İsmayıl Vəliyev sahibkarın torpağını əlindən alıb öz adamına verdi - QALMAQAL
Tarix: 31-03-2018, 09:38 | Çap et
Son illər Azərbaycanda sahibkarlara qarşı xüsusi diqqət və qayğının göstərilməsi bir başa prezident İlham Əliyevin nəzarətindədir. İstər yerli sahibkarların, istərsə də xarici investorların ölkəmizdə sərbəst və maneəsiz fəaliyyətinin tənzimlənməsi üçün hökümət səviyyəsində ciddi layihələr həyata keçirilir, külli miqdarda vəsait ayrılır, investorlar cəlb edilir. Bir sözlə, Azərbaycanda qeyr-neft sektorunun inkişafı konkret hökümətin diqqət mərkəzindədir.
Amma deyir sən saydığını say, gör kiçik ranqlı məmurlar, icra başçıları nə sayır. Ən maraqlısı odur ki, məmurların bu əməlləri yuxarı instansiyaları belə narahat etmir. Kimsə şikayətləri araşdırmır, günahkarlar cəzalandırılmır. Qəribə tendensiyadır, şikayət var, araşdıran yox. Qanunpozuntusu var, cəza yox…
Redaksiyamıza daxil olan müraciətlərdən bir daha aydın olur ki, yerlərdəki məmurlar, əsasən də icra başçıları sahibkarlara konkret problem yaradır, onların fəaliyyətini tamamilə əngəlləyir. Sahibkar əlində olan-olmazını da atıb ölkədən qaçmağı düşünür. Əcəba, ölkə rəhbərliyi səviyyəsində sahibkarlara verilən dəstəyin qarşılığında icra başçılarının bunun əksini etməsini necə başa düşək və bunu kimin adına yazaq? Məmurlar sahibkarlara niyə divan tutur? Niyə inkişaf istəmirlər? Sahibkarlara qarşı bu münasibətin arxasında nə dayanır?
Ölkənin qeyri-neft sektorunun inkişafını gücləndirmək fonunda sahibkarları müflis etmək hansı kitabda yazılıb? Təsəvvür edin ki, vəziyyət o həddə çatır ki, sahibkar icra başçısını məhkəməyə verir. Üstəlik, məhkəmə sahibkarın haqlı olduğunu əsaslandırsa belə, qərar icra olunmur. Yəni, rayon icra şöbəsi icra başçısından qorxaraq dövlət adından çıxarılan qərarı icra etmir. Hansı ki, hər ikisi ölkənin inkişafı naminə çalışır. İcra başçısına ölkə rəhbərliyi tərəfindən etimad göstərilir ki, işləsin, dövlətinə xeyir verən sahibkarlara, insanlara dəstək olsun. Sahibkarları incitmək, onların fəaliyyətini əngəlləmək, ölkə iqtisadiyyatına düşmən kəsilmək deməkdir.
Bu barədə aşağıda daha ətraflı məlumat verəcəyik. NUH.az-a müraciət edən “Xəyal – HR” MMC-nin sahibi Rafil Həsənov adlı sahibkar bildirir ki, Neftçala rayon İcra başçısı İsmayıl Vəliyev onu intihar həddinə çatdırıb. İcra başçısı sahibkara elə bir ziyan vurub ki, sözlə deyiləsi deyil. Belə ki, “Xəyal – HR” MMC-yə 2013-cü ildə elə icra başçısı İsmayıl Vəliyevin imzalı sərəncamı ilə Neftçaladakı 12 saylı qış otlaq sahəsindən 15 il müddətində heyvandarlığın inkişafı üçün 500 ha torpaq sahəsi icarəyə verilib. Eyni zamanda tərəflər arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə imzalanıb. Müqavilə bağlanan gündən torpaqdan təyinatı üzrə istifadə edilib, torpaq qanunvericiliyi və müqavilə şərtlərini pozmayıb.
Amma bu çox çəkməyib və günün birində İsmayıl Vəliyevin “qoçu”ları (başda Mustafa Əliyev olmaqla) əraziyə gələrək Rafil Həsənova bildiriblər ki, onun ərazi ilə əlaqədar heç bir hüququ yoxdur və buraya pambıq əkiləcək. Odur ki, ərazi boşalmalıdır. Bir neçə gün sonra isə İ.Vəliyevin tapşırığı ilə ərazi sulanıb və sahibkarın istifadəsində olan torpaq tamamilə yararsız hala salınıb.
İşin ən qəribə tərəfi budur ki, İsmayıl Vəliyevin adamları sahibkara heç bir rəsmi sənəd təqdim etməyiblər və bu tapşırığın icra başçısı tərəfindən verildiyini deyiblər. Prezident İlham Əliyevə və aidiyyatı qurumlara çoxsaylı müraciətlərdən sonra icra hakimiyyətindən verilən “rəsmi” cavab isə belə olub – “Sərəncamla icarə müqaviləsinə xitam verilib”.
Çox keçmədən icra başçısının göstərişi ilə ərazidə olan tikililər darmadağın edilib, sahibkara aid olan əmlak yararsız hala salınıb, 17 ailə isə işsiz, çörəksiz qalıb. Əcəba, icra başçısı 15 illik müqaviləsini heç bir əsas gətirmədən və sahibkara heç bir xəbərdaqlıq etmədən bir imza ilə gözünü qırpmadan pozur. Əgər poza bilirsə, o zaman bu ölkədəki qanunlar nəyə lazımdır? Dövlət məmuru qanunları tapdalayırsa, adi vətəndaş kimdən ibrət götürəcək?
Daha sonra isə davalı torpaq sahasi İsmayil Vəliyevin növbəti və kökü olmayan sərəncamı ilə öz yaxın adamına icarəyə verilib. Bu sahə pambıq əkini adı altında ayrılsa da, əslində orda İsmayıl Vəliyev üçün arpa, buğda və qarğıdalı (bu barədə geniş araşdırma aparırıq) əkilir.
Pambıq demişkən, Neftçala rayonu bu il pambıq tədarükündə sonuncu oldu. Preziden İlham Əliyev Bərdə şəhərində keçirdiyi sonuncu müşavirəsində Neftçala rayonundakı pambıq istehsalını arxadan birinci olduğunu xüsusi qeyd etdi. Milyon manat pambıqçılığın inkişafı üçün vəsait ayrılan Neftçala rayonu nədən sonuncu olmalı idi? Sovetlər dövründə pambıq tədarükündə öz payı olan Neftçalada nə baş verdi, İsmayıl Vəliyev? Neftçala niyə bu günə düşdü?
Əslində bu sualın cavabı elə bu yazıdadır. Sualın cavabı odur ki, İsmayıl Vəliyev Neftçalada pambıqçılıq üçün yararlı torpaqları öz yaxın adamlarına verərək arpa, buğda qarğıdalı əkdirir. Pambığı isə “pripiska”? Unutmayaq ki, Azərbaycan daha müstəqil ölkədir, SSSR-nin tərkibindı olan qapazlı ölkə deyil. İndi ölkəmizin inkişafı üçün hər kəs çalışmalı, bütün diqqəti Azərbaycanın daha güclü dövlət olmasına yönəltməliyik.
Sahibkar daha sonra müraciətində qeyd edir ki, İsmayıl Vəliyevin bu qanunsuz əməlindən məhkəməyə müraciət edib. Bütün məhkəmə instansiyalarında sahbkarın xeyrinə qərar çıxarılıb və torpağın sahibkar Rafil Həsənova verilməsinin təmin olunması Neftçala icra şöbəsinə həvalə olunub. Yəni, icra başçısının addımı qanunsuz hesab olunub.
Amma di gəl ki, necə deyərlər o yekəlikdə Ədliyyə Nazirliyinin Neftçala şəhər icra şöbəsinin məmurları qərarı icra edə bilmir. Nə var ki, icraçılar icra başçısı İsmayıl Vəliyevdən çəkinir, qərarı icra etməyə qorxurlar. Ortada isə yekə bir fakt dayanır. 15 illik rəsmi müqavilə ilə 500 ha torpaq sahəsini sahibkardan qanunsuz olaraq alan, yüzlərlə mal-qaranı tələf edən, 17 ailəni işsiz qoyan və daha nələr etməyən icra başçısı İsmayıl Vəliyev hələ də öz işində və narahat deyil.
Sonda sahibkar Rafil Həsənov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdən xahiş edir ki, icra başçısının özbaşınağını dayandırmasında ona kömək etsin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Dünən, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Dünən, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Dünən, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Dünən, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Dünən, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Dünən, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Dünən, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Dünən, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Dünən, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Dünən, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Dünən, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Dünən, 08:51 |
|
|
|
|