Xocalı köçkünündən “Qaçqınkom”a rüşvət ittihamı - "26 ildə bir qoca anama ev verdilər, bu da belə..."
Tarix: 12-08-2017, 10:27 | Çap et
Vətəndaş qurumun balansında olan evlərin 18 min manatdan satıldığını, qarşı tərəf bunun şər-böhtan olduğunu deyir
Xocalıdan məcburi köçkün olan Zeynalov Budaq İbrahim oğlu redaksiyamıza gələrək şikayətlənib. Şikayətçinin sözlərinə görə, 26 ildir ki, didərgin həyatı yaşayırlar və ailəsi bu günə qədər evlə təmin olunmayıb. Lakin ötən ilin sonunda 89 yaşlı anası Zeynalova Turanə Səlim qızına Ramana qəsəbəsindən ev verilsə də, bu sevincin ömrü çox qısa olub:
“Evlə bağlı bütün aidiyyəti orqanlara müraciət etmişdik. Lakin 26 il idi ki, ev verilmirdi. Nəhayət, sonda anama bildirdilər ki, harda boş ev olsa, orada yaşayın. Biz də axtardıq, məlum oldu ki, Ramana qəsəbəsində 67 nömrəli ev boşdur. Lazımi qaydada evə yığışıb, yaşamağa başladıq. Lakin bir neçə gün keçməmiş Xocalı Rayon İcra Hakimiyyətinin müavini gəlib bizə dedi ki, ya 18 min verin, ya da evdən çıxın. Anam da dedi ki, pulumuz olsaydı ev alardıq. ”Qaçqınkom"dan olan evlər 18 mindən başlayaraq satılıb. Bildirdik ki, bununla bağlı aidiyyatı orqanlara şikayət edəcəyik".
Vətəndaş deyir ki, ardınca icra hakimiyyəti onu həbsə atdırmaqla təhdid edib və evi boşaltmaq şərti qoyub: “Ultimatum verdilər ki, ya oğluna ”iş" verəcəyik, ya da evdən çıxın! Anam da dedi ki, eviniz lazım deyil, oğlumu verin. Evi isə vəhşicəsinə dağıtdılar, əşyalarımızı bərbad hala saldılar".
Şikayətçi iddia edir ki, dəlil-sübut kimi bütün bunları əks etdirən video görüntülər, fotolar var: “Aidiyyəti qurumlara onları təqdim edə bilərəm. Lakin hansı quruma müraciət etmişəmsə, heç bir nəticəsi olmayıb, məsələyə heç kəs baxmaq istəmir. 26 ildə bir qoca anama ev verdilər, bu da belə...”
Məsələyə aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın əməkdaşı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, şikayətçinin ittihamları tamamilə əsassızdır:
“Məsələ ilə əlaqədar Xocalı Rayon İcra Hakimiyyəti ilə birgə araşdırma aparıldı. Məlum oldu ki, Zeynalov Budaq İbrahim oğlunun ailəsinə Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində mənzil verilib. Yəni dövlət tərəfindən həmin adam evlə təmin olunub. Ramana qəsəbəsində yerləşən 67 nömrəli evi isə onlar qanunsuz şəkildə zəbt ediblər. Bizə verilən məlumata görə, onun anası Zeynalova Turanə Səlim qızı Ramana qəsəbəsində yaşayan digər oğlu ilə birgə yaşayır. Onlar qeyd olunan mənzilin qapısını qanunsuz şəkildə qıraraq zəbt ediblər. Bildiyiniz kimi, bu da qanunvericiliyə zidd olduğu üçün mənzil boşaldılıb. Mənzil isə daha ağır şəraitdə yaşayan digər Xocalı rayonundan məcburi köçkün olan, mənzilləri yanan şəxsin ailəsinə verilib. Hansı ki, həmin ailənin Buzovna qəsəbəsində mənzilləri yanmışdı.
Hətta əldə etdiyimiz məlumata görə, Zeynalov Budaq İbrahim oğlunun özünün Ramana qəsəbəsində tikili obyekti var".
Qurumdan şikayətçinin “Qaçqınkom"dan olan evlər 18 min manatdan satılır" ittihamına da cavab verilib:
“Bu ittiham tamamilə yalandır, şər-böhtandır, heç bir əsası yoxdur”.
Məsələ ilə əlaqədar adı çəkilən digər qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
• Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38 |
|
|
|
• "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33 |
|
|
|
• Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27 |
|
|
|
• Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22 |
|
|
|
• Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... - Nəzarət orqanının rəhbərinə layihələr verilir
Bu gün, 07:14 |
|
|
|
• Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... - İLGİNC FAKTLAR
Bu gün, 07:06 |
|
|
|
• Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
Bu gün, 07:02 |
|
|
|
• İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Bu gün, 06:56 |
|
|
|
• Paşinyanın qəbuledilməz təklifləri... - Bəndlər üzrə İNCƏLƏMƏ
Bu gün, 06:53 |
|
|
|
• Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında - “Xəyali icma”nın gerçək təsviri
Bu gün, 06:47 |
|
|
|
• "Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." - Orxan Saffari
Bu gün, 06:41 |
|
|
|
• "İcra başçısı evimizi ikinci dəfə dağıtdı" - Gəncə terrorunda valideynlərini itirən şəxs FƏRYAD EDİR
Bu gün, 06:37 |
|
|
|
• "Ermənistan dəhlizi xoşluqla açmasa,,," - deputat
Bu gün, 06:27 |
|
|
|
• Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək - İLGİNC
Bu gün, 06:22 |
|
|
|
• Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14 |
|
|
|
• Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12 |
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
|