Heydər Əsədova yeni ittihamlar - sabiq nazirin yeri bilinmir
Tarix: 11-07-2018, 08:54 | Çap et
Prezident seçkilərindən sonra formalaşan yeni hökumətin tərkibində yer almayan nazirlərdən biri də kənd təsərrüfatı naziri Heydər Əsədov oldu. Əsədovun 5 illik nazirliyi dönəmində dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan yüz milyonlarla manat dövlət vəsaiti də daxil idi.
Bütün bunlarla bağlı hələ nazirin dövründə mətbuatda kənd təsərrüfatı sahəsində ciddi nöqsanların olması barədə çoxsaylı yazılar dərc olunurdu. Heydər Əsədov nazir vəzifəsindən uzaqlaşdırıldıqdan sonra isə məlum oldu ki, yazılanlar, sadəcə olaraq, aysberqin görünən tərəfi imiş.
Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi bölgələrə mediatur təşkil etmişdi. Həmin turda müşahidə etdik ki, sahibkarların çoxu sabiq nazirin fəaliyyətindən, onlara olan münasibətindən narazı olublar. Sahibkarlar yeni nazirin fəaliyyətindən razılıqlarını bildirib, Heydər Əsədovun onların başına gətirdiyi problemlərdən danışdılar. Məsələn, öz əziyyəti ilə arıçılıq təsərrüfatı yaradan, hazırda həm də Arıçılar Assosiasiyasının prezidenti olan Bədrəddin Həsrətov söylədi ki, ona çox böyük çətinliklər yaradıblar. Hazırda təsərrüfat qurduğu sahədə vaxtilə çoban kimi çalışdığını söyləyən Bədrəddin Həsrətov bütün təsərrüfatının biznes-planını elə çoban olan zaman, çomağına söykənərək qurduğunu bildirdi. Lakin Həsrətovun sözlərinə görə, onun əziyyətlə qurduğu təsərrüfata Əsədovun dönəmində böyük əngəllər tərədilib.
Həsrətov modern.az saytına bu barədə aşağıdakıları bildirib: “Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri olmuş Çingiz Fərəcovun dövründən sərgilər başqa istiqamətlərə yönəlməyə başladı. Hətta sərgilərin birində polislər məni bayıra çıxardılar. Çünki insanlara zir-zibil almağa imkan vermirdim. Bal yarmarkasında çox böyük maxinasiyalar gedirdi. Bu il qismən qarşısı alınsa da, yenə də tam nail ola bilmədik”.
B.Həsrətov bu məsələlərlə bağlı eks-nazir Heydər Əsədovun qəbulunda olduğunu vurğulayıb:
“Bu problemlərlə bağlı məni qəbul edirdi, fikirlərimi dinləyirdi, deyirdi ”oldu, yaxşı". Amma mən qapıdan çıxandan sonra komandasına “assosiasiyalara imkan verməyin” göstərişini verirdi. Hər yerdən yollarımızı kəsirdilər, qısqanclıq vardı. Subsidiya məsələsi niyə bu günədək gecikir? Biz təklif verdik ki, arı ailələrinin sayılma prosesində assosiasiya nümayəndəsi də iştirak etsin. Amma nazirlik buna razı olmadı, çünki biz olan yerdə maxinasiya edə bilmirdilər. Bugünədək mübarizədə olmuşuq. Amma inanıram ki, yeni nazir İnam müəllim bizə dəstək olacaq".
Oxşar fikirləri mediatur zamanı digər sahələr üzrə sahibkarlar da dilə gətirib, Əsədovun nazirlik fəaliyyətindən narazılıqlarını bildirdilər.
“Yeni Müsavat”a daxil olan məlumata görə, texnikaların alınması üçün Əsədovun dövründə ayrılan vəsait də aidiyyəti üzrə xərclənməyib. Nəticədə bu gün sahələrdə kombayn və digər texnikalar çatışmır, fermerlər əziyyət çəkirlər.
Məsələ ilə bağlı ötən günlərdə virtualaz.org saytında da məlumat dərc olunmuşdu. Belə ki, “Aqrolizinq” Səhmdar Cəmiyyətinin şöbə rəisi İsrafil İsmayılov demişdi ki, bu il hava şəraiti ilə əlaqədar çovdar yığımı adi vaxtlarda olduğundan tez başladı: “Fermerlər çovdarı buğda ilə birlikdə yığmağa başladılar. Və gözlənilməz hadisələrlə əlaqədar kəndlərdə kombaynların çatışmazlığı hiss olunur. Azərbaycana bu il 260 kombayn gətirilməli idi, ancaq bu günə cəmi 110-u idxal edilib. Buna görə biz daha 150 kombaynın çatdırılmasını gözləyirik” - deyə İ.İsmayılov bildirib.
Tez-tez adı maxinasiyalarda hallanan Heydər Əsədovun isə hazırda harada olduğu bilinmir. Məlumatlara görə, Əsədov vəzifəsini itirdikdən sonra ciddi depressiya yaşayır. Buna görə də mətbuata heç bir açıqlama vermək istəmir.
Əsədovun nazirlik dönəmində onu ən çox tənqid edənlərdən biri olan MMP sədri Hafiz Hacıyev “Yeni Müsavat”a bildirib ki, sabiq nazirin harada olduğundan məlumatlıdır: “Əsədov kənd təsərrüfatını iflic edib, milyardlar qazanan adamdır. Bu gün də xaricdə oturub, kef edir. Nə üçün kombayn çatışmır? Nə üçün fermerlərin taxılları yerdə qalıb? Bunlar hərə görünənlərdir. Əslində isə kənd təsərrüfatında çatışmazlıqlar xeylidir. Ancaq çox təəssüf ki, onları müdafiə edən qüvvələr hələ də var və imkan vermirlər ki, bu kimi adamların oğurladıqları milyardlar dövlətə geri qaytarılsın. Hazırda Əsədov xaricdəki villasındadır. Orada oturub, Azərbaycanın əleyhinə xoşagəlməz qruplar formalaşdırır. Bu kimi tənqidi fikirlərimi söyləyən zaman deyirlər ki, Əsədov Hafiz Hacıyevə vəzifə vermədiyi üçün belə danışır. Mənə vəzifə lazım deyil. Hamı kimi yaşamağa öyrəşmiş adamam.
Düşünmürlər ki, onların atdıqları hər doğru olmayan addım Azərbaycan dövlətinə, birinci şəxsinə vurulan zərbədir. Bu adamları ancaq pul düşündürür. Heydər Əsədov həbs edilməlidir. O, nazir olduğu zaman arıçıların da balına şərik idi. Yarmarkada satılan ballardan haqq alırdı. Bu cür məsələləri açdığım zaman mənə çox təzyiqlər edirdilər. Artıq kənd təsərrüfatına ayrılan milyardlarla vəsaitin hamısı batıb-gedib. Nə texnika var, nə də digər avadanlıqlar. Ona görə də Əsədov bütün bunlardan canını qurtarmaq üçün xaricə qaçıb. Vaxtilə maliyyələşdirdiyi insanlarla planlar cızır, telekanal açırlar. Düşünürlər ki, nə zamansa kimsə hakimiyyətə gələr, onda geri dönərlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|