"Dedilər ki, birinin qiyməti 2500 manatdır..." - İTTİHAM
Tarix: 31-01-2019, 10:02 | Çap et
"Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, ünvanlı sosial yardım proqramı çox geniş miqyas alıb. Biz indi hələ ki, işlə özünü təmin edə bilməyən vətəndaşlar üçün yeni imkanlar axtarırıq, tapırıq, özünüməşğulluq proqramı artıq geniş vüsət alacaqdır. Təkcə bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Nəyə görə? Çünki imkanı olmayan ailələr dövlət tərəfindən xüsusi vasitələrlə təmin olunsunlar ki, onlar özləri üçün kiçik biznes qura bilsinlər".
Bu fikirləri prezident İlham Əliyev bu günlərdə şəhid ailələri ilə görüşdə söyləyib.
Xatırladaq ki, özünüməşğulluğun inkişaf etdirilməsi üçün ilk təşəbbüslər Azərbaycanda təxminən 20 il əvvəl baş verib. 2016-cı ildən sonra isə bu istiqamətdə birbaşa dövlətin iştirakı təmin edilib. Tədqiqatın məqsədi Azərbayacan əhalisinin artım tempi, iqtisadi konyuktur, inkişaf dinamikası və əmək bazarının mövcud vəziyyəti nəzərə alınmaqla, özünüməşğulluğu dəstəklənyən mexanizmlərin daha da inkişaf etdirilməsinin vacibliyini bir daha gündəmə gətirmək və təkmilləşdirilməsi imkanlarını üzə çıxarmaqdan ibarətdir.
2018-ci ildən isə prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə başlanılıb.
Ötən il mətbuatda verilən məlumata görə, özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensialları olan 7300-dən çox vətəndaş seçilərək, proqram üzrə təlimlərə cəlb olunub. Onlardan təlim kursunu bitirən və qiymətləndirmələr zamanı biznes planları uğurlu hesab edilənlərin hər biri mal və materiallarla təmin olunub, həmin şəxslərə kiçik ailə bizneslərinin yaradılması üçün köməklik edilib.
Amma redaksiyamıza daxil oan vətəndaş şikayətləri heç də hər şeyin təqdim edildiyi kimi hamar və problemsiz olduğundan xəbər vermir.
“Özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs bir neçə xəstə iribuynuzlu mal gətirdilər. Dedilər ki, birinin qiyməti 2500 manatdır. Halbuki, bazarda bu malların qiyməti 700-800 manatdan artıq deyil”
Həmin şikayət məktublarından birini olduğu kimi nəzərinizə çatdırırıq: “Mən, Mahmudov Sərvər Mahir oğlu Yevlax rayonunun Malbinəsi kəndinin sakiniyəm, 2 oğul atasıyam. Gələcəyin əsgərlərini ləyaqətli insan, əsl vətəndaş kimi yetişdirmək üçün əlimdən gələni edirəm. Ömrüm boyu halal zəhmətimlə dolanmışam, ailəmə haram tikə gtətirməmişəm. Amma bu gün çox çətin maddi duruma salınmışam. Bu üzdən üzümü sizə tutub, qəzetiniz vasitəsilə aidiyyati qurunlardan bu problemi həll etmələrini xahiş edirəm.
Məsələ ondadır ki, 2018-ci ilin 23 mayında Yevlax Rayon Məşğulluq Mərkəzinə işsiz kimi qeydiyyata düşdüm və həyətyanı torpaq sahəmdə maldarlıqla məşğul olmaq üçün əlverişli şərait olduğu üçün özünüməşğulluq proqramına qoşuldum. 1 ay kurslara getdim, imtahanlardan uğurla keçdim.
Tərtib etdiyim “Biznes plan”da 5 min manat dəyərində 2 yanıbalalı inək (hər yanıbalalı inəyin dəyəri 2,5 min manat olmaqla) almaq istədiyimi qeyd etmişəm.
Ölkə prezidentinin sərəncamına uyğun olaraq 2018-ci ilin 1 yanvarında 7 min ailəyə 35,8 milyon manat bəbləğində vəsait ayrıldı. Həmin ailələrin sırasında mənim və bir neçə həmkəndlimin də ailəsi vardı.
2008-ci ilin 13 avqustunda özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları kimi təqdim edən bir qrup şəxs yük maşınına doldurulmuş xəstə, rayonumuzun iqlim şəraitinə uyğunlaşa bilməyən bir neçə iribuynuzlu mal gətirdilər. Biz bu malların qiymətini soruşanda dedilər ki, biri 2500 manatdır. Halbuki, bazarda bu malların qiyməti 700-800 manatdan artıq deyil.
“Bizi aldatdılar. Fırıldaqçıların cəzalandırılmasını və bizə vəd edilən sağlam mallarımızı istəyirik”
Biz bu malları götürmədik. Çünki o şəxslərə inanmadıq. Çox keçmədi, şübhələrimiz özünü doğrultdu. Məlum oldu ki, heç bir sənəd təqdim etməyən, ad və soyadlarını söyləməyən bu insanlar mal bazarının fırıldaqçıları imiş.
Bununla bağlı çox yerlərə şikayət ərizələri ilə müraciət etdik, amma şikayətimizə baxılmadı. Bizi aldatdılar. Biz fırıldaqçıların cəzalandırılmasını və bizə vəd edilən sağlam mallarımızı istəyirik”.
Məktub Yevlax rayonu Malbinəsi kəndinin sakinləri Mahmudov Sərvər Mahir oğlu, Sabiq Qurban oğlu, Nağı Şakir oğlu, Vaqif Barat oğlu və Qalib Bedos oğlu tərəfindən imzalanıb.
Vətəndaşlar onlara verilən mal-qaranın xəstə və qoca olmasından, biznes proqramında qeyd edilən qoçun müqabilində onlardan rüşvət tələb olunduğundan və s. gileylidirlər
Yevlax sakinlərinin redaksiyamıza yolladığı fotoşəkillər və videogörüntülər məktubda yazılanları təsdiq edir.
Qeyd edək ki, yutub kanalında özünüməşğulluq proqramına qatılan ölkəmizin müxtəlif bölgələrindən olan digər vətəndaşların da videomüraciəti yer alıb, həmin şəxslərin arasında məcburi köçkünlər də var.
Vətəndaşlar onlara verilən mal-qaranın xəstə və qoca olmasından, biznes proqramında qetd edilən qoçun müqabilində onlardan rüşvət tələb olunduğundan və s. gileylidirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, özəlliklə də nazir Sahil Babayevin mətbuata biganə münasibəti nazirliyi bütün olanlara görə sorumlu edir.
Ölkə prezidenti imkanı olmayan ailələrə yardım etmək, onların özləri üçün kiçik biznes qurub ailələrini dolandırmasına şərait yaratmaq məqsədilə həmin ailələrin dövlət tərəfindən xüsusi vasitələrlə təmin edilməsinə dair sərəncam verir, yerlərdə rüşvətxor məmurlar isə onun bütün səylərini heçə endirir.
Bu, dövlətə və prezidentə qarşı sabotajdır. Həmin acgöz məmurlar və onların əlaltıları əslində bölgələrdə prezidentə qarşı mənfi münasibət formalaşdırırlar. Onların bu hərəkəti sanki ölkə başçısına bir mesajdır: “İlham Əliyev, istəsək, səni sevərlər, istəsək, söyərlər”. Onların əməlləri açıq-aydın prezidenti və onun verdiyi qərarları gözdən salmağa yönəldilib.
Zənnimizcə, bu məsələ hüququ mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırılmalıdır və bu işdə günahı olan şəxslər haqlı cəzalarına çatmalıdır.
Özünüməşğulluq proqramının icraçısı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, özəlliklə də nazir Sahil Babayevin mətbuata biganə münasibəti, mətbuatla işləmək həvəsində olmaması sözügedən problemlərin vaxtında çözülməsinə imkan vermir, bu da nazirliyi bütün olanlara görə sorumlu edir.
Sözügedən məsələnin (qeyd etdiyimiz kimi, müxtəlif bölgələrdən şikayətlər var) ən tez zamanda araşdırılacağına və hüquqi qiymətini alacağına ümid edirik. Hurriyyet.org
Redaksiyadan: Qarşı tərəfi dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
|