“Mən qarğıdan hörülmüş və uçmaq təhlükəsi ilə üz-üzə qalan bir daxmada ailəmlə birlikdə yaşayıram” - Şuşanın icra başçısından GİLEY
Tarix: 15-08-2018, 09:30 | Çap et
Bu günlərdə “GündəmXəbər”in redaksiyasına Qəbələ rayonu, Zarağan-2, bina-2, mən-56 ünvanda yaşayan Quliyev Həsən Hüseyn oğlunun növbəti müraciəti daxil olub. Adı çəkilən bu şəxs artıq bir neçə dəfədir ki, üz-üzə qaldığı problemlərin varlığını redaksiyamıza çatdırır və ictimailəşdirilməsini də xahiş edir. Onu da bildirək ki, ahıl yaşına çatmış Həsən Quliyevlə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Qəbələ rayonu “Qaçqın şəhərciyi” adı ilə tanınan yaşayış məntəqəsi üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Əhəd Həsənov arasında əmələ gələn problemlərin mahiyyəti haqda lazımınca məlumatlı olmasaq da, müəyyən qədər yaşananlardan xəbərdarıq. Müəllif müraciətində daha çox sakini olduğu rayonun rəhbərliyini ittiham edir və onu fəaliyyətsizlikdə qınayır. Həsən Quliyev qeyd edir ki, “Mən 20-26 noyabr və12-18 fevral 2017-ci il tarixlərdə sizə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ icmasının rəhbəri Bayram Səfərovun və Qəbələ rayonu “Qaçqın şəhərciyi” üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Əhəd Həsənov haqqında materiallar təqdim etmişdim. Ötən ilin oktyabr ayında isə, Bayram Səfərova Əhəd Həsənovun əməlləri ilə bağlı yazılı ərizə ilə müraciət etmişdim. Həmin vaxtdan on aydan çox müddət keçməsinə baxmayaraq, bu gün də qarşı tərəf yazmış olduğum ərizəmə cavab verməyib. İcra başçısına yazmış olduğum ərizəmdə qeyd etmişdim ki, Qəbələ rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli 3(025)-55/2018 saylı qərarı ilə, Əhəd Həsənovun cinayət törətməsi faktı təsdiq olunub. Həmin ərizədən sonra öz-özlüyümdə düşündüm ki, icra başçısı bu şəxslə bağlı qanuni tədbirlərini görəcək. Təəssüflər olsun ki, Bayram Səfərov məhkəmənin çıxarmış olduğu qərara heç məhəl belə qoymadı. Bəli, bu gün də Şuşa RİH-nin başçısı yazmış olduğum ərizəmə cavab verə bilmir. Belə bir addımı ilə o, dövlətimizin qanunlarından, Konstitusiyamızın tələbindən məlumatsız olduğunu ortaya qoymuş olur. Azərbaycan Respublikası Konstitusiyasının 12.2.5-ci maddələrinin tələblərinə əsasən, Bayram Səfərov şikayət verən şəxsin şikayəti əsasında müvafiq tədbirlərini görməli və nəticəsi haqda müraciət müəllifinə cavab da verməlidir. Təəssüflər olsun ki, icra başçısı Əhəd Həsənovun mənə qarşı cinayət törətməsi faktını bilsə də, o, həmin şəxsi hələ də daşıdığı vəzifəsində saxlayır və Konstitusiyasının 24-cü maddəsinin tələblərini pozur. Maraqlıdır ki, niyə bu cür əməl sahibi olan Bayram Səfərov cəzalandırılmır? Bəyəm, dərəbəylikdir? Mən media vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə onu çatdırmaq istəyirəm ki, Bayram Səfərovun ölkə qanunlarına məhəl qoymadığını öz gözlərimlə görürəm. Çünki, cənab Prezident daim vurğulayır ki, “Mən kimi hansı vəzifəyə təyin edirəmsə, ilk növbədə verdiyim tapşırıq o olur ki, hər bir vəzifə sahibi xalqa xidmət etməli, xalqın problemləri ilə maraqlanmalıdır”. Deməli, Şuşa rayon İcra Hakimiyyətinin başçısı cənab Prezidentin vermiş olduğu belə bir tapşırıqlardan xəbərsiz olduğu üçün, hələ də bu cür addımlarını atmaqda davam edir. Bu ilin may ayında Bayram Səfərov Əhəd Həsənova “Qəbələnin “Qaçqın şəhərciyi” yaşayış məntəqəsində məskunlaşan qaçqınlarla görüşə gələcəyəm, sən çalış da şuşalıları bir yerə topla” deyə tapşırıqlarını verir. Belə bir tapşırıqdan sonra icra nümayəndəsi kənd və qəsəbələrdə yaşayan şuşalıları 31 saylı Kəlbəcər tam orta məktəbinin həyətinə toplaya biir və az sonra Bayram Səfərov ora gəlir. İcra başçısı ilk əvvəl şuşalıları, başqa qaçqınları salamladıqdan sonra məktəbə daxil olub hər kəsə səsləndi. “Kimin nə problemi varsa desin, mən hər kəsə köməklik edəcəyəm” vədini versə də, son anda onun vədlərindən heç biri həllini tapmadı. Həmin vaxt Qəbələnin Əmili kəndində məskunlaşan Bəhrəm adlı şuşalı icra başçısına müraciət edib bildirdi ki, “Mən qarğıdan hörülmüş və uçmaq təhlükəsi ilə üz-üzə qalan bir daxmada ailəmlə birlikdə yaşayıram. Bu il havalar olduqca isti keçdiyindən ilanlar da çoxalıb. İlanların qorxusundan uşaqlar daxmamızda yata bilmirlər. Xahiş edirəm ki, bizə bir otaqlı mənzil verilməsi üçün köməklik edəsiniz” dedikdə, icra başçısının cavabı o oldu ki, “Sizə mənzillə bağlı köməklik edəcəyimə söz vermirəm. Gəl sənə ilanın dərmanını deyim. Get apteklərdən “üçyalın” deyilən dərman var, onu al gətir və tök daxmana. Özünüz də iyləyin, ilanı da iy vuran kimi o daxmaya girməyəcək”. İcra başçısının belə bir təklifinə görüşə gələn hər kəs gülüşür. O halda icra başçısı başa düşür ki, düz danışmır. Həmin görüşdə Şuşa rayon İcra Hakimiyyətinin başçısına 15 nəfər şəxs müraciət etsə də, son anda 15 nəfərdən bir nəfərin olsun belə, heç bir problemi həllini tapmadı. Artıq dörd aydan çoxdur ki, icra başçısına müraciət edənlər “piyada”, Bayram Səfərov isə “atlı olduğundan”, bu gün nə ona “çata bilirlər”, nə də ki, onu “tuta bilirlər”. Mən bu yazımı dərc etdirməklə onu bildirmək istəyirəm ki, Şuşa RİH-nin başçısı ilanları məhv etdirmək üçün, deyəsən elmə məlum olmayan dərmanın adını müəyyən edib. Ona görə də Bayram Səfərova onu bildirmək istəyirəm ki, insanlar həmin dərmanla iri və xırdabuynuzlu heyvanları qotur xəstəliklərinə görə müalicə edirlər. Qaldı ki, ünvanlanan ərizə və şikayətlərə cavab verməmək, sanki bu bütün vəzifə sahibləri üçün bir xəstəliyə çevrilib. Düz iki aydır ki, təhsil naziri cənab Ceyhun Bayramova ərizə ilə müraciət etmişəm, hələ də bir kimsə mənə cavab verməyib. Bəli, bu gün hər kəs görür ki, yazmış olduğu ərizəsinə cavab verilmir, cavab verməməyə görə vəzifə sahibi olan şəxslər cəzasız qalırlar, o halda hər kəsin də qanunların aliliyinə olan inamı heçə enir. Yəqin ki, əksəriyyətə bəllidir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı Bayram Səfərov yatıbmış və onun yatmış formada olduğu şəkili, hələ bir müddət bundan əvvəl bütün sosial mediada yayımlanmışdı. Diqqət yetirin ki, cənab Prezident çıxış edərkən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov yatır və o, ölkə rəhbəri cənab İlham Əliyevin çıxışının məzmununu eşitmir. Bu belə olduğu halda, o, təqribən 33500 nəfər olan şuşalıların səsini necə eşidə bilər. Artıq məcburam ki, bundan sonra müraciətlərimi xalqını sevən, onun qayğıları ilə daim maraqlanan cənab İlham Əliyevə və hörmətli Mehriban xanıma, eyni zamanda digər səlahiyyət sahibi olan şəxslərə göndərim. İnanıram ki, o halda Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun və Qəbələ rayonu “Qaçqın şəhərciyi” adı ilə tanınan yaşayış məntəqəsi üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Əhəd Həsənovun qanunsuzluğa söykənən əməllərini qarşısı alınacaq. Yəqin ki, zamanı gəldikdə hər iki vəzifə sahibi tutduqları əməllərinə görə, Azərbaycan qanunları ilə mühakimə də olunacaqlar. Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|