Tovuzda idarə rəisi sakinlərlə “vorzakon” dilində danışır - NARAZILIQ VAR...
Tarix: 11-08-2016, 10:26 | Çap et
“Gündəm Xəbər” qəzetinin 15-21 iyul 2016-cı il tarixli sayının 5-ci səhifəsində, Tovuz rayonu Qovlar qəsəbəsi A.Kazımov küçəsi ev-15 ünvanında yaşayan İsmayılov Yusif İsmayıl oğlunun üz-üzə qaldığı problemlərin varlığından bəhs etmişdik. Yazıb bildirmişdik ki, o, qəsəbənin Şəhriyar küçəsində inşaasını başa çatdırdığı təkər təmiri sexini, dövlət reyestrində qeydiyyata salınmasına və həmin obyektə dair çıxarış əldə etməsinə çalışsa da, hələ ki, istəyi elə istək olaraq qalmaqdadır. Baxmayaraq ki, Yusif İsmayılovun inşa etdirdiyi obyektə dair Fövqəladə Hallar Nazirliyi Dövlət Nəzarəti Xidməti idarəsi səlahiyyətlisinin 14 aprel 2016-cı il tarixdə imzaladığı aktda qeyd olunur ki, “obyektdə elektrik qurğuları lazımi tələblər əsasında quraşdırılmışdır”. Bundan əlavə, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsinin rəisi cənab Hüsaməddin Mirzəyevin 06 aprel 2016-cı il tarixdə imzaladığı cavab məktubunda isə qeyd olunur ki, “Qovlar şəhəri Şəhriyar küçəsində yerləşən və Yusif İsmayılova məxsus təkər təmiri sexinin sağ hissəsindən keçən və 2 metrliyində olan 10 kv-luq yüksək gərginlikli elektrik verlişi xətti kabelləşdirilmişdir”. Belə bir dövlət qurumları tərəfindən rəsmi sənədlər verilsə də, təəssüflər olsun ki, bu gün də DƏDRXİ-i 15 saylı ərazi idarəsinin vəzifə sahibləri Yusif İsmayılov getgələ salmaqdadırlar. Diqqəti maraqlı bir olay da cəlb edir ki, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsinin rəisi Hüsaməddin Mirzəyev 06 aprel 2016-cı il tarixdə imzaladığı və Fövqəladə Hallar Nazirliyi Dövlət Nəzarəti Xidməti, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki cənab Rəşad Əbilova təqdim olunan cavab məktubunda yazılıb ki, “Yusif İsmayılova məxsus obyektdə elektrik qurğuları lazımi tələblər əsasında quraşdırılmışdır”. Belə bir məzmunda yazılan və məktubun sonunda Hüsaməddin Mirzəyevin öz imzası olmasına baxmayaraq, bu gün həmin cavab məktubu elə idarə rəisinin özü tərəfindən də inkar olunur. Yəni, bu haqda “Gündəm Xəbər”ə təkrar şikayət ərizəsi ünvanlayan İsmayılov Yusif İsmayıl oğlu bildirir ki, “təqribən 15-20 gün bundan əvvəl həyat yoldaşımla birlikdə Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsinin rəisi Hüsaməddin Mirzəyevin qəbulunda olmaq istədik. Məqsədimiz Fövqəladə Hallar Nazirliyi Dövlət Nəzarəti Xidməti, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisinə verilən cavab mətubundakı məzmunda, əlavə bir məktub əldə etmək idi. Həmin vaxt idarə rəisi bizə bildirdi ki, “tez kabineti tərk edin və sizə bildirirəm ki, həmin məktub bizlik deyil, məktuba da imzanı mən atmamışam” dedikdə, sanki şoka düşdük. Çünki, onun söylədiklərində həqiqət yox idi. Məhz ona görə ki, Hüsaməddin Mirzəyevin göstərişi əsasında mənə məxsus təkər təmiri sexinin sağ hissəsindən keçən və 2 metrliyində olan 10 kv-luq yüksək gərginlikli elektrik verlişi xətti kabelləşdirilən zaman, onlar bu işin müqabilində məndən 400 manat “şirinlik” aldılar. Amma, indi idarə rəisi imzasından imtina edir və həyat yoldaşımla birlikdə məni təhqir etməkdən də çəkinmir. Bu da o anlama gətirir ki, Hüsaməddin Mirzəyev Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi, Tovuz Elektrik Şəbəkəsini sanki dədə malı hesab edir”. Bu zaman bizi düşündürən hal o olur ki, ölkə rəhbəri cənab İlham Əliyev keçirilən müşavirələrdə, digər tədbirlərdə daim hər bir vəzifə sahibinə lazımi tapşırıqlarını verir ki, “xalqla işləməyi bacarın, hər bir sakini dinləyin, onların problemlərinin həllinə çalışın” desə də, Hüsaməddin Mirzəyevin addımları isə, tamam başqa mətləblərdən xəbər verir. Çünki, Tovuz Elektrik Şəbəkənin də rəisi yerli vəzifə sahiblərindən biridir və verilən tapşırıqların ona da aidiyyəti var. Yusif İsmayılovun üz-üzə qaldığı problemi ictimailəşdirərək düşünürük ki, ölkə rəhbərinin vermiş olduğu tapşırığa sanki məhəl qoymayan, halal zəhməti ilə dolanışığını təmin edən Qovlar qəsəbə sakinini və onun həyat yoldaşını təhqir etməkdən çəkinməyən, bir növ onlarla “vorzakon” dilində danışan Hüsaməddin Mirzəyevin atdığı addımlarla bağlı, yəqin ki, onun tabe olduğu qurum rəhbərliyi tərəfindən lazımi ölçü götürüləcək. Araşdırmamız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44 |
|
|
|
• Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41 |
|
|
|
• 2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36 |
|
|
|
• Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33 |
|
|
|
• Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28 |
|
|
|
• Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24 |
|
|
|
• Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20 |
|
|
|
• Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16 |
|
|
|
• Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15 |
|
|
|
• Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09 |
|
|
|
• Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08 |
|
|
|
• Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59 |
|
|
|
• Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58 |
|
|
|
• İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52 |
|
|
|
• “Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50 |
|
|
|
• İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42 |
|
|
|
• Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41 |
|
|
|
• Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40 |
|
|
|
• Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38 |
|
|
|
• Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38 |
|
|
|
• “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35 |
|
|
|
• Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30 |
|
|
|
• “Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20 |
|
|
|
• Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18 |
|
|
|
• SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14 |
|
|
|
• Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00 |
|
|
|
• Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54 |
|
|
|
• İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43 |
|
|
|
• Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41 |
|
|
|
• Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36 |
|
|
|
• Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34 |
|
|
|
• İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27 |
|
|
|
• Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26 |
|
|
|
• Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15 |
|
|
|
• "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14 |
|
|
|
• Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11 |
|
|
|
• Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! - MÜƏMMALI QƏRAR...
Bu gün, 09:58 |
|
|
|
• Pakistanın Baş naziri Azərbaycana səfər edəcək - “The News International”
Bu gün, 09:45 |
|
|
|
• BMT Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Bu gün, 09:42 |
|
|
|
• "Döyülə-döyülə buralara gəlib çıxmışıq" - Sabir Rüstəmxanlı
Bu gün, 09:27 |
|
|
|
• Ermənistan Ukraynanın taleyini yaşaya bilər – Qarşısını almağın yeganə yolu…
Bu gün, 09:22 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək
Bu gün, 09:09 |
|
|
|
• "Juninyo "Flamenqo"da oynamağa hazırdır" - Julio Romao
Bu gün, 09:08 |
|
|
|
• Nə vaxta qədər ZAY MƏHSUL satacaqlar? - ETİRAZ VAR...
Bu gün, 09:06 |
|
|
|
• AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ - və ŞƏRTİ CƏZA...
Bu gün, 08:58 |
|
|
|
• Azərbaycan dünyada bir çox dərin layları tərpədib - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:55 |
|
|
|
• Deputatın şirkəti NARAZILIQ YARADIR... - "Əslində yaxşı işləsələr..."
Bu gün, 08:54 |
|
|
|
|