Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq .....                     İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib .....                     Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ .....                     DİQQƏT! Bu sosiskaları almayın! .....                     BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır .....                     Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... .....                     Xainin dəyişməyən xisləti .....                     Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... .....                     "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." .....                     Azərbaycanla sərhəddə yeni İran təhlükəsi .....                     “Yüzminlərin haqqı yenidən pozuldu” .....                     "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram" .....                     İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv .....                     Ağstafada SEÇKİ BAZARLIĞI... .....                     “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” .....                     Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı .....                     İran Ermənistana qoşun yeridir? .....                     Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                 

"Onu ya narkoz öldürdü, ya da bizə deyilməyən başqa səbəb var..." - GİLEY
Tarix: 14-09-2018, 10:23 | Çap et
"Onu ya narkoz öldürdü, ya da bizə deyilməyən başqa səbəb var..."
Ötən il oktyabrın 31-də Cavid İmanlı adlı gənc 3 saylı Sabunçu Rayon Xəstəxanasında dünyasını dəyişib. İmanlının valideynləri iddia edirlər ki, övladlarının ölümü müəmmalıdır.

Belə ki, gəncin ölüm işinə iki dəfə Sabunçu Rayon Prokurorluğunda baxılıb və onun kəskin intoksikasiya fonunda poliorqan çatışmazlığı diaqnozu ilə öldüyü qeyd edilərək, cinayət işi bağlanıb. Lakin Cavidin valideynləri bu qərarla razılaşmayıblar. Müxtəlif dövlət qurumlarına müraciət edərək, övladlarının ölümünə səbəb olmuş şəxslərin həbs edilməsini tələb ediblər.

Cavid İmanlının valideynləri Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətlərində baş vermiş hadisə ilə bağlı ətraflı danışıblar. Cavidin atası Filman Həsənov bildirib ki, ötən il oktyabr ayının 27-də oğlunun sağ çiyin nahiyəsindən arı sancıb. 3 gün sonra, yəni ayın 31-də o, qolunda yaranmış şişin tez çəkilməsi üçün Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət edib.

F.Həsənovun sözlərinə görə, oğlunu həmin xəstəxananın toksikologiya şöbəsinə yox, cərrahiyyəyə qəbul ediblər: "Cərrah Tağı Əliyev onu özü qəbul edib. Bir gün orda saxladıqdan sonra heç bir yoxlama aparmadan, yaxınlarını gözləmədən əməliyyat edib. Əməliyyatı da əməliyyat otağında deyil, reanimasiya palatasında həyata keçirmək istəyib. Oğluma özü narkoz vurub, narkozdan sonra Cavid dünyasını dəyişib".

Atasından onu da öyrəndik ki, Cavid İsmayıl nişanlı imiş və toyuna az qalırmış: "Qız toyuna az qalmışdı ki, qolunu arı sancdı. Heç bir şikayəti olmasa da, qolunun şişi çəkilmirdi. Nişanlısı ona məsləhət görüb ki, həkimə getsin, şişin çəkilməsi üçün iynə vurdursun. Bu da bizdən xəbərsiz gedib xəstəxanaya. Ordan anasına zəng vurdu ki, "ana, məni burada saxladılar, əməliyyat edəcəklər, acam, mənə yemək gətirin".

F.Həsənov iddia edir ki, oğlunun zəngindən sonra o, həkimlə danışıb: "Həkimə dedim ki, nə olursa-olsun, uşağımı əməliyyat etmə. Belə olmalıydı ki, mən həkimi görməliydim, pul ödəməliydim, xahiş etməliydim ki, oğlumu əməliyyat etsin. Amma mən bunların heç birini etmədim axı. Əksinə, israrla bildirdim ki, oğlumu əməliyyat etməsin. Anasına da tapşırdım ki, get, əməliyyatxananın qapısında dur, qoyma uşağı əməliyyata alsınlar".

Oğlunu itirmiş ata daha sonra bunları deyib: "Orda yoldaşıma deyiblər ki, reanimasiya palatasında əməliyyat olunacaq. Qadın da reanimasiyanın qapısına gedib, amma qapı bağlı olub. Sonra biz hamımız ora yığışmışdıq. Palatanın qapısını açmırdılar. Bir də eşitdik ki, içəridən səs-küy qalxdı. Sonra polislər qapını açdı. Bizi içəri buraxmırdılar. Deyirdilər ki, artıq gecdir".

