Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil .....                     Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır .....                     Bakıda yeni tikinti şirkəti yaradılıb .....                     “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” .....                     Xose Bernardo narkotik aludəçisidir? .....                     Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi .....                     Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib .....                     Ermənistanın yersiz ambisiyası .....                     Ermənistanda himn qalmaqalı: .....                     “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” .....                     Tiktoker Fatimə ev dustaqlığına buraxıldı .....                     Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? .....                     Ermənistan Rusiyanı və İranı necə aldatdı?! .....                     Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi .....                     "Xozeyn" ləqəbli tiktoker .....                     Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb .....                     Əhmədian əslində Ermənistana mesaj ötürur .....                     “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” .....                     Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK .....                     Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                     "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                     “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” .....                     BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb .....                     Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə .....                     Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin .....                     Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                     Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb .....                     Paşinyan Putinlə vidalaşır .....                     İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək .....                     Bakı İrəvandan istədiyini bu yolla alacaq .....                     Avropa yenə burnunu Ermənistana SOXDU: .....                 

Azərbaycan əsgərinə çarpayı hazırlayan işçiləri kim çörəksiz qoydu? - MTN “çetesi” ilə bağlı daha bir FAKT
Tarix: 4-01-2017, 11:22 | Çap et
Azərbaycan əsgərinə çarpayı hazırlayan işçiləri kim çörəksiz qoydu?
MTN “çetesi” ilə bağlı cinayət materillarını oxuduqca göz önündə qorxunc filmlərdəki səhnələr canlanır. Sahibkarlara, iş adamlarına, qızıl alverçilərinə, mağaza sahiblərinə qənim kəsilən sabiq MTN əməkdaşları onları müxtəli üsullarla tora salıb, hədə-qorxu gəlib, qurduqları biznesi asanlıqla çökdürə biliblər.

Virtualaz.org istintaq materiallarına istinadən xəbər verir ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin baş idarənin sabiq rəis müavini Fizuli Əliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri də “Qardaşlar mebel” MMC-nin sahibi Əli Mirzəyev olub.

Zərərçəkmiş Əli Mirzəyev istintaqa verdiyi ifadəsində göstərib ki, qardaşı İbrahim Mirzəyev lə birlikdə “Qardaşlar mebel” MMC-ni təsis edib. Biləcəri qəsəbəsində qardaşına məxsus sahədə mebel sexi inşa ediblər. 2012-2014-cü illər ərzində sexdə 30-40 nəfər işçi çalışıb. 2013-cü ilin dekabr ayında Müdafiə Nazirliyi ilə ümumilikdə 2 milyon 500 min manat dəyərində 1500-2000 əsgər çarpayısı hazırlayıb verməyini öhdəsinə götürmək barədə qanuni müqavilə bağlayıb. Müqavilə şərtlərinin tam icra edilib tamamlanmasına az qalmış 2014-cü ilin yanvar ayında MTN əməkdaşları özünü “yetirib”: ”Səhər saatlarında uşağı bağçaya aparırdım. Üç avtomobillə beş nəfər gəldi, onlardan biri - Samir Mehdiyev MTN əməkdaşı olduqlarını dedi, sürcüyə maşını idarə etməsinə imkan vermədilər. MTN-ə getməli olduğumu dedilər. Səbəbini soruşdum, heç nə bildirmədilər. Hərbi Əks-Kəşfiyyat idarəsinin adını çəkmədilər, özlərini yalniz MTN işçiləri kimi təqdim etdilər. MTN əməkdaşlarının müşayiəti ilə uşağı bağçaya düşürdüm, özüm də avtomobilimdən düşüb maşını sürücüyə təhvil verdim, onlarla birlikdə getdim”.

Zərərçəkmişin ifadəsinə görə, onu Azadlıq prospektində yerləşən MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə gətiriblər. S.Mehdiyevin göstərişi ilə ikinci mərtəbəyə qalxıblar: ”Təxminən yarım saatdan sonra özünü şöbə rəisi kimi təqdim edən 45-50 yaşlarında, dolu bədənli bir nəfər otağa gəldi, mənimlə çox kobud danışdı. Dedi ki, sən Müdafiə Nazirliyi ilə işləyirsən, yaz ki, onlara rüşvət vermisən. Rüşvət vermədiyim halda, bunu edə bilməyəcəyimi söylədim. Bunu dedikdə hədə-qorxu gəlməyə başladı. “Sənin telefon danışıqlarından hər şeyi üzə çıxara bilərik” dedi və təkidlə 20 min manat verməyi tələb etdi. Sonrasa adım əks olunmuş, məzmununu xatırlamadığım möhürlü məhkəmə qərarı göstərib dedi ki, qərar da hazırdır, səni burada həbs edə bilərik. Qorxuya düşdüm, tələb olunan məbləği verəcəyimi bildirdim”.

MTN əməkdaşları pulu gətirməsi üçün sahibkarı buraxıblar. Ə.Mirzəyev oradan çıxan kimi qardaşı İbrahim Mirzəyevə zəng vurub, başına gələni danışıb, onunla görüşüb, pul aldıqdan sonra elə həmin gün geri qayıdaraq məbləği onlara verib. Bundan sonra Müdafiə Nazirliyi daha ona heç bir sifariş verməyib. Bu hadisədən bir müddət sonra 2014-cü ilin yay aylarında “Nəriman Nərimanov” metro stansiyası yaxınlığındakı ofisdən çıxıb maşına əyləşərkən saxlanılıb. On nəfərə yaxın MTN əməkdaşı ilə əhatə olunan sahibkarı tutaraq ofisə qaytarıblar. Ofisdəki işçiləri - Mahal Göyüşov, Yusif Balacayev, Vasif Kərimovu tutaraq axtarış aparmağa başlayıblar. Seyfdəki 10 min manat məbləğində pul, iki noutbuk, sənədlər götürülüb, sahibkarı işçilərlə birlikdə MTN-ə aparıblar.

”Ofisdəki axtarışa rəhbərliyi Fizuli Əliyev edib. Onunla birlikdə Natiq Alıyev, Zaur Məmmədov və digərləri də olub. Bizi MTN-nin binasına aparıb ikinci mərtəbəyə qaldırdılar, dəhlizdə saxladlar. Fizuliyə pul verməyəcəyimi dedikdə işçilərin yanında məni təhqir etdi, cavab qaytardıqda bir neçə MTN əməkdaşı ilə məni döyməyə başladı. Fizuli qoluma qandal vurub ayaqyoluna salınmağım barədə göstəriş verdi. Zaur Məmmədov məni ayaqyoluna salaraq başıma yumruq vurdu”, - iş adamı deyir.

Sonradan Ə.Mirzəyevi kabinetinə gətizdirən F.Əliyev “niyə ipə-sapa yatmırsan, niyə pul vermirsən, biz də dolanmalıyıq” deməklə sahibkarı tənbeh edib. MTN əməkdaşı sahibkara hədə-qorxu gələrək işlədiyi şirkətləri çağırtdıracağını, onu tutduracağını, karyerasını məhv edəcəyini deyib. Söhbət əsnasında onu qorxutmaq üçün tez-tez xidməti tapançasını çıxararaq stolun üstünə qoyub. Həmin gecə işçiləri ilə birgə MTN-də saxlanılıb.

Ertəsi gün Əli Mirzəyevlə Mahal Göyüşovu MTN-nin yaxınlığındakı “Sultan” kafesinə aparıblar. Kafenin kabinetində Fizuli Əliyev təklikdə onunla söhbət apararaq azad olunması üçün 2 milyon manat pul tələb edib, sonra məbləği 1 milyona kimi azaldıb. Sahibkar bu qədər pulu ona vermək imkanı olmadığını izah edib. Son olaraq F.Əliyev 500 min manat verilməsini tələb edib, bunun müqabilində üç ilə biznesinə dəyməyəcəyini deyib.

Gecəni qanunsuz olaraq onu və işçilərini MTN-də saxlayan şəxsin hədələrindən, onu tutacaqlarına inandığından deyilənlərlə razılaşmağa məcbur olub. Bundan sonra onları buraxıblar. Yenidən qardaşı ilə telefon əlaqəsi saxlayan Ə.Mirzəyev onunla Təbriz küçəsindəki “Məxməri” restoranın qarşısında görüşüb, başına gələnləri danışıb. Tələb olunan məbləği yığmaq üçün 15-20 nəfərə yaxın dost-tanışa müraciət ediblər. Həmin gün pulları topladıqdan sonra Ə.Mirzəyev Natiq Alıyevin telefonuna zəng vurub: “Qardaşımla birlikdə “Sultan” kafesinin yanına gəldik. Kafenin qarşısında pulları Füzuli Əliyevlə Natiq Alıyevə verdik. Həmin pulun cəmi 50 min manatı qardaşımla mənə məxsus olub. Pulları verəndən sonra Natıq Alıyev ofisdən götürdükləri bütün sənədləri, kompüterləri özümümzə qaytardı”.

Qeyd edək ki, yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq sabiq MTN əməkdaşları qulluq mövqelərindən sui-istifadə etməkdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin gizli qaydada telefon danışıqlarını dinləməkdə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirməkdə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşlara qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində ittiham olunurlar.

Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23
Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05
Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02
“Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48
Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44
Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00
Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58
“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04
Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02
Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54
Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51
Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48
"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46
Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44
Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28
İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46
Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44
Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42
Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Dünən, 15:40
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Dünən, 15:39
Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru