuvasına, bazara çevirənlər, tədrisdən başqa hər şey öyrədənlər Azərbaycanın gələcəyini, yeni nəsli necə məhvə sürüklədiklərinin fərqindədirlər. Sadəcə, rüşvətə bulaşmış təhsil sistemi bunu diqtə edir. Maliyyəçi Ceyhun Bayramovun təhsil naziri vəzifəsinə gəlişindən sonra baş verənlər göstərdi ki, onun dərinləşməkdə olan böhranı aradan qaldırmaq gücü yoxdur. Elinalar, Ləmanlar tək deyillər. Nazirlik xüsusi proqram əsasında fəaliyyət göstərməli, bu istiqamətdə narahatlıq doğuran, valideynləri təşvişə salan problemləri aradan qaldırmalıdır. Məktəblər uşaqlar üçün girovluğa çevrilməməlidir. Hər bir valideyn övladını dərsə göndərir ki, təhsil alsın, müəllimin yumruq-şilləsini yeməsin, intihara təhrik edilməsin. Pula görə uşaqları sıxışdırmaq nanəciblikdir. Bir millətin gələcəyini məhv etmək istəyirsənsə, təhsilini əlindən al şüarı artıq dərimizə işləyib, üzərimizdə bu “təcavüzü”, “terroru” hiss edirik. Təhsil naziri tərəfindən hansı ciddi bir bəyanat olub? C.Bayramov təhsil şöbələrinin “bazarkom” sədrləri, məktəblərin alverçi direktorları, “kassir” müəllimləri barəsində hansı kompleks addımlar atıb? Nazirlik kortəbii fəaliyyət göstərir, heç bir proqramı, konsepsiyası yoxdur, ört-basdır, malalama siyasəti yürüdürlər, özlərinə yaxın KİV-lərdə piarlarını təşkil edirlər. Allahınızı sevərsiniz, bununla nəyə nail olmaq mümkündür, kimi aldadırsınız??? Ümumiyyətlə, məktəblərdə bullinqlər araşdırılmır, monitorinqlər aparılmır, komissiyalar təşkil edilmir. Bakının və bölgələrin əksər məktəbləri Misir Mərdanov dövrünün qaydaları ilə işləyirlər. Amma insafən, Mərdanov dönəmində müəllimin şagirdi cəzalandırması, döyməsi faktlar istisna halda olardı. Bu gün internet resurslarında kifayət qədər faktlar tirajlanıb. Elinanın qanının batırılması, direktorun həbs edilməməsi, eləcə də Ləmana təzyiq göstərilən məktəb direktoruna xəbərdarlıq edilməklə kifayətlənilməsi bu başıpozuq təhsil sistemində belə hallara son qoyulmayacağı qənaəti yaradır.... Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Dünən, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Dünən, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Dünən, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Dünən, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Dünən, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Dünən, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Dünən, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Dünən, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Dünən, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Dünən, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
11-01-2025, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
11-01-2025, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
11-01-2025, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
11-01-2025, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
11-01-2025, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
11-01-2025, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
11-01-2025, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
11-01-2025, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
11-01-2025, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
11-01-2025, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
11-01-2025, 13:58 |
|
|
|
|