Qəhərdən boğulan Filman Həsənov göz yaşlarını sildikdən sonra sözünə davam edib: "Onda bildik ki, Cavidi elə reanimasiya otağında əməliyyat ediblər, əməliyyat demək mümkünsə. Oğlumun qolu parça-parça idi. Biz qolunu uşaq bezi ilə bağladıq. Sonra ekspertizaya apardılar. Əvvəlcə dedilər ki, arı sancmasından ölüb. Gətirib dəfn etdik. Prokurorluqda cinayət işi açıldı. Amma biz nəticələrdən razı qalmadıq. Çünki bu uşaq arı sancmasından ölsəydi, dərhal ölərdi. Balam arı sancandan 5 gün sonra ölüb. Onu ya narkoz öldürdü, ya da bizə deyilməyən başqa səbəb var".

F.Həsənov Cavidin ölümünün səbəbləri ilə bağlı Azərbaycan Tibb Universitetinə də sorğu göndərib. Sorğudakı suallara cavab olaraq bildirilib ki, “anaflaktik şok sürətli allergen ilə kontaktdan sonra bir neçə saniyə və dəqiqədən 5 saata qədər davam edə bilər. Arı sancması xəstədə fleqmona (irinli proses) yaratmır. Narkoz verilərkən isə ehtiyatlı və diqqətli davranılmalıdır. Əməliyyat isə reanimasiya palatasında deyil, xüsusi əməliyyat otağında aparılmalıdır”.

Ata onu da qeyd edib ki, oğlunun ölümündən sonra cinayət işi açılsa da, iş Sabunçu Rayon Prokurorluğu tərəfindən iki dəfə bağlanıb: "Biz məhkəməyə verib, yenidən işi açdırmışıq. İş Bakı Şəhər Prokurorluğundadır. İşin yenidən Sabunçu Rayon Prokurorluğuna qaytarılmasını istəmirik. Doqquz aydır müraciət etmədiyimiz qurum qalmayıb".

C.İmanlının valideynləri aidiyyatı qurumların məsələyə biganə qalmamasını xahiş edir.

Məsələ ilə bağlı adı hallanan 3 saylı Şəhər Kliniki Xəstəxanasının da münasibətini öyrəndik. Anesteziologiya-reanimotologiya şöbəsinin müdiri Namiq Dəmirçiyev bunları dedi: "Bizə o xəstəni çox ağır intoksikasiya vəziyyətində gətirmişdilər. Dəqiq bilmirik ki, onu nə sancmışdı. Bəlkə hansısa zəhərli həşərat sancması idi. Məsələn, o gün bir xəstə gətirdilər, arı sancmışdı, iki saata öldü. Eşitdiyimə görə, arı sancandan sonra yerinə 4-5 gün palçıq sürtüblər. Bizə gətiriləndə də çox ağır vəziyyətdə idi. Qolu şişmişdi, intoksikasiya, qanqrena əmələ gəlmişdi, septiki halda idi. Gömgöy göyərmişdi, yüksək hərarət, tənəffüs çatışmazlığı vardı. Bizdə də müdiriyyət, professor baxdı. Bütün müayinələr, müalicələr edildi. Ancaq çox-çox gec gəldiyinə görə, demək olar ki, bütün toxumalarına septiki vəziyyət keçdiyinə görə, onu xilas etmək mümkün olmadı".

Valideynlərinin Cavid İmanlının əməliyyatının reanimasiya palatasında keçirilməsi ilə bağlı iddiasına isə həkimin cavabı belə oldu: "Yox, palatada niyə? Palatada olmayıb. Orada elə böyük əməliyyat da olmayıb, yaranı balaca kəsmək lazım idi. Vəssalam".

Həkim iddia edib ki, Cavid İmanlı xəstəxanaya müraciət edəndə onun həyatını xilas etmək mümkün deyilmiş. Atası isə həqiqətin üzə çıxması və övladının ölümündə günahkar olanların cəzalandırılması üçün təkrar eksqumasiyaya belə, razı olduğunu bildirir.

"Onu ya narkoz öldürdü, ya da bizə deyilməyən başqa səbəb var..."
"Onu ya narkoz öldürdü, ya da bizə deyilməyən başqa səbəb var..."
"Onu ya narkoz öldürdü, ya da bizə deyilməyən başqa səbəb var..."
"Onu ya narkoz öldürdü, ya da bizə deyilməyən başqa səbəb var..."











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18
İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14
Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14
DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12
BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09
Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58
Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55
Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52
"Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36
Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29
“Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25
"Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18
İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16
Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru