İLGİNC: 200 min verib xaricdən idmançı gətiriblər... - bizimkilər isə maaş üzünə həsrətdi
Tarix: 23-09-2016, 08:46 | Çap et
Rioda keçirilən Yay Olimpiya Oyunlarından sonra daha bir idman yığmamız təlim-məşqlər üçün toplaşıb. Yüngül atletlərimiz qarşıdan gələn yarışlara hazırlaşır. Bidirək ki, Olimpiya Oyunlarında atletlərimiz uğurlu çıxış edə bilməmişdi. Ən çox güvənilən idmançılarımızdan Avropa rekordçusu Nazim Babayev də ümidləri doğrulda bilməmişdi. Onun qələbəsinə isə Olimpiya Oyunları öncəsi ayağından aldığı ciddi zədə mane olmuşdu.N.Babayev olimpiada başlayana qədər müalicə alsa da, bu problem onun çıxışına təsirsiz ötüşmədi. Bununla da ən gənc təmsilçimiz də medalsız qalmışdı.
Yarımçıq heyətlə təlim-məşqlər... Hurriyyet.org yarışlara hazırlaşan atletlərimizin durumu ilə maraqlanıb. Təlim-məşqlərə start verən atletlərimizin arasında legionerlərin gözə dəyməməsi isə təəccüb doğururdu. Yəni müəyyən fasilədən sonra toplaşmaq qərarına gələn idmançılarımız nədənsə məşqlərdə tam heyətlə çıxış etmirdi. Bu durumla maraqlanmaq üçün yüngül atletika üzrə yığma komandanın baş məşqçisi Məhərrəm Sultanzadəyə yaxınlaşdıq... “Artıq bir neçə gündür ki, məşqlərə start vermişik. Yavaş-yavaş məşqləri bərpa etməyə başlayırıq. Bilirsiniz ki, Bakıda may ayında İslam Oyunları baş tutacaq. Bizim də əsas məqsədimiz orada yaxşı iştirak etməkdir. Legioner idmançılarımız öz ölkələrində məşq edirlər. Anna Skidan Ukraynada məşqlərini davam etdirir. Hayle İbrahimov Efiopiyaya yeni gedib. Evans Kiplaqat da hazırda Keniyadadır. Lazım olduqda çağırırıq. Tibbi müayinədən keçmək lazım olanda, bəzi təlim-məşqlər zamanı Azərbaycana gəlirlər. Hazırda isə öz ölkələrində məşq keçirlər. Hayle İbrahimov 4 gün öncə Bakını tərk edib. Şəxsi işləri üçün gəlmişdi, qayıdıb ölkəsinə... O ki qaldı Evans Kipliqata, yavaş-yavaş komandamıza uyğunlaşır. Onu gətirməkdə əsas məqsədimiz İslam Oyunlarıdır. Yerli idmançımız Nazim Babayev Olimpiya Oyunlarında yarışda istənilən kimi çıxış edə bilmədi. Səbəb də ayağındakı zədəsi idi. Artıq Nazim də məşqlərə başlayıb. Yerli idmançılarımız var ki, onlardan İslam Oyunlarında medal gözləyirik. Yekaterina Sarıyevadan (3 təkanla tullanma), Rahib Məmmədovdan (maneələrlə qaçış), elə Nazim Babyevin özündən... Təbii ki, Evans Kipliqatdan əlavə, Hayle İbrahimova da İslam Oyunlarında yer veriləcək. Ona ümidlər böyükdür”.
Zədəli idmançımızdan xəbər var... – İslam Oyunlarına hazırlıq 3 təkanla tullanma üzrə Avropa rekordçusu Nazim Babayev hazırkı durumu və məşqlərindən danışdı: “Artıq 3 gündür ki, məşqlərə başlamışam. Bildiyiniz kimi, Rio Olimpiya Oyunlarından 2 ay öncə zədələnmişdim. Amma indi vəziyyət yaxşıdır. Məşqlərimi davam edirəm, ağrı yoxdur. Yəni Olimpiya Oyunlarından sonra hər şey qaydasına düşdü. Qarşıdakı qış mövsümündə heç bir yarışda çıxış etməyəcəm. May ayında ölkəmizdə baş tutacaq İslam Oyunlarına hazırlıq gedir. Çünki hazırda ən vacib yarışımız İslam Oyunlarıdır. Yəni əsas gücümüzü, fikrimizi ona yönəldəcəyik. Bundan sonra isə yay mövsümündə Avropa çempionatı var. Mən orada da çıxış edəcəm”. Maneələrlə qaçış yarışlarında çıxış edən, Avropa Oyunlarının 2-cisi Rahib Məmmədov isə hazırkı durumdan narazıdır: “Düzdür, məşqlərə bir neç gündür ki, başlamışıq. Mən əməliyyat olunmuşdum. 3 ay fasilədən sonra məşqlərimi yenidən bərpa etdim. İndi İslam Oyunlarına hazırlaşıram. Şəraitimizə gəldikdə isə, heç razı deyiləm”.
Maaş üzünə həsət qalanlar… Federasiya prezidenti hara baxır? Amma maraqlıdır ki, MOK-un vitse prezidenti Çingiz Hüseynzadənin rəhbəri olduğu federasiya heç də ürək açan deyil... Federasiyada maaş üzünə həsrət qalanlar var. Hətta yerli idmançıların adam yerinə qoyulmamasından da şikayət edirlər. Hər şey legionerlər üçündür... Adının çəkilməsini istəməyən bir atletimiz isə hazırkı durumdan xeyli şikayətləndi. O yerli idmançılara heç də diqqət ayrılmadığını, hətta maaş üzünə həsrət qoyduqlarını bildirdi. Çünki o təmənnasız şəkildə milinin şərəfini qoruyur, istəmir ki, bu hüquqdan da məhrum olsun: “Bizi maaş üzünə həsrət qoyublar. İndi məşqlərimizlə yanaşı, həm də işləyirik. Aylarla maaş almayanlar var. Mən özüm də onların içərisindəyəm. Belə hazırlaşmaq isə heç də asan deyil, çətindir. Ramil Quliyev kimi idmançılarımız elə bu diqqətsizliyin üzündən ölkədən gedirlər”.
Afrikadan gələnə 200 min... Bizimkinə isə bir qara qəpik də yoxdur Kənardan aldığımız məlumata görə, Evans Kipliqat Azərbaycana 200 min manat qarşılığında Keniyadan gətirilib. Ancaq idmançı ölkəmizə məşqçinin də dediyi kimi, sadəcə, həkim müayinəsindən keçmək üçün gəlir. Bildirək ki, keniyalı atlet bu il iyulun əvvəllərindən milliləşdirilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
• Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33 |
|
|
|
• Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
|