Hər şey düzəlir, "Aztelekom"dan savayı... - ŞİKAYƏT VAR
Tarix: 21-09-2016, 08:55 | Çap et
Əli Abbasov ölkənin rabitə sisteminin rəhbərliyindən uzaqlaşdırıldıqdan və onun yerinə Ramin Quluzadənin rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə gətirilməsindən sonra bir çoxları elə zənn edirdi ki, artıq sözügedən sahədə mövcud olan problemlərin böyük bir hissəsi öz həllini tapacaq, mövcud olan neqativ hallar aradan qaldırılacaq. Lakin görünən odur ki, bununla bağlı gözləntilər heç də özünü doğrultmayıb. Düzdür, rabitə sistemilə bağlı bəzi islahatlara imza atılsa da, ancaq bir sıra nöqsanlar hələ də qalmaqdadır. Belə ki, sözügedən mövzu ilə bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxs bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki «Aztelekom» MMC-nin fəaliyyəti sadə vətəndaşların, o cümlədən sənaye, ticarət və digər sahələrdə fəaliyyət gəstərən onlarla müəssisə, təşkilatların haqlı narazılığına səbəb olur. Hazırda «Aztelekom» MMC-nin baş direktor vəzifəsini Suat Paşayevin icra etdiyini deyən mənbənin sözlərinə görə, məhz onun gəlişindən sonra adıçəkilən qurum bir sıra yollarla abunəçilərə əlavə problemlər yaratmağa başlayıb: «Deyilənlərə görə, Suat Paşayevin təyinatından sonra paytaxtın əksər rayonlarında «Aztelekom»un abunəçisi olan internet istifadəçilərindən növbəti ayın internet pulu tələb edilir. Abunəçilər bildirirlər ki, aylıq abunə haqqı ilə bağlı ödəniş etmələrinə baxmayaraq, onlardan pul istənilir. Məsələ burasındadır ki, aylıq abunə haqları ilə bağlı olaraq ödənişlərini həyata keçirilən sakinlərin interneti kəsilir və bu xəbərdarlıq mesajı onlara çatdırılır: «Növbəti ay üzrə ödənişlər üçün ödəniş üzrə depozitiniz olmasa, internetiniz kəsiləcəkcdir». Bu isə «İstehlakçılar haqqında» Azərbaycan Respublikasının qüvvədə olan qanunlarının tələblərinə ziddir. Hansı ki, islehakçı olan abunəçilərdən pul tələb olunması yolverilməzdir. Daha dəqiq ifadə etsək vətəndaş istifadə etmədiyi internetə görə pul ödəməli deyil. Yəni əldə etmədiyi, edə biləcəyi belə şübhə altında olan internet paketlərinə görə vətəndaşdan öncədən pul istənilməsi yolverilməzdir». Bu arada, son günlər «Aztelekom» MMC-dən müştərilərə durmadan telefon zənglərinin gəldiyini bildirən məlumatlı şəxs qeyd edir ki, adıçəkilən qurumun Ruhəngiz Səmədova adlı əməkdaşı abunəçilərlə əlaqə saxlayaraq guya onların borcu olduğunu deyir: «Aztelekom» MMC-nin Ruhəngiz Səmədova adlı əməkdaşı 344-00-00 nömrəsindən telefon açaraq abunəçilərə deyir ki, 153 xidmətindən istifadə etdikləri üçün onların 40 qəpik borcu var. Halbuki abunəçilər belə bir xidmətdən istfiaədə etmədiklərini və elə bu səbəbdən də borclarının olmadığını bildirirlər. Deyilənlərə görə, «Aztelekom» MMC məhz bu cür üsullarla əlavə qazanc əldə etməyə çalışır. Qeyd olunur ki, bu cür hallar MMC-də əvvəllər də olub, indi də var. Lakin nədənsə Suat Paşayevin təyinatından sonra bu cür hallar kütləvi xarakter alıb. Deyilənlərə görə, bu «qayda» adıçəkilən qurumun yeni rəhbərinin göstərişilə tətbiq olunur. Onu da nəzərinizə çatdırım ki, dünyanın indiki vaxtında bizdə sabit telefondan mobil tolefona zəngin 1 dəqiqəsi 23 qəpik, mobildən sabit şəbəkəyə isə təxminən 4-5 qəpik, beynəlxalq danışıqların dəqiqəsi təxminən 30 qəpikdir. Ümumiyyətlə, ev və ofis telefonları üçün izahı mümkünsüz olan xeyli sayda absurd tariflər var. Təsəvvür edin ki, mobildə danışıq tarifinin dəqiqəsi 3 qəpikdir, amma ev telefonu ilə şəhərlərarası danışıq 5 qəpik. Kim bundan istifadə edəcək?! Dövlət provayderlərində internet 4mb/s sürət üçün 20-30 manatdır. Halbuki qonşu ölkələrdə bu qiymətə 100 mb/s sürət əldə etmək mümükündür. Görünür, tarifləri bu formada saxlamaq rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin, o cümlədən «Aztelekom» MMC-nin baş direktor vəzifəsini icra edən Suat Paşayevin maraqlarına cavab verir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
• Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33 |
|
|
|
• Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
|