Mərkəzi icra hakimiyyəti orqanının ləğvinə hazırlıq gedir - ilk addım atıldı
Tarix: 29-12-2017, 09:49 | Çap et
"Dövlət başçısının dekabrın 22-də imzaladığı, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında sərəncam ilə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə (ASC) 2 obyekt verilib".
Bunu enerji məsələləri üzrə ekspert İlham Şaban Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, bunlardan birincisi, Xızı rayonu, Yeni Yaşma qəsəbəsi, Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən, 20 ədəd külək enerjili elektrik qurğusundan ibarət Külək Elektrik Parkıdır. İkincisi isə Xızı rayonu, Şurabad qəsəbəsi, Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən, 2 ədəd külək enerjili elektrik qurğusundan, külək ölçmələri və təlim mərkəzindən, 16 ədəd külək turbininin quraşdırılması üçün monolit beton oturacaqlardan ibarət Külək Elektrik Parkıdır.
Ekspert qeyd edib ki, Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansında isə Qobustan rayonunun Mərəzə qəsəbəsindəki kompleksi qalıb: "2009-cu ildə yaradılmış bu Agentliyin fəaliyyəti hökuməti qane etməyib. Bu ilin yanvar-noyabr aylarında küləklə işləyən stansiyalarda cəmi 11,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib və bu, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 29,4 faiz azdır. Günəş enerjisi ilə işləyən stansiyaların istehsalı 38,3 milyon kilovat-saat olub və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,9 faiz azdır".
"Ancaq 2016-cı ildə Agentlik kifayət qədər böyük həcmdə alternativ enerji mənbələrindən elektrik enerjisi hasil etməyə müvəffəq olub. Yəni 2014-cü ildən bu hasilata başlayan Agentliyin fəaliyyətində stabillik yoxdur. Gah hasilat artır, gah azalır. Bundan sonra ola bilər, Dövlət Agentliyinin fəaliyyəti tamamilə "Azərişıq" ASC-yə verilsin" — Şaban bildirib.
Ekspertin fikrincə, digər tərəfdən, Agentlik hökumətə məlumatlar verib ki, qarşıda duran vəzifəsinin öhdəsindən gələcək: "Həmin vəzifə ondan ibarət idi ki, 2020-ci ilədək Azərbaycanda hasil edilən elektrik enerjisinin 20 faizi alternativ mənbələrdən qidalanmalıdır. Ümumilikdə, 2017-ci ilin nəticələrinə görə, Azərbaycanda təqribən 110 milyon kilovat-saat alternativ enerji mənbələrindən elektrik enerjisi hasil edilib. Bu da ölkə üzrə elektrik enerjisi hasilatının 0,5 faizi etmir. Yəni çox kiçik rəqəmdir".
"Bundan başqa, Agentliyin işi sadəcə elektrik enerjisi istehsal etməklə bitmir. Bu qurum həm də ölkədə enerjinin effektiv istifadəsi ilə bağlı hökumətə təkliflərini verməli idi, amma 8 ildə bunu etməyib"- deyə o bildirib.
İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu Agentliyin ləğv edilməsi istiqamətində atılan addımdır: "İndiyədək qurumun fəaliyyəti qaneedici olmayıb. Bir sıra uğursuz layihələrin də məhz müəllifi bu qurumdur. O baxımdan, bölgələrə tərəf gedəndə alternativ və bərpa olunan enerji stansiyaların, demək olar ki, heç birinin işləmədiyini müşahidə etmək olar".
"Bundan başqa, zaman ötdükcə bu stansiyalar, texnologiyalar keyfiyyətini itirirlər, köhnəlirlər. Hazırda Azərbaycanda istehsal edilən bərpa olunan enerjinin maya dəyəri kifayət qədər yüksək, həcmi isə kifayət qədər aşağıdır. Bütövlükdə, indiyədək bu istiqamətdə aparılan fəaliyyəti uğursuz qiymətləndirmək olar" — Həsənov bildirib.
Onun sözlərinə görə, digər tərəfdən, "Azərişıq" ASC-nin nizamnamə kapitalının artırılması da sərəncamda əksini tapıb: "Bu vəsaitlərin müəyyən bir hissəsini istifadə etməklə "Azərişıq"ın maliyyə vəziyyətini tənzimləmək və beləliklə də bərpa olunan enerji mənbələrindən istifadənin effektivliyini artırmaq nəzərdə tutulur. Çünki bu müəssisələr faktiki olaraq Agentliyin balansında olsa da, əksər hissəsi fəaliyyətsiz idi və ölkənin enerji hasilatında ciddi rol oynamırdı".
İqtisadçının dediyinə görə, burada problemlərdən biri də zəif koordinasiyanın olması və bərpa olunan enerji stansiyaları ilə "Azərişıq"ın ötürmə stansiyaları arasında əlaqələndirici qurğuların olmaması və s. məsələlər idi: "Sənədin əhəmiyyəti olacaq ki, növbəti dövrlərdə bu istiqamətdə müsbət dinamika müşahidə olunsun".
Qeyd edək ki, dövlət başçısının dekabrın 22-də imzaladığı Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində əlavə tədbirlər haqqında sərəncamda deyilir ki, ölkənin enerji balansında alternativ və bərpa olunan enerji mənbələri hesabına əldə edilən enerjinin payının artırılması, istehlakçıların dayanıqlı elektrik enerjisi ilə təchizatını, generasiya mənbələrinin istehlakçılara yaxın ərazilərdə yaradılması vasitəsilə texniki və texnoloji itkilərin azaldılmasını və mövcud resursların səmərəli idarə olunmasını təmin etmək elektrik enerjisi sektorunda aparılan islahatların prioritetlərindəndir.
Sənəddə deyilir ki, məqsəd "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəf və prioritetlərə nail olmaq, ölkədə külək enerjisindən istifadənin səmərəliliyinin artırılması, habelə külək enerjili elektrik qurğularının elektrik şəbəkəsinə inteqrasiyasının test variantında tam sınaqlarının təşkilidir.
Sərəncamda deyilir ki, Nazirlər Kabineti Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının balansdan balansa verilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görməli, dövlət əmlakı və 4-cü hissəsində nəzərdə tutulan vəsait hesabına "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasını üç ay müddətində təmin etməli, habelə "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının bu Sərəncam qüvvəyə mindikdən sonra "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək külək enerjisi qurğularının "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini və həmin əmlak hesabına "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasını təmin etməlidir.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti isə külək elektrik parklarının istismara hazır vəziyyətə gətirilməsi və ümumi paylayıcı şəbəkəyə qoşulması ilə bağlı tədbirlər görməlidir.
Həmçinin külək elektrik parklarının normal fəaliyyətinin təmin edilməsi üçün müvafiq rekonstruksiya-quraşdırma işlərinin görülməsi, material ehtiyatı bazasının yaradılması, beynəlxalq təcrübə nəzərə alınmaqla, qeyd olunan sahə üzrə kadr potensialının formalaşdırılması və digər zəruri işlərin həyata keçirilməsi məqsədi ilə "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən "Azərişıq" ASC-nin nizamnamə kapitalının artırılması üçün 10 milyon manat ayrılıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
|