“Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                     “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” .....                     BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb .....                     Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə .....                     Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin .....                     Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                     Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb .....                     Paşinyan Putinlə vidalaşır .....                     İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək .....                     Bakı İrəvandan istədiyini bu yolla alacaq .....                     Avropa yenə burnunu Ermənistana SOXDU: .....                     Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı .....                     Mərdan Əliyev vəzifəsindən azad edildi .....                     Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir .....                     Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" .....                     "Cənab Prezident mənə böyük etimad göstərib" .....                     Açıq mesajın şifrəsi .....                     Xamenei Azərbaycandan üzr istəməlidir! .....                     Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır .....                     “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib .....                     Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər .....                     Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq? .....                     “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” .....                     Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... .....                     İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi .....                     Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... .....                     Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək .....                     Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... .....                     Ermənistan sülh istəmirsə, bizə də lazım deyil .....                     Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü .....                     Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü .....                     Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər .....                 

Bir şirkət 3 ayda 28 tenderi necə udur? - Maxinasiya ittihamı
Tarix: 26-08-2016, 10:59 | Çap et
Bir şirkət 3 ayda 28 tenderi necə udur?
«Tenderi udmaq üçün «yuxarıda» adamın olmalıdır», «dövlətin keçirdiyi tenderin qalibi əvvəldən bəllidir», «bu işdə «oyun qaydaları» başqadır - yedirtməsən, yeməzsən, yəni məbləğin bir hissəsin, öz dilərində desək, «otkat» kimi təşkilatçıya» verməlisən». Dövlət satınalmaları ilə bağlı rəyini soruşduğumuz iş adamlarının ortaq mövqeyi belədir. Hərçənd ki, bəzi şirkətlər üçün, dövlət satınalmalarında iştirak olduqca asan başa gəlir.

3 aya 28 müqavilə və 17 milyon manat

«Kontakt-F» MMC və «Star Construktion-12» MMC eyni gündə - bu ilin mart ayının 4-də təsis olunub. Onların bir-biri ilə bağlılığı məlum olmasa da, dövlət satınalmalarında sinxron iştirak etdikləri faktdır. Satınalmalara dair müsabiqələrin yekun protokollarına görə «Kontakt-F» MMC yarandığı vaxtdan ümumi məbləği 17 milyon 199 min 829 manat olan 28 müqavilə imzalayıb.

«Star Construktion-12» MMC də bu dövrdə (2016-cı ilin ilk 6 ayında) müqavilə sayına görə (27) «Kontakt-F» MMC-yə yaxınlaşsa, onların məbləğinə görə xeyli geridə qalıb - cəmi 4 milyon 983 min 944 manatlıq. Qanunvericiliyin mal və xidmət təklif edən şirkətlər qarşısına qoyduğu tələblər bu yeni yaranan şirkətlər tərəfindən necə yerinə yetirilib? Bu, müəmma olaraq qalır.

Qanun nə tələb edir?

Milli qanunvericilik tenderlərə qeyri-peşəkar şirkətlərin yol tapmasının qarşısını alan müddəalar var. «Dövlət satınalmaları haqqında» qanunda, eləcə də kotirovka sorğusunun keçirilməsinə dair təlimatda iştirakçıların ixtisas göstəriciləri və potensial imkanları onlara qarşı irəli sürülən ən vacib şərtlərdir.

Iqtisadçi Rəşad Həsənovun fikrincə, beynəlxalq praktikaya söykənən bu norma dövlət vəsaitlərinin təsadüfi əllərə düşməsini önləməkdən ötrü, işin peşəkar səviyyədə və keyfiyyətlə görülməsinin təminatı kimi düşünülüb.

Qanun deyir, çörəyi ver çörəkçiyə

«Qanunda açıq-aydın yazılıb ki, satınalma prosedurunda iştirak etmək iddiasında olan şirkət və ya sahibkarlıqla məşğul olan fiziki şəxs müvafiq sahədə peşəkarlığını, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini təsdiq etməlidir. Ən əhəmiyyətli məqam ondan ibarətdir ki, ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi tender prosedurunun istənilən mərhələsində tətbiq oluna bilər. Di gəl ki, nə sirdirsə, müşahidələrə, eləcə də mediada gedən yazılara görə, qaliblər arasında yeni yaradılmış şirkətlərə daha çox təsadüf edilir», - ekspert R. Həsənov deyir.

