Dövlətin pulları necə talan edilməkdədir... - AzTV sədrinin “Şamaxı əhvalatı”nın pərdəarxası
Tarix: 7-04-2018, 09:56 | Çap et
“Bu işdə 6 milyona yaxın puldan, əmlakdan söhbət gedir. Arif Alışanovda hardandı bu pullar? Necə qazanıb? Hansı yolla?” Bu suallar Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Alışanovun “zərərçəkmiş” olduğu iş üzrə keçirilən prosesdə səslənib. Vəkillər AzTV sədri Arif Alışanovun adının zərərçəkən statusunda keçdiyi iş üzrə bu suallara aydınlıq gətirilməsini vəsatətlə tələb etmişdilər.
Lakin hakimlər vəsatəti baxılmamış saxlayıb “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun bunca sərvətinin mənbəyinin aydınlaşdırılmasını əngəlləmişdilər. 1 aydan çoxdur ki, məhkəmədə verilən bu suallar açıqdır. İctimayyətdə belə bir fikir formalaşıb ki, ölkədə fəaliyyət göstərən bütün telekanalların rəhbərləri Arif Alışanov kimi böyük sərvət sahibdirlər. Hətta bəziləri media kapitanlarını da rəsmi milyonçular sırasına qatmağa tələsirlər.
Əslində vəziyyət necədir? Arif Alışanovun AzTV sədri olaraq gəlirləri onun milyonçular sırasına qatılmasına imkan verirmi?
Media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli deyir ki, əslində sualın cavabı ortalıqdadır: “Alışanovun pullarının mənbəyi haqda neçə illərdir mətbuatda yazılar dərc olunur. Müxtəlif maliyyə əməliyyatlarında, pulların nəğdləşdirilməsi ilə bağlı məharəti haqda danışırlar. Tenderlərdəki qanunsuzluqlar, azad zonalara ötürülən pullarla bağlı da adı hallanır. Şamaxı əhvalatı da ortaya çıxandan sonra bir daha sübut olunur ki, yazılanlar havayı deyil, pulun mənbəyi haradandır. Düzdür, Alışanov izahatlarında göstərir ki, qohum-əqrəba yığışıb pul qoyublar. Bir qohumu 3 milyon, o biri 2 milyon qoyub. Belədirsə, niyə məhz bu adam ortada fəallıq edib?”
Qulu Məhrrəmli deyir ki, baş verənlər bəzi adamların dövlət büdcəsinə divan tutmasının sübutudur: “Bu məhkəmə təkcə maddi məsələləri deyil, həm də mənəvi məsələləri də ortaya çıxarıb. Məsələn, orada qətl hadisəsi haqda söhbət açılır. Əslində bu məsələ çox ciddi şəkildə araşdırılmalıdır. Mətbuat da bu məsələnin araşdırılmasından kənar qalmamalıdır. Çox məyusedicidir ki, AzTV tarixində belə bir fiqur ortaya çıxıb. Bu məsələlər təkcə televiziyanın adını batırmır, həm də orada çalışan çox dəyərli insanların adına xələl gətirir”.
Ekspert deyir ki, məhkəmədə üzə çıxan çoxmilyonluq pul qovğası ilk növbədə korrupsiya faktları haqda fikirlər formalaşdırır: “AzTV-dən fərqli olaraq İctimai Televiziyada çalışanlar aybaay maaş, quruluş haqqı alırlar. Televiziyada texnika alınması, quruluş haqlarının ödənməsi, dizayn, dublyaj məsələlərində rəqəmləri dolaşdırmaq, pul əldə etmək mümkündür. Bütövlükdə bu sözləri İTV sədrinə aid etmək olmaz. AzTV-dən başqa digər televiziyalarda bu cür irimiqyaslı korrupsiya faktları yoxdur. AzTV-də isə var və mətbuat dəfələrlə bu haqda yazıb, bu gün də çox tutarlı faktlarla yazılmaqdadır. İTV və AzTV dövlət büdcəsindən maliyyələşdirilir. AzTv-nin ötən illərə qədər 50 milyon manat büdcəsi var idi. Sonra bu məbləği 31 milyon manata qədər endirdilər. Bu məbləğin özü də çox böyük maliyyədir. Bundan əlavə, prezidentin xüsusi göstərişi ilə texnika alınması üçün də əlavə maliyyə ayrılırdı. AzTv-nin maliyyəsi Gürcüstan və Ermənistanın bütün televiziyalarının maliyyəsindən çoxdur.
Amma bu qədər maliyyənin qabağında görülən iş göz qabağındadır. İri həcmli filmlər, tamaşalar, iri maliyyə tələb edən televiziya məhsulları da ortaya çıxmır. Ona görə də məhkəmədə torpaq alınması üçün xərclənən pulların mənbəyi təxminən görünür. Bu pulların haradan formalaşması haqda fikirlər yaranır. Diqqətlə araşdırılsa, məlum olar ki, üzə çıxan çox cüzi bir maliyyədir. Başqa əməliyyatlar, başqa biznes işləri üçün də daha böyük maliyyə var. Məhkəmədə də səslənir ki, bu adamın başqa rayonlarda - Qubada, Xızıda, Zərdabda, Sabirabadda da biznesi var. Məhkəmədə üzə çıxanlar hamısı dövlətin, prezidentin ayırdığı maliyyənin necə xərcləndiyini göstərir. Prezident çıxışlarında ictimai nəzarətin gücləndirilməsinə dair tövsiyələr verir. Mətbuat ictimai nəzarətin ən təkmil, sınanmış formasıdır. Mətbuat bu məsələni müstəqil şəkildə araşdırıb ortaya qoymalıdır. Hansısa hakimin bu məsələni öz istədiyi kimi, subyektiv məsələlərlə əlaqəli araşdırması obyektiv nəticəni ortaya qoya bilməz. Hakim məhkəmədə deyir ki, bəlkə bu pullar atasından qalıb. Amma bu gülüncdür, ədalətsiz yanaşmadır. Hər bir məmur bilməlidir ki, əvvəl-axır dövlət büdcəsindən oğurladığı pulların hesabatını verəcək”.
Ekspertin sözlərindən belə aydın olur ki, AzTV-də əmək haqqı problemi yaşanır. Büdcədən 31 milyon manat vəsait ayrılan bir təşkilatda əmək haqqı probleminin yaşanmasının səbəbi nədir?
Qulu Məhərrəmli deyir ki, işçilərin az bir qisminə əmək haqqı verilir: “AzTV-də yüksək vəzifə tutanlar əmək haqı alır. Bu da az bir qismdir. Orada işləyənlərin 3/4-ü əmək haqqı almır. Veriliş çəkilir, təhvil verilir. Orada komissiya var. Verilişi qəbul etmir və işçilərə də əmək haqqı yazılmır. Bu, çox dəhşətli sistemdir və bütövlükdə əmək hüquqlarının pozulmasıdır. Yüzlərlə belə işçilər var. AzTV-də çox acınacaqlı vəziyyətdir. Halbuki AzTV-yə büdcədən ayrılan 31 milyon manatdan əlavə də gəlirlər daxil olur. Sponsorluq, reklamdan gələn gəlirlərin hesabatı ictimiyyətdən gizlədilir. AzTV-də yayımlanan reklamların pulu hara gedir? AzTV-nin rejissoru Nərgiz Cabbarlı Arif Alışanovu məhkəməyə vermişdi. Həmin məhkəmədə üzə çıxdı ki, işçilərə əmək haqqı yazılıb və bu haqda məlumatlar Sosial Müdafiə Fonduna göndərilib. İşçilərə həmin əmək haqqı verilməyib! Saxta hesabatlar yazılıb və əmək haqları verilməyib. Hesab edirəm ki, bu məsələlər çox ciddi şəkildə araşdırılmalıdır”.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İttiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək Şamaxıda və Bakıda külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.
Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Munasib Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmirlər. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
|