Daha bir xanım liposaksiyanın qurbanı oldu .....                     Tehranın “hücumuna” Bakıdan əks-həmlə: .....                     Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb .....                     Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... .....                     Ermənistanın Avropa İttifaqı sevdası .....                     Prezident Şahin Bağırovu ordenlə təltif edib .....                     Avtokratiyadan teokratiyaya? .....                     Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir .....                     Dövlət qurumu portaldan kənar seçilən ofisi .....                     Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: .....                     Şəhid anası yenidən məktəb direktoru oldu .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? .....                     İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib .....                     “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” .....                     Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... .....                     ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi .....                     Danışıqlar prosesinə yeni elementlər daxil oldu .....                     ABŞ-dan “kürd planı” açıqlaması: .....                     İrəvan ATƏT-ə müraciət edəcək .....                     "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb .....                     Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb .....                     Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? .....                     Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` .....                     “Qaş düzəldən yerdə göz çıxaran”lar .....                     Netanyahunun arvadı özünü öldürməklə hədələyib... .....                     Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir .....                     Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti .....                     Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! .....                     "Mənim danışmağımdan siz qorxursunuzsa..." .....                     Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                 

Vətəni, dövləti və xalqı satmaq müqabilində varlanmaq - Xəyanətin anatomiyası...
Tarix: 10-03-2018, 10:01 | Çap et
Vətəni, dövləti və xalqı satmaq müqabilində varlanmaq
Azərbaycan inkişaf etdikcə, beynəlxalq aləmdə nüfuzu artdıqca ölkəmizin dostları da çoxalır, dəstəkçilərimiz də artır. Təbii olaraq belə vəziyyət dostlarımızı qəlbən sevindirir. Amma bununla yanaşı, Azərbaycanın uğurları bəzi dairələri qıcıqlandırır.

Ölkəmizin əldə etdiyi nailiyyətləri həzm etməyi bacarmayan qüvvələr bütün vasitələrə əl ataraq antiAzərbaycan kampaniyalar təşkil edirlər. Bu kimi halları biz dəfələrlə müşahidə etmişik. Misal üçün, Azərbaycanda beynəlxalq əhəmiyyətli tədbirlər keçiriləndə, o cümlədən paytaxt Bakı "Avroviziya-2012” beynəlxalq musiqi yarışmasına, Bakı-2015: Birinci Avropa Oyunlarına, "Formula-1”-ə, Bakı-2017: İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəndə xarici ölkələrdə Azərbaycan əleyhinə təbliğata start verildi. Sapı özümüzdən olan baltalar ermənipərəst dairələrin qrantları hesabına "Demokratiya naminə oxu” və sair bu kimi kampaniyalara başladılar.

Eyni mənzərə Azərbaycanda keçirilən seçkilər ərəfəsində də aydın şəkildə müşahidə edilməkdədir. Parlament, bələdiyyə, prezident seçkiləri ərəfəsində, həmçinin Konstitusiyaya dəyişikliklər üçün ümumxalq səsverməsi – referendum öncəsi düşmən dəyirmanına su tökməyi özlərinə şərəf(sizlik) bilən adamlar People in Need (PİN) kimi təşkilatlardan aldıqları 5-10 avro müqabilində fəallaşırlar. Dünyadakı erməni lobbisinin, ermənipərəst dairələrin, erməni puluna satın alınmış xarici siyasətçilərin də dəstəyi ilə beynəlxalq aləmdə Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışırlar.

Bu yerdə bir xatırlatma verək ki, 1988-ci ildə Ermənistanın Spitak rayonunda dəhşətli zəlzələ olanda Çexiyada bir qrup tələbə təşəbbüs göstərərək, möhtac olan insanlara yardım aksiyası keçiriblər. Sonradan bu təşəbbüs əsasında adı "möhtac insanlar” (ehtiyac içində olan insanlar) kimi məna verən PİN adlı humanitar təşkilat yaradılıb. Lakin tezliklə bu təşkilat iç üzünü ortaya qoyub. 1992-ci ildə beynəlxalq humanitar hüququn prinsiplərini kobud surətdə pozaraq, Xankəndində döyüş əməliyyatlarında yaralanan erməni döyüşçülərini müalicə etmək üçün qospital yaradıb. Beynəlxalq humanitar hüququn prinsiplərini pozan PİN-in "humanizmi” ancaq ermənilərə münasibətdə özünü göstərib. O vaxt yaralanaraq əsir düşən azərbaycanlıları (hərbiçi və ya mülki şəxsləri) PİN öz qospitalına qətiyyən qəbul etməyib. Sonradan bu bədnam "humanitar” təşkilatın adı daha dəhşətli məsələlərdə hallanıb. Belə ki, girov götürülən Azərbaycanlı əsir uşaqların orqanlarının çıxarılması və satılmasında PİN özünəməxsus rol oynayıb. PİN həmin qospital vasitəsi ilə azərbaycanlı əsir və girovların, xüsusən də uşaqların orqanlarının ticarətini təşkil edib. Yəni, bu təşkilat Azərbaycan xalqına qarşı törədilən insanlıq əleyhinə cinayətlərin bilavasitə iştirakçısıdır. Belə təşkilatın Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahat olması sadəcə gülüş doğurur.

Lakin əfsuslar olsun ki, ən müxtəlif bəhanələrlə Azərbaycandan qaçıb xaricə sığınan bəzi Vətən xainləri bu gerçəkləri ya görmür, ya da görmək istəmirlər. Həbib Müntəzir, Arzu Qeybulla, Orduxan Temirxan, Məhəmməd Mirzəli, Tural Sadıqlı, Arif Məmmədov, Qənimət Zahid, Natiq Güləhmədoğlu, Fikrət Hüseynov, Ataxan Əbilov, Arif, Leyla və Ramiz Yunus kimi antimilli ünsürlər PİN kimi təşkilatlardan "qidalanaraq” sosial şəbəkələrdə Azərbaycana qarşı kampaniya aparmaqdadırlar. Bu şəxslərin erməni lobbisi ilə əməkdaşlığı danılmaz faktdır. Onlar davamlı şəkildə ermənilərlə əməkdaşlıq edir, erməni lobbisinin idarə etdiyi mərkəzlərin tədbirlərinə qatılır, erməni lobbisindən tapşırıqlar alırlar. Və yaxud, özünü ata-ana müxalifət hesab edən AXCP sədri Əli Kərimlinin Londonda təhsil alan oğlu Türkel Kərimli ABŞ-dakı tədbirdə qondarma "Dağlıq Qarabağ Respublikasının” nümayəndələri ilə bir sırada yer alır, Azərbaycana qarşı çıxış edir.

Bu günlərdə Avropada keçirilən tədbirlərin birində Leyla Yunusun Xocalı soyqırımı ilə bağlı sualı necə ironiya ilə qarşıladığı da heç kimə sirr deyil və uzun müddət yaddan çıxmayacaq.

Bu faktları istənilən qədər artırmaq da olar. Tez-tez beynəlxalq səviyyəli tədbirlərdə Qeyri Hökumət Təşkilatının (QHT) sədri, hüquq müdafiəçisi kimi iştirak edən hüquqşünas Sahib Məmmədov da hesab edir ki, ermənilər ölkəmizdə və ölkədən kənarda azərbaycanlılardan ibarət şəbəkə qurur, Avropanın və ABŞ-ın müxtəlif qurumlarında, beynəlxalq təşkilatlarda tədbirlər təşkil edib başda azərbaycanlıları oturdur, "hakimiyyət əleyhinə” adlanan kampaniyalar altında əslində dövlətin nüfuzunu sarsıdan aksiyalar keçirirlər. Onun fikrincə, ermənilər öz məqsədləri üçün "bizimkilərdən” gen-bol istifadə edir. Hüquqşünas bildirir ki, ermənilər müxtəlif təşkilatlar vasitəsilə hətta valideynini qətlə yetirdikləri, evlərini dağıtdıqları, nəslini didərgin saldıqları adamları da bu şəbəkələrə cəlb edə bilir, hətta lazım gəldikdə satqınların bir hissəsini Ermənistana aparıb orada da istifadə edirlər. QHT sədrinin sözlərinə görə, Ermənistanda heç bir kəs buna etiraz etmir və bilir ki, bu satqınlardan erməni maraqları üçün istifadə olunur. Lakin Azərbaycan tərəfi hansısa bir ermənidən dövlət maraqlarımız üçün istifadə etmək istəyəndə aləmi bir-birinə qatırlar. S.Məmmədov deyir ki, bu, idarəolunan prosesdir.

Hüquq müdafiəçisi onu da əlavə edir ki, "bizimkilərə” PİN xətti ilə dəstək verilir. O qeyd edir ki, beynəlxalq humanitar hüququn prinsiplərinin ciddi şəkildə pozan PİN indi də hüquq-müdafiə təşkilatı kimi çıxış edir. Lakin maraqlı burasıdır ki, bu təşkilat sözügedən istiqamətdə yalnız Azərbaycana münasibətdə fəallıq nümayiş etdirir, sistematik və davamlı antiAzərbaycan kampaniya aparır, ölkəmizin insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlayır. Halbuki, PİN heç zaman region ölkələri olan Gürcüstan və Ermənistanla bağlı hər hansı bir kampaniya aparmır. QHT sədrinin sözlərinə görə, indinin özündə də ermənilərlə sıx əlaqədə fəaliyyət göstərən PİN müxtəlif layihələr və proqramlar vasitəsi ilə antiazərbaycan şəbəkəsi qurmağa nail olur. Bu təşkilat insan hüquqlarının müdafiəsi adı altında müxtəlif kampaniyalar təşkil edir, informasiya vasitələrini, sosial şəbəkələrdə müxtəlif adlarla səhifələrini yaradır, beynəlxalq tədbirlərdə antiAzərbaycan aksiyaları, yəni piketlər, mitinqlər, sərgilər və sair təşkil edir.

Bütün bu faktlar, yazının əvvəlində adlarını sadaladığımız antimilli ünsürlərin davranışları, əlaqədə olduqları təşkilatlar tam çılpaqlığı ilə sübut edir ki, onların problemi ölkəmizdəki siyasi hakimiyyətlə deyil. Bu şəxsiyyətsizlərin hədəfi ümumilikdə Azərbaycan dövləti və xalqıdır. Məşhur alman yazıçısı Erix Mariya Remark "Zəfər tağı” romanında belə xəyanətkar insanların portretini cızıb. Fransaya casusluq etməyə gələn "SS” zabiti miqrant Raviklə söhbət edən zaman o dövrdə bəzi fransızlar haqqında danışır və bildirir ki, "qalib gəlmək üçün onlar bir-birini, nəticə etibarilə Vətənini satırlar”. Elə həbib müntəzirlər, arzu qeybullalar, orduxanlar, məhəmməd mirzəlilər, tural sadıqlılar, arif məmmədovlar, qənimət zahidlər, natiq güləhmədoğlular, fikrətlər, ataxanlar, rriflər, leylalar, ramiz yunuslar da bu işlə - Vətəni, dövləti və xalqı satmaqla məşğuldurlar.
\\kaspi.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Bu gün, 23:44
Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09
Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05
Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05
Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00
Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17
Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00
Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02
Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55
Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41
Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39
İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38
“Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19
Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14
ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13
Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09
ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55
İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53
"Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48
Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37
Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34
Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27
“Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24
Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16
Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13
Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01
Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56
"Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru