Fars-molla rejiminin nökərindən növbəti sərsəmləmələr - Heydər Əliyevin məşhur ifadəsinə də dil uzatdı
Tarix: 21-01-2017, 10:52 | Çap et
DİA.AZ: - Maləsəf ki, "İran" adlanan ərazilərə nəzarət edən fars-molla rejimi Azərbaycan türkünə, Azərbayan türkünün bütövlük davasına qarşı həm də sapı özümüzdən olan baltalar hesabına da zərbə vurmaqdadır. Onların arasında Ərdəbilin imam-cüməsi kimi tanınan və Azərbaycana qarşı çıxışlarda ön planda yer alan Seyid Həsən Amili adlı birisi də var.
DİA.AZ olaraq onun hədyanları haqqında oxucularımızı zatən əksər hallarda məlumatlandırmışıq. Bu dəfə də Amili milli kimliyini, dədəsini, babasını unudaraq, zatına xəyanət yolundakı sərsəmləmələrini daha da inkişaf etdirib. Elə aşağıda təqdim edəcəyimiz materialdan da aydın olur ki, fars-molla rejimi Azərbaycan əleyhinə fəaliyyətinə yeni çalar qatıb.
Məlumdur ki, fars-molla rejimi Azərbaycan türklərinin türk kimliyini illərdir ki, şübhəyə almağa çalışır və Azərbaycan türkü adını belə hədəfə alıb. Onun nəticəsidir ki, bu gün hətta AZƏRBAYCAN TÜRKÜ adını belə özünün uydurma "azərilər" ifadəsi ilə əvəzləməyə çalışır. Maləsəf ki, İran mollalarının bu uydurması Azərbaycanda aparılan kəşfiyyat-təbliğat nəticəsində müəyyən mənada irəliyə gedib. Bu da bizim ayıbımızdır.
Gələk Seyid Həsən Amilinin növbəti sərsəmləməsinə... Bu dəfə Amili həmin "azərilər" kəlməsini geninə-boluna sırımağa çalışmaqla yanaşı hətta ulu öndər Heydər Əliyevin məşhur ifadəsini - "Azərbaycan və Türkiyə BİR MİLLƏT, İKİ DÖVLƏTDİR" şübhəyə almağa çalışmaqla yanaşı, Azərbaycan türklərinin farslarla eyni millət olduğu haqda nağıllarını ifraz etməklə məşğuldur.
diaaz.space olaraq Amilinin həmin hədyanlarının antiAzərbaycan ruhlu "Qafqaz.ir" saytında yer alan xəbəri təqdim etməklə diqqətinizə çatdırırq: "Ayətullah seyid Həsən Amili 19 yanvar, dünya müsəlman azərilərin günü mərasimində 19 yanvar mərasimlərinin və bu istiqamətdəki müzakirə və iclasların böyük qurultaya çevrilməsini və dünya azərilərinin vəziyyəti ilə maraqlanmanın zəruriliyini vurğulayaraq bildirmişdir: Ağılagəlməz təzyiq və sıxıntılardan sonra Azərbaycan əhalisinin 1990-cı il 19 yanvarda İrana axını onlarin dini və milli kimliyinin qorunub saxlanıldığını göstərirdi.
O demişdir: biz daxili təhriflərin qarşısında dayanmalıyıq. Bu təhriflər Azərbaycan xalqına edilən böyük xəyanətdir.
O artırmışdır: belə bir qərara gəlmişik ki, dünyanın hər yerində, İraqda, Rusiyada, Türkiyədə, Azərbaycanda və İranda azərilərin vəziyyəti ilə maraqlanacağıq ki, təhlükələri öyrənib xəbərdarlıq edək və çıxış yollarını göstərək. Ərdəbil imamcüməsi açıqlamışdır: azərilərin vəziyyəti ilə maraqlanmaq humanitar maraqlar formasında gedən diplomatic fəaliyyətdir. Bu da dünya azərilərinin birliyini, həmrəyliyini və kimliyini qorumaq üçün zəruridir.
O, vahid dünya ailəsinə inandığını deyərək bildirmişdir: biz, azərilərin mövqeyinə, din mərasimlərinin keçirilməsinə, əlaqələrin gücləndirilməsinə və dini kimliyin qorunmasına həssasıq. Buna görə də dünyanın hər yerində azərilərin təhqir olunmasını məhkum edirik. Şiə dünyasının alimi demişdir: vahabilərin azərilərə nüfuz etməsindən nigəranıq və Azərbaycan dövlətinə vahabilərə qarşı elmi mübarizədə kömək etməyə və onlarla bəhsə girməyə hazıram.
Ərdəbil imamcüməsi açıqlamışdır: Azərbaycanın ərazi bütövlüyü bizim üçün çox önəmlidir. Qarabağın azadlığı üçün var qüvvəmizlə çalışırıq. Bu istiqamətdə Azərbaycan dövlətinin üzərindəki vəzifə çox böyükdür. Hal bu ki, super güclər Qarabağın Azərbaycana qaytarılmasında meyilli deyillər. Tarixin göstərdiyi kimi bu ölkələr, xüsusilə İsrail islam ölkələrini parçalamaq fikrindədir. Sudanın parçalanması, İraq və Suriyanı parçalamaq cəhdi buna nümunədir. Bunlardan əlavə İsrailin Qarabağı azad etmək üçün hazır olmadığına dair dəqiq məlumatımız vardır.
O demişdir: Azərbaycan respublikasında bəzilərinin anti-İran fəaliyyətini yaxşı iş hesab etmələri buna görədir ki, onlar İranla bu ölkə arasındakı tarixi əlaqələri qırmaq istəyirlər. Halbuki, iki dövlət bir millət ideyası Erməni əmtəələrini bazarına dolduran Türkiyə ilə Aəzrbaycana deyil, İranla Azərbaycana yaraşır. Vəliyyi-fəqihin Ərdəbildəki nümayəndəsi İsrailin müxtəlif plan və dəsisələrlə Azərbaycana nüfuz etmək istədiyini bildirərək demişdir: Bu, Azərbaycan və region üçün böyük təhlükədir.
Azərbaycan xalqı və dövləti bu haqda çox ayıq olmalıdırlar. Netanyahu üçün qırmızı xalça döşəmək olduqca təəssüfləndirici haldır. İsrail həmişə böyük cinayətlərin pioneri olub. Ərdəbil imamcüməsi Şərqi, qərbi Azərbayan və Ərdəbil əyalətlərində azəri lüğətlərinin yazılmasına işarə edərək bildirmişdir: bu, çox mühüm bir təşəbbüsdür və azərbaycan xalqının birlik və həmrəyliyini gücləndirmək istiqamətində mühüm bir addım ola bilər.
O, müəzzəm rəhbərin İran xalqı və dünyanın müsəlman azəriləri üçün böyük siyasi və mənəvi şəxsiyyət olduğunu bildirərək demişdir: imam Xamneyi bütün azadlıqsevər müsəlmanların siyasi rəhbəridir.
Biz, müəzzəm rəhbərə tabe olmaqla düşmənlərin bütün dəsisə və planlarını puça çıxarırıq.
Ayətüllah Amili açıqlamışdır: Azərbaycan respublikasının əzizliyi İran millətinin əzizliyi deməkdir. Çünki, İran və Azərbaycan xalqlarının çoxlu müştərək cəhətləri vardır. Bu birgə mədəni və anlaşma cəhətlər düşmənləri zəlil etmək üçün günügündən artmalı, güclənməlidir.
Ərdəbil imamcüməsi həmçinin Ərdoğanın şiələrə və azərilərə zid təşəbbüslərinə işarə edərək demişdir: Türkiyə şiələrə qarşı geniş təşəbbüsdədir. Onlar həm İraqın, həm də İŞİD qruplaşmasının Türkman şiələrə qarşı müharibələrində azəridilliləri əsla müdafiə etmədilər. Aldadıcı şüarlarla kifayətləndilər. Qeyd edək ki, bu təntənəli iclasa qatılanlar 20 yanvar şəhidlərinə fatihə oxumaqla Allahdan onlara bağış dilədilər".
Redaksiyadan: DİA.AZ olaraq bu materialı düşmənlərimizin bizə qarşı hansı ideyaları ürətməkdə olduqlarını bəlli etmək üçün yayımladıq. Yəni bilməliyik ki, bizə qarşı olanlar bizi hansı yönə çəkirlər...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Bu gün, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Bu gün, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Bu gün, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Bu gün, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Bu gün, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Bu gün, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Bu gün, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Bu gün, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Bu gün, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Bu gün, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Bu gün, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
|