Azərbaycan dərsliklərindəki erməni izi - Təhsil Nazirliyi susur, yoxsa susdurulur?
Tarix: 14-03-2018, 09:35 | Çap et
Məktəb dərslikləri ilə bağlı haqlı iradların, şikayətlərin olması heç kimə sirr deyil.
I sinif şagirdləri üçün hazırlanan Azərbaycan dilindən “Yay tətili” adlı tapşırıqlar jurnalında bir sual diqqət çəkir.
Tapşırıq belədir:
Böyük hərflərlə yazılmalı olan sözləri tapın, itin yuvasına aparın. Həmin sözləri düzgün şəkildə yazın:
İt Ağdamı, Ağdərəni, Kəlbəcəri, Laçını, Şuşanı götürərək yuvasına, yəni Ermənistan yazılan yerə aparır.
Bu nə biabırçılıq, nə rəzillikdir? İt Ağdamı, Ağdərəni, Kəlbəcəri, Laçını, Şuşanı götürüb, niyə yuvasına, yəni Ermənistana aparmalıdır ki? Bu, torpaqlarımızı Ermənistana təhvil vermək deməkdir. Onsuz da həmin torpaqlar 26 ildir ki, düşmən tapdağı altındadır və uşaqlarımıza da belə tapşırıq verməklə sətiraltı da olsa o rayonları Ermənistana vermiş oluruq.
Bəziləri deyəcək ki, bu, texniki səhv də ola bilər, tamam. Tutaq ki, əlavə dərs vəsaitinin redaktoru, korrektoru yanlışlığa yol verib. Bəs kim zəmanət verir ki, erməni kəşfiyyatı və yaxud onlara işləyən kimlərsə bu işi görə bilməz? Gülməli səslənə bilər, ancaq ötən ilin əvvəllərində düşmən kəşfiyyatının Azərbaycan ordusuna, cəbhəyanı kənd sakinlərinin arasına sızdığı hər kəsə bəllidir. Bu barədə güc strukturlarının birgə açıqlaması ilə cinayət işi də açıldı.
Kim zəmanət verə bilər ki, düşmən kəşfiyyatı təhsil və elm sahəmizə də sızmayıb? Bu sualın yaranmasına əsas da var. Çünki bu, artıq ilk fakt deyil.
Belə faktlardan biri bu yaxınlarda sosial şəbəkədə yayılmışdı. I sinif riyaziyyat dərsliyində tapşırıqlardan birinin üç sətri rəngli işarə ilə verilmişdi. Həmin rənglər qondarma DQR-in “bayrağı”nı əks etdirirdi. Belə bir sual ortaya çıxır: bu dərs vəsaiti hazırlanan zaman bunlara nəzarət edən varmı?
Yaranan sual və iradlara Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Yenicag.az-da cavab verib.
Onun sözlərinə görə, sözügedən “Yay tətili” adlı tapşırıqlar jurnalının Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur:
“Bu cür məsələlərə görə nazirlik heç bir məsuliyyət daşımır. Ola bilər ki bunu hansısa fiziki bir şəxs və ya şirkət dərs vəsaiti kimi çap edib”.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, milli-etnik zəmində olan düşmənçiliyi şagirdlərə aşılamaq olmaz:
“Biz Bakıda metronun olduğuna sevinirik. Amma 1967-ci ildə metronun tikintisi zamanı stansiyanı qəsdən İçərişəhər tərəfdən salıblar ki, zaman-zaman silkələnmələr baş versin və tarixi binalar dağılsın. Təbii ki, bu işlərə rəhbərliyi ermənilər edirdilər. Dərsliklərdəki tapşırıqlar da istər şagirdi, istərsə də tələbəni humanizmə, insanpərvərliyə sövq etməlidir. Qıcıqlandırıcı nəsə etmək olmaz. Sözügedən əlavə dərs vəsaitində bu konsepsiya pozulub. Azərbaycan tolerant ölkədir. Bizim Ermənistanla problemimiz Dağlıq Qarabağla bağlıdır. Biz o torpaqlara qayıdacağıq. Dağlıq Qarabağla Ermənistanı qarışdırmaq olmaz. Və üstəlik, dərslikdə qondarma DQR-in “bayrağı”nın rənglərini təbliğ etmək yolverilməzdir. Bu, bizdə bir qorxu yaradar: görün erməni kəşfiyyatı nə qədər irəli gedə bilib ki, bayraqlarını təbliğ edirlər. Ümumiyyətlə, dərsliklərin redaktoru, korrektoru, dizayneri öz işlərinə olduqca diqqətli yanaşmalıdırlar. Bu, çox təhlükəli məsələdir”.
Təhsil nazirliyi rəsmisinin “məsuliyyət daşımırıq” cavabına gəldikdə isə ekspert bildirib ki, gərək bundan sonra jurnalistlər təhsillə bağlı suallarını Kənd Təsərrüfatı Nazirliyinə və ya Dövlət Baytarlıq Nəzarəti Xidmətinə ünvanlasın:
“Ölkədə dərslik vəsaitini müəyyən edən qurum Təhsil Nazirliyidir. Onlar mütləq şəkildə bu məsələlərə qarşı çıxmalıdırlar. “Mən çap etməmişəm”, deyib, boynundan atmaq məsuliyyətsizlikdir. Əgər bu kitab məktəbə gedirsə, Təhsil Nazirliyi buna baxmağa borcludur. Təhsil Nazirliyi boyun qaçırtmaqla özünü biabır edir. Bəs kimə müraciət etməliyik? Gedib Kənd Təsərrüfatı Nazirliyindən soruşaq? Məktəbli qız zorlandı… “bizlik deyil; məktəblilər arasında əxlaqsızlıq yayıldı… “bizlik deyil”! Bəs kimlikdi? İnsanlar uşaqlarını məktəblərə, yəni Təhsil Nazirliyinə etibar edir, onlar da hər məsələdə deyir ki, “bizlik deyil”. Sadəcə olaraq ayıbdır”.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik-leytenant İlham İsmayıl məsələyə münasibət bildirərək deyib ki, bu sahəyə ciddi nəzarət olmalıdır:
“Burada təsadüf və ya bizim qavramamızla əlaqədar şübhə də ola bilər. Əsas olan nəzarətdir. Çünki düşmən bu kimi məsələlərdə rəmzlərdən istifadə etməklə gələcəkdə özünə sübut yeri hazırlayır.
Bir xırda detal deyim: 1988-89-cu illər idi. Onda mən Gəncədə Dövlət Təhlükəsizlik Komitəsində işləyirdim. Həmin ərəfədə Nizami Gəncəvinin məqbərəsində yenidənqurma işləri aparılırdı. Bir gün zəng vurdular ki, bəs qazıntı zamanı bir daş tapılıb, xahiş edirik, gəlin. Əraziyə gedəndə gördüm ki, bir daş tapıblar, üstündə erməni əlifbası ilə yazı var. O zaman artıq Dağlıq Qarabağda hadisələr başlamışdı. Erməni dilində yazılmışdı:”burada aşıq yatıb”. Sonradan araşdırma apardıq, məlum oldu ki, Nizami Gəncəvinin məqbərəsi düzələn zaman iş icraçısı da, müavin də, fəhlələrin çoxusu da erməni olub. Ermənilər həmin daşı qəsdən basdırmışdılar. Müharibə şəraitində yaşadığımız, Dağlıq Qarabağ problemimiz olduğu bir zamanda belə şeylərə nəzarət mütləqdir. Simvolika adi bir şey deyil. Mart ayının 18-də Rusiyada prezident seçkiləridir. Hər kəs bilir ki, Krımın işğalı günü olduğu üçün Rusiya məhz bu günü seçib. Bu cür məsələlərdən istifadə edərək, bəzi məsələləri də sübut ediblər. Ona görə də mütləq nəzarət lazımdır”.
Qeyd edək ki, I sinif şagirdləri üçün hazırlanan Azərbaycan dilindən “Yay tətili” adlı tapşırıqlar jurnalı “Qələm MMC”yə məxsusdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Dünən, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Dünən, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Dünən, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Dünən, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Dünən, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Dünən, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Dünən, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Dünən, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Dünən, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Dünən, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Dünən, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Dünən, 08:51 |
|
|
|
|