«Stell» MMC bu ilin iyun ayının 29-da rəsmi dövlət qeydiyyatına alınıb. Cəmi 5 manat kapitalı olan bu şirkət iyulun 21-də dövlətə məxsus «Sumqayıt Kimya Sənaye Parkı» MMC-nin (SKSP) texniki avadanlıqların satın alınması ilə əlaqədar keçirdiyi kotirovka sorğusunun qalibi olub. Bunadək heç bir təchizat səriştəsi olmayan, maliyyə imkanları şübhə döğuran bir şirkətin digər rəqiblərini arxada qoyadaq qalib gəlməsi heyrət doğurur. SKSP-nin tender komissiyası və onun tabe olduğu İqtisadiyyat Nazirliyi bu fenomeni AzadlıqRadiosuna şərh edə bilmədilər.

Bu, SKSP-nin təcrübəsiz şirkətlərlə əməkdaşlıq qurmasında nə birinci, nə də sonuncu örnəkdir. Bunadək, iyulun 19-da sənaye parkının administrasiyası buradakı üçmərtəbəli inzibati binanın əsaslı təmiri, eləcə də parkın ərazisinin hasarlanması və nəzarət buraxılış məntəqələrinin tikintisi işlərinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə keçirilən 2 təkliflər sorğusunda bir neçə şirkət arasından «AZİN Construction» MMC-ni seçmişdi. Bu şirkət də bu ilin fevralında yaradılıb və SKSP ilə bağladığı iki müqavilə onun ilk işi olacaq.

İqtisadçı Zöhrab İsmayıl deyir ki, tenderlərə ictimai etimad aşağıdır. Dövlətin yüz milyonlarla manat vəsaitlərinin istifadə olunduğu tenderlərdə adı heç kəsə bəlli olmayan şirkətlər «at oynadır».

Şirkətlər etibarlılığını sübut etmirlər

Qanunda etibarsız şirkətlərin, eləcə də onların rəhbərlərinin dövlət satınalmalarına qatılmasını mümkünsüz edən normalar da var. Tender komissiyalarının onlara əməl-edib etməməsi haqda bir bilgi yoxdur. Belə ki, tender elanlarında, vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin olmaması tələbi irəli sürülsə də, bir qayda olaraq, ödəmə qabiliyyəti, satınalmalara görə məhkumluq, peşə fəaliyyəti ilə məşğul olmağa məhkəmə qadağasının olub-olmaması soruşulmur.

Tender elanlarının təhlili göstərir ki, əksər dövlət təşkilatları bağlanacaq müqavilənin icrası məqsədilə iştirakçıların zəruri maliyyə və texniki imkanlarına malik olmasını həmin tender elanlarında qeyd edir. Amma bunu sənədli sübut kimi təqdim etməyi tələb etmirlər. Halbuki, qanunda tenderin əsas şərtlər toplusuna olan məcburi tələb var ki, malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi üçün onların mövcudluğunu təsdiq edən sənədlər də təqdim olunmalıdır.

Tenderə dəvət elanında da ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyar və prosedurların yazılışını qanun satınalan təşkilatdan tələb edir. Çünki ixtisas uyğunluğu şərtinə əməl etməyən iştirakçılar növbəti mərhələyə - iddiaçılar sırasına buraxılmaya bilər (maddə 36.5.1).

Tender komissiyalarının yol verdiyi və təcrübədə daha çox rast gəlinən qanun pozuntularından biri də elanların yarımçıqlığıdır. Alınan malların adı, miqdarı (həcmi), çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, xidmətlərin təsviri və yeri ilə bağlı məlumat elanlarda əksini tapmır. Dövlət qurumlarının tam əksəriyyəti, o cümlədən Ədliyyə Nazirliyi bu məqamı görməməzliyə vururlar. Ekspertlər, natamam sifarişlərin də pərdəarxası sövdələşmələrə gətirib çıxardığını söyləyir.

Yeni yaranan şirkətlərin tender kommissiyasına təqdim etmək üçün bank təminatını necə aldığı da ortada olan suallardan biridir.

Banklar kimlərə təminat verir?

Dövlət satınalmalarında iştirakla bağlı tələblərdən biri də tender təklifinin 1-5 faizi arası bank təminatının alınmasıdır. Rusiya mənbələri yazır ki, bu ölkədə kredit götürmək bank təminatı almaqdan daha asandır.

Alınan malların adı, miqdarı, çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, xidmətlərin təsviri və yeri ilə bağlı məlumat elanlarda əksini tapmır. Ekspertlər, natamam sifarişlərin də pərdəarxası sövdələşmələrə gətirib çıxardığını söyləyirlər.
Axı, bank təminatı müəyyən ödəniş qarşılığında versə də, müəyyən amilləri ölçüb-biçir: müştərinin dövlət satınalmalarında təcrübəsi varmı, maliyə vəziyyəti yaxşıdırmı, adı etibarsız malgöndərənlərin reyestrinə salınmayıb ki? Bəzən şirkət bankdan təminat məktubu almadan qayıtmalı olur.

Azərbaycandan fərqli olaraq Rusiyada 2014-cü ildən Bank Təminatlarının Vahid Reyestri var. Amma bununla belə bu ölkədə bankların Reyestrdəki şəxsi kabinetlərinin açarını sındırıb saxta bank təminatı sənədini tender komissiyasına təqdim edən fırıldaqçılar da tapılır.

“Kontakt-F” və başqaları bank təminatını necə alır?

Azərbaycanda saxta bank təminatı sənədi hazırlayanlar aşkara çıxarılmayıb. Amma nə işdirsə, yeni yaranan yüzlərlə şirkət bankdan daşdan keçən təminat ala bilir. Hərçənd, Hesablama Palatasının audit hesabatlarında ara-sıra qeyd olunur ki, təqdim olunan tender sənədlərinin içərisində hətta qalib şirkətlərin belə bank təminatlarını tapa bilməyiblər.

Yazının əvvəlində adı keçən Kontakt-F və Star Konstrakşn şirkətləri Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Yasamal, Sabunçu və Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin, Ucar Rayon Mərkəzi Xəstəxanasının və mədəniyyət və turizm şöbəsinin, eləcə də M.F.Axundov adına Milli Kitabxananın çoxsaylı tenderlərinin qalibi olub.

Təkcə «Kontakt-F» MMC qalib gəldiyitenderlər üzrə ən azından 344 000 manat bank təminatını təqdim etməli olduğunu ehtimal etmək olar. Yeni yaranmış şirkətlərin bank təminatını necə əldə etdiyi məlum deyil.

Amma suallar bununla bitmir. Dövlət qurumlarının gənc podratçıları holdinq olmasalar da, çoxşaxəli istehsalat sahələrinə malik olmasalar da, büdcə hesabına satdıqları xidmətlərin və malların çeşidi bol olur.

Təmir də edir, paltar da tikir

Məsələn, “Kontakt-f” və “Star Construction-12”-nin udduğu tenderlər üzrə təqdim etdiyi xidmətlər əsaslı və cari təmirdən tutmuş, abadlaşdırma, müxtəlif avadanlıq, inventar, dəftərxana və təsərrüfat mallarının, ehtiyat hissələrinin təchizatı, xüsusi geyimlərin hazırlanması və s əhatə edib.

Təkcə Bakıda və Ucarda deyil, həm də Tərtər və Bərdədə yerinə yetiriləcək işlərin görülməsi üçün şirkətlərə çoxsaylı işçi personalı, texniki və maliyyə imkanları tələb olunur. Amma bu, artıq təfərrüatdır.

Sual isə budur: «Kontakt-F» və «Star Construktion-12» şirkətləri, eləcə də «Stell» MMC müxtəlif dövlət təşkilatlarının keçirdiyi tenderlərdə ixtisas seçimi prosedurundan necə yayına bilib? Bəlkə belə bir prosedur heç keçirilmir?

Bu və eləcədə yuxarıda sadalanan digər suallarla bağlı adı çəkilən şirkətlərin özlərinin hər hansı şərhini əldə etmək mümkün olmadı.

İqtisadçı Zöhrab İsmayılın qənaətinə görə, təcrübə qanunvericiliyin tələblərinin tez-tez pozulduğunu göstərir. Hərçənd, dövlət satınalmalarını tənzimləyən qanun 2001-ci ildə qüvvəyə minəndən bəri heç kəs, nə tender komissiyası üzvləri, nə də qalib şirkətlərin əməkdaşları, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya məmurları ələalma ittihamı ilə məsuliyyətə cəlb olunmayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46
Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44
Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42
Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40
“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39
Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24
Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22
“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19
Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14
İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05
Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03
Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56
Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33
Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58
Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34
Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11
Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04
"Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03
Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00
İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54
Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52
Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51
Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48
Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44
Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru