“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?” .....                     Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı .....                     İran Ermənistana qoşun yeridir? .....                     Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                 

Problemli kreditlərin əksəriyyətini bank sahibləri süni yaradıb - Onlar "problemlərini" çoxdan həll ediblər
Tarix: 12-03-2018, 09:27 | Çap et
Problemli kreditlərin əksəriyyətini bank sahibləri süni yaradıb
Ard-arda iki devalvasiya, onun ardınca bank-maliyyə sektorunda yaranan böhranlı vəziyyət ölkədə problemli kreditlərin həcminin artmasına səbəb oldu. Əvvəllər əhali gəlirinin müəyyən hissəsini kreditlərə ayırırdısa, indi bir çoxunda kreditin aylıq ödənişi ailənin gəliri həddindədir. Bu zaman vətəndaşın krediti ödəməsi mümkün olmur. Bu isə problemli kreditlərin sayını artırır.

Müqayisə üçün son iki ilə nəzər yetirək. Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il sentyabrın 1-nə 1,592,9 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib. “Sputnik Azərbaycan” Mərkəzi Bankının (AMB) saytına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 5,9 faiz və yaxud kreditlər ilin əvvəlinə nisbətən 5,6 faiz, illik müqayisədə isə 19,4 faiz artıb. Avqustun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5 faiz olub. Bu nisbət iyulun sonunda 9 faiz, 2015-ci ilin sonunda 6,9 faiz, ötən ilin iyul ayının sonunda isə 6,6 faizdir.

Problemli kreditlərin əksəriyyətini bank sahibləri süni yaradıb

2017-ci il dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 890,3 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə cəmi 700 min manat və yaxud 0,04 faiz çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 417,7 milyon manat və yaxud 28,35 faiz, illik müqayisədə isə 448 milyon manat və yaxud 31,06 faiz artıb. Ötən il noyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 15,46 faiz təşkil edib. Bu nisbət oktyabrın sonunda 15,55 faiz, ötən ilin əvvəlində 8,95 faiz, 2016-cı il dekabrın 1-də isə 8,86 faiz olub.

Görünən odur ki, problem ildən-ilə daha da dərinləşir. Bəs çıxış yolu nədir?

Bu barədə fikirlərini Reyting.az-la bölüşən hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov deyib ki, problemli kreditlərin mütləq əksəriyyəti bank sahibləri və inzibatçılarının süni yaratdığı məsələdir. Onun sözlərinə görə, bu, bank sahiblərinin tanış və yaxınlarına, o cümlədən elə öz şirkətlərinə verdikləri gedər-gəlməz kreditlərdir: “Yəni, faktiki bu vəsaitləri mənimsəyiblər. Bu pulları qaytarmaq üçün hüquq-mühafizə orqanları tədbir görməlidir. Təqsirkarlar müəyyən edilməli, ya pulları qaytarmalı, ya da məsul şəxslər cəzalanmalıdır”.

O ki qaldı real problemli kreditlərə, yəni borcluların həqiqətən qaytara bilmədiklərinə, Əkrəm Həsənov bunun iki həll yolu olduğunu bildirib:

“Faktiki müflis olmuş şəxslərin borcu tam silinməli, çətinlik çəkənlərə isə güzəşt edilməlidir. Sonuncu halda dövlət də banklara kömək etməlidir”.

Onu da qeyd edək ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanuna görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranan və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinəcək. Əhali və banklar üzərində böyük yükə çevirilmiş problemli kreditlər məsələsinin həll olunacağına da ümidlər artıb.

Reyting.az xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, ölkə prezidenti tərəfindən daxil olan təklif Milli Məclisdə qəbul olunaraq sığorta amnistiyasına gedilib: "Amnistiyaya əsasən, 382 milyon manat borc faktiki olaraq silindi. Bu, çox böyük addımdır. Hesab edirik proses başlayıbsa, davam etdirilməlidir. Çünki 2015-ci ilin devalvasiyalarından sonra əhali kommersiya banklarından dollarla götürdüyü kreditləri geri qayatrmaqda çətinlik çəkir, əksəriyyət isə qaytara bilmir”.

Deputat deyib ki, hazırkı iqtisadi vəziyyət problemli kreditlərin həll edilməsinə imkan verir: "Devalvasiyadan sonra yaranmış iqtisadi gərginlik səngiyib, aktivlik artıb, manatın məzənnəsi sabitləşib. Deməli, poblemli kreditlər məsələsinə baxmaq olar. Biz də ona görə həm parlementdə çıxışlar zamanı, həm də mətbuat vasitəsilə məsələyə baxması üçün cənab prezidentdən xahiş etdik. Həmkarım Əli Məsimli ilə birlikdə hazırladığımız 14 səhifəlik təkliflər paketinə də hələlik baxılmayıb. Sığorta amnistiyasının davamı olaraq, dollarla götürülən kreditlərə baxılmalıdır. Ümid edirik bu məsələ də müsbət nəticələnəcək”.

V.Əhmədovun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatının ən ciddi problemi bankların sağlamlaşdırılmasıdır:

"Maliyyə sektorunda yavaş-yavaş da olsa problemlər həll olunur. Amma bank sistemini sağlamlaşdırmamışıq. Bunun əsas yollarından biri də vaxtı keçmiş kreditlərin qaytarılmasıdır. Bu məsələlər həll edilməlidir ki, banklar sıfırdan başlasın. Zərərlə işləyən, kapital çatışmazlığı, likvidlik problemləri olan banklar çoxdur. Bütün bunları nəzərə alaraq, məsələlərə baxılacağına böyük ümid bəsləyirik”.

Deputat qeyd edib ki, məhkəmələrdə baxılan işlərin çoxu problemli kreditlərlə bağlıdır: "Minlərlə yox, on minlərlə məhkəmə çəkişməsi var. İnsanlar krediti ödəyə bilmədiklərinə görə məhkəmələrə cəlb olunur. Bizə yüzlərlə belə müraciət daxil olur”.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 695,9 mln. manat təşkil edib.

Ə. Həsənov isə deputatın təklifinə belə münasibət bildirib: “Amnistiya yuxarıda dediyim kimi, real problemli kreditlərə aid olmalıdır. Dələduz və oğrulara nə amnistiya? Bunu müəyyən etmək asandır. Süni problemli kreditlərin meyarları bunlardır: uzun müddətə verilib, faiz dərəcəsi aşağıdır, real biznes yoxdur.

Hesab edirəm ki, problemli kreditlərin həcmi artan xətlə davam edəcək. Çünki bu sahədə heç bir adekvat tədbir görülmür. Dövlət deyir ki, "buna qarışmıram", banklar deyir ki, "pulumuz yoxdur və güzəştə getmirik". Müştərilərin də pulu yoxdur və çoxunun krediti dollarladır”.

Ekspert bildirib ki, məsələyə ciddi yanaşılmalı, banklarda yoxlamalar aparılmalı, müəyyən olunmalıdır ki, hansı bankda həqiqətən nə qədər problemli kredit var və onların hansı hissəsi elə bank sahiblərinin öz yaxınlarına verdiyi kreditlərdir: ”Bunu da müəyyən etmək çətin deyil. Elə müqavilə şərtləri ilə tam müəyyən etmək olur ki, niyə belə əlverişli şərtlə kredit verilib, girov niyə az götürülüb, tez verilib, biznes-plan götürülməyib, kredit xeyli müddətdir ki, qaytarılmır, amma bank məhkəməyə verməyib və s. Yəni, dövlət bunları müəyyən edəndən sonra cinayət işi də qaldırıla bilər ki, kredit təyinatı üzrə istifadə edilməyib".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Bu gün, 23:54
Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Bu gün, 23:48
İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Bu gün, 23:46
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Bu gün, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru