Dib Dərinləşdirmə İdarəsində ŞOK KORRUPSİYA - Büdcə belə qarət olunur
Tarix: 27-10-2018, 09:55 | Çap et
Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin Dib Dərinləşdirmə İdarəsində ciddi korrupsiya faktı aşkarlanıb.
Bu barədə məlumatı həmin idarənin əməkdaşı verib.
Adını çəkmək istəmədiyimiz əməkdaş iddialarını idarə rəhbərliyinin imzaladığı sənədlər və özünün sahədə çəkdiyi video-görüntülərlə əsaslandırır. Sənədlərin təqdimatına keçməmişdən qabaq korrupsiyada ittiham olunan müəssisənin təyinatı barədə bir neçə söz.
2012-ci ildə Kür çayında böyük daşqınlar baş verdikdən və onlarla kəndi su basdıqdan sonra Azərbaycan hökuməti, nəhayət ki, çay yatağının təmizlənməsi gərəkdiyini anlamış və bu məqsədlə Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin tərkibində Dib Dərinləşdirmə İşləri İdarəsi (bundan sonra sadəcə “Dibdərinləşdirmə İdarəsi”) yaratmışdır. Hazırda 109 işçinin işlədiyi həmin idarənin təyinatı Kür çayının deltasını suyun gətirdiyi qumdan, gildən təmizləmək və çayın Xəzərə qovuşmasının önünü açmaqdır. Bunun üçün hökumət böyük xərclər çəkərək, dövlət başçısının Fərmanına uyğun olaraq, Niderland Krallığından "CSD-500" markalı 3 torpaqsoran qurğu, Türkiyə istehsalı olan 6 ədəd yedək təchizat gəmisi, 3 ədəd tədqiqat və 3 ədəd kiçik həcmli xilasedici katerləri alıb. Bu texnikalar 2012-ci ilin sentyabrından etibarən Kür çayında dibdərinləşdirmə işlərini həyata keçirməkdədir. Çayının dibinin dərinləşdirilməsi və ötürücülük qabiliyyətinin artırılması üçün ilkin olaraq Neftçala, Salyan və Sabirabad rayonları ərazisində daha təhlükəli hesab edilən və hər birinin uzunluğu 10 km olmaqla təmizlənməsi vacib olan yerlər müəyyənləşdirilib. Dibdərinləşdirmə zamanı məcradan kənarlaşdırılan lil-su qarışığının toplanmasına xidmət edən sudurulducuların tikintisi üçün yerlər seçilib. Haqqında bəhs edəcəyimiz korrupsiya faktları da məhz bu sudurulduculardan birində - Neftçalada qeydə alınıb.
Təməli korrupsiya ilə qoyulmuş idarə
Əldə etdiyimiz qeyri-dəqiq məlumatlar sudurulducuların tikintisində də böyük maxinasiyalara yol verildiyi şübhələrinə yol açır. Belə ki, sənədlərdə Neftçaladakı qurğunun smeta dəyəri 1 milyon 250 min manat göstərilir. İddialara əsasən isə, tikinti şirkətinə 370 min ödənilib. Qalan pulların bu işə nəzarət edən rəhbər şəxslərin cibinə axdığı qeyd olunur. Sözügedən yeyinti faktlarını araşdırmaq imkanı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində olduğundan bu işi həmin quruma həvalə edir, biz isə başqa bir mənbədən aldığımız və səhihliyi şübhə doğurmayan iddialara keçirik.
Mənbəmizin bildirdiyinə görə, işlədiyi idarə Kürün deltasından toplanan torpağı Fövqəladə Hallar Nazirliyinin bir başqa strukturuna satır. Özü də pis qiymətə yox. Hər kub metr qum 5.60 manata rəsmiləşdirilir. Kürün dibindən toplanan qumlar isə Kürün keçdiyi ərazilərdəki alçaq yerlərə doldurulur. Adına sudurulducu deyilən həmin alçaq ərazilər isə Neftçalada 4 yerdədir. “Dibdoldurma İdarəsi”nin tədqiqat qrupu tərəfindən müəyyənləşdirlən ərazilər bunlardır:
II Bankə - həcmi: 230 000 kub metr, IV Bankə - həcmi: 240 000 kub metr, Xıllı (D-30) – həcmi: 150 000 kub metr, Qaralı (D-41) – həcmi: 300 000 kub metr. --- Cəmi: 900 000 kub metr.
Arximedin anasını ağladan “Fövqəlfizika”
Maraqlıdır ki, 900 000 kub metr həcmi olan ərazilərə Dibdoldurma İdarəsi 19.01.2018-ci ilə qədər, guya, 1 301 037 kub metr qum doldurub. Yəni real həcmindən 381 037 kub metr, hardasa 42% artıq. İdarənin əməkdaşı məhz bu faktdan hərəkət edərək, soruşur: “həcmi 200 qram olan stəkana necə 300 qram su doldurmaq mümkündür?”
Yəqin ki, informasiya qaynağımızın sualına FHN-nin fizikləri bu cür cavab verə bilərlər: Su ilə qumu qarışdırmaq olmaz. Su öz səthi boyunca yayıldığından saxlanıldığı qabdan daşar. Qumu isə istənilən çökəkliyə dolduraraq dərədən təpə də düzəltmək mümkündür.
Bu məntiqlə, Kür yatağının qumla doldurulan həmin çökək hissəsinin sahildən xeyli yüksəkdə dayanması tələb olunur. Bəs, doğrudanmı, belədir? İnformasiya qaynağımız qumla doldurulduğu iddia olunan sudurulducu sahələrdən birində olub. Qaralı deyilən ərazinin videosunu çəkib bizə göndərib. Videodan məlum olur ki, ərazinin böyük hissəsi tam doldurulmayıb.
Əslində əməkdaşın bizə təqdim etdiyi sənəddə də çökəkliklərin tam doldurulmadığı etiraf olunur. Sənədə görə, IV Bankə ərazisi 90%, Xıllı ərazisi 80%, Qaralı ərazisi isə 50% doldurulub. Bir sözlə, görülən işlər həddindən artıq şişirdilib və hər kub metrə görə 5.60 qəpik pul mənimsənilib.
Mənimsənilən pul nə qədərdir?
İnformasiya qaynağımız bunu hesablamağın çətin olmadığı qənaətindədir: “Görülən işlər və bunun üçün ödənilən məbləq ortada olduğundan istənilən auditor bunu rahatlıqla hesablaya bilər. Hətta sadəcə sənədlərə baxıb rəsmiləşdirilən faktları həqiqət kimi qəbul etsək belə, çox ciddi rəqəmlər ortaya çıxır. Məsələn, sənəddə real həcmdən 381 037 kub metr artıq yerin doldurulduğu göstərilir. Hər kub metr qumun 5.60 manat olduğunu nəzərə alsaq, 2 milyon manatdan çox mənimsəmə faktı ortaya çıxır: 381, 037 X 5.60 = 2, 133, 807 manat.
Rəsmi sənədlərdə sudurulducuların tam doldurulmadığı da etiraf olunur, onları da hesaba qatsaq, bu rəqəm qat-qat artar”.
Həmsöhbətimiz işlədiyi idarədə baş verən bu maxinasiyalardan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xəbəri olmadığına inanır. Bildirdiyinə görə, naziri dövlət əmlakının talanmasından xəbərdar etmək üçün dəfələrlə onun qəbulunda olmaq istəyib. Amma hər dəfə bu yeyintidə əli olan rəhbər şəxslər onun qarşısını alıblar.
Bəs, bu korrupsiya faktında maraqlı dairələr kimdir?
İnformasiya qaynağımız müəssisələrinin kuratorunun əvvəl FHN-nin müavini Etibar Mirzəyev olduğunu bildirərək, bu adamı müsbət xarakterizə edir: “Adam kimi adamdır” Maraqlıdır ki, “Diddərinləşdirmə İdarəsi”nə “adam kimi adam” nəzarət etməsi uzun sürməyib. Cəmi iki ildən sonra – 2014-cü ildə “fövqəlnazir”ə iki müavin təyin edilib. Onlardan biri Əmiraslanov Tapdıq Əhliman oğlu olub. “Dibdərinləşdirmə İdarəsi”nə nəzarət də Tapdıq müəllimə tapşırılıb. İddiaya görə, müəssisədə “qum vurmadan qazan doldurma” əməliyyatı da bundan sonra başlayıb. Ovqat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
|