“Zaminbank”ın divan tutduğu müştəriləri - Özbaşınalıq...
Tarix: 2-08-2016, 08:54 | Çap et
Ötən həftə “Zaminbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib. Artıq bankın filialları rəsmi olaraq bağlanıb. Bankın baş ofisində isə təhvil-təslim işləri aparılır. Bank bağlanmamışdan əvvəl çoxsaylı şikayətlər olmuşdu. Bununla bağlı banka qarşı da çoxsaylı məhkəmə faktları ortaya çıxıb. Bankın müştərilərini aldatması ilə bağlı çoxlu sayda cinayət işləri mövcuddur. Bunlardan bir çoxu barəsində məhkəmə hökmləri elan edilsə də, hələ də məhkəmədə bankın fəaliyyəti ilə bağlı cinayət işlərinin araşdırması davam edir. “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Müşfiq Bayramov sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdar pulu mənimsəməkdə təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Qeyd edək ki, Müşfiq Bayramov bankın “Cənub” filialının müdiri olub. Onun barəsində hələ 2013-cü ildə cinayət işi başlanıb. O, bir qrup işçisi ilə birlikdə 2014-cü ildə mühakimə olunub. Sonradan aparılan istintaq zamanı başqa cinayətləri yenidən üzə çıxıb. Bundan başqa, bankın rəhbər şəxsləri barəsində çoxlu sayda şikayətlər ortaya çıxıb. Bank rəhbərliyi saxta arayışlar təqdim etməklə vətəndaşların əmlaklarını da ələ keçirməsi iddia olunur. Qarabağ əlilinin ölümü və ailəsinin başına açılan oyunlar İkinci qrup Qarabağ əlili olan Qənimət Rəhmanova ilə “Zaminbank”ın Göyçay filialının müdiri Ilqar Fərzəliyev arasında hazırda məhkəmə çəkişməsi olub. Səbəb də budur ki, Qənimət Rəhmanovanın və ailənin digər üzvlərinin razılığı, imzası olmadan girov qoyulmuş və dəyəri təxminən 90-100 min manat olan evi əlindən alınıb. İndi Qənimət Rəhmanova bilmir ki, kirayə pulunu versin, birinci qrup Qarabağ əlili olmuş, evlənəndən cəmi il yarım sonra dünyasını dəyişən oğlunun həyat yoldaşı və körpə uşağını saxlamaq üçün çörək pulu tapsın, yoxsa notariat kontoru və digər qurumlarla əlaqələr vasitəsilə qanunsuzluq edib evini əlindən alanların cəzalandırılması, mülkünün geri qaytarılması üçün hüquq-mühafizə orqanlarının, məhkəmələrin yolunda qalsın… Qənimət xanım deyir ki, Qarabağ döyüşlərində yaralanmış oğlu faktiki acından ölürdü. Ona görə də dövlət tərəfindən verilmiş torpaq sahəsində kiçik bir köşk tikdirib, xırda ticarətlə çörəkpulu qazanmaq istəyib. Bu məqsədlə də atası “Zaminbank”ın Göyçay filialının müdiri Ilqar Fərzəliyevin qəbulunda olub: “Yoldaşım deyib ki, oğlumun və özümün pensiya kartlarımızı girov qoyaq, bizə kredit ayırın. Ilqar Fərzəliyev deyib ki, yox, mümkün deyil. Yoldaşıma təklif eləyib ki, evini oğlunun adına keçir, girov qoyaq, pul verim. Yoldaşım deyib ki, mənim evimdə o qədər külfətim var, necə eləyim? Ev kitabında 16 nəfərin qeydiyyