Sahil Babayev də əlilləri hədəfə alıb... - FAKT
Tarix: 29-10-2018, 09:26 | Çap et
Bərdənin A.Məmmədov küçəsi 1 ünvanında yaşayan Əliyev Mütəllim Fərman oğlunun bir ayağı amputasiya olunub. O, 2-ci qrup əlildir və 136 manat pensiya alır. Daha doğrusu, alırdı... Anaxeber.info-ya verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillik dərəcəsinin 1-ci qrupa keçilməsi üçün müraciət edib. Lakin nazirlik nəinki onun işinə baxıb, aldığı qəpik-quruş pensiyanı da kəsib.
Danışanda "ağzına çullu dovşan sığmır" M.Əliyevin sözlərinə görə, ƏƏSMN-də işinə baxıldığı və gözləməli olduğu deyilib. Amma nazirlik onun yeganə çörək pulu olan pensiyasını vermir. Heç bir məntiqli izah və qanuni əsas göstərməyən nazirlik iki övladı olan 2-ci qrup əlilini çarəsiz və ümidsiz vəziyyətə salıb. Onun həyat yoldaşı da işləmir, özü əmək qabiliyyətini itirib, heç bir qazanc yeri yoxdur. Təəssüf ki, ƏƏSMN əlil vətəndaşın təqaüdünü belə vermir ki, evinə çörək və bir kilo ət alıb, ay ərzində onu yesin. Danışanda "ağzına çullu dovşan sığmayan" nazir Sahil Babayevin guruldaması da göründüyü kimi, publikaya bir şou imiş. Bu sahədə Səlim Müslümovun siyasətindən fərqli iş görməyən Sahil Babayev sosial gərginlik yaratmaqdadır. Əslində, vətəndaş M.Əliyevin tam haqqı çatır ki, nazirliyi məhkəməyə versin, almadığı pensiyanı geri tələb eləsin. Sadəcə, imkansız və yoxsulluq içində yaşayan bir əlilin buna nə maddi, nə fiziki gücü çatır. Məhkəməyə iddia ərizəsi verilməli, vəkil tutmalı, proses keçirilməli, get-gəl, qərarın icrasına nail olmaq və s. bu müddətdə isə görəsən onun ailəsinə kim yemək verəcək? Sahil Babayevin əlilin pensiyasına göz dikdiyini iddia edə bilmərik. Ancaq görünür ki, nazirliyin aşağı palatasında hansısa məmurlar əlillərin pensiyalarını mənimsəmək üçün bürokratik əngəllər yaradırlar. Neft ölkəsi və nazirin restoranda 136 manat hesabı... Halbuki, nazir vəzifəsinə təyin olunanda S.Babayev islahatlara, şəffaflığa vədlər verirdi, rüşvətsiz sosial sahədən əh-bəhlə danışırdı, inandırırdı ki, Səlim Müslümov olmayacaq. Necə ki, sabiq nazir də ilk günlərdə belə pafoslu çıxışlar edir, bəzi məmurları danlayır, cəzalandırırdı. Amma tezliklə S.Müslümov da, S.Babayev də korrupsiya və rüşvətə bulaşmış bu sektorun bataqlığında çirkaba qarışdılar, nə özlərini, nə bu sahəni xilas etdilər. Əksinə, gözləntiləri yerə vurub, köhnə əyyamları davam etdirdilər. Bunun əziyyətlərini isə Mütəllim Əliyev kimi əlillər çəkirlər. Ona neft ölkəsində, sərvətlərindən dünyanın belə bəhrələndiyi bir dövlətdə 136 manatı da çox gördülər. Və hər gün restoranda 136 manat hesab ödəmək imkanı olan S.Babayevin II qrup əlilin I qrup əlillik üçün müraciətinə baxılması barədə göstərişi vermək, gənc nazir kimi işlədiyini prezidentə heç olmasa nümayiş etdirmək əvəzinə onu II qrup əlil kimi pensiyasından da məhrum edirsə, artıq burda susmaq lazım gəlir. Ya S.Babayevin yeri səhv düşüb, ya da nazirlikdə aşağı ranqda olan məmurlar vicdanını itiriblər. Bu ilin mayında nazir bildirmişdi ki, saxta əlillik təyinatlarına yol verənlər sərt cəzalandırılacaq. Hərçənd ki, saxta əlillik alanların cərgəsi genişləndikcə, Mütəllim Əliyev kimi həqiqi əlillərin pensiyası kəsilir.
Sahil Babayevin prezidentə pisliyi Sosial təminat sahəsinin naziri vətəndaşı dövlətdən narazı salmaqla, prezidentin gözlədiyi dəyişiklikləri etmədən rüşvətdə status-kvonu saxlamaqla, M.Əliyev kimi insanların müraciətinə baxmadan gərginliyi artırmaqla ölkədə yoxsulluğu dərinləşdirir, sosial etirazlar zəmini hazırlayır. Axı S.Babayevin təyinatı məhz S.Müslümov və Füzuli Ələkbərov dövründə olan eybəcərliklərə son qoymaq məqsədi idi?! Nə üçün nazir xələflərinin yolunu gedir, bir ailəni aclığa sürükləyir, onları ac-yalavac qoyaraq ölkəni Ermənistan və bizi sevməyən başqa ölkələrində KİV-ində rüsvayçı vəziyyətə salır? Biz bu məsələni yazmaya bilərdik, o halda ki nazirlik vətəndaşın probleminə zamanında baxsın. Amma M.Əliyev 136 manat pensiyasından da məhrum edilib və rədd cavab alıbsa, medianın işi işıqlandırmaqdır. Bu arada mətbuatda da kifayət qədər faktlar var. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən elektron sistem əslində saxta əlilliyin azalmasına imkan yaratmalı idi. Belə ki, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı, 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olması ilə bağlı məlumatlar da mətbuatda dərc olundu. Əvvəlki illə müqayisədə ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz azaldığı da iddia edilmişdi. Məsələnin iddia edilən kimi davam edəcəyi təqdirdə ölkədə məhz bu sahədə hər hansı bir qanunsuz iş olmamalı idi. Lakin yenədə vətəndaş deyil, ƏƏSMN-nin bəzi “kadrlarının” hesabladıqları oldu. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olduğunu və həmin insanlar tərəfindən razılıqla qarşılandığını qeyd edildi. Bu islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb. Əslində bütün problemlərin kökündə də məhz bu amil durdu. Ümidvarıq ki, gənc nazirin gənc mətbuat katibi Fazil Talıblı II qrup əlil Mütəllim Əliyevin pensiyadan məhrum edilməsi məsələsinin həlli üçün çırmanacaq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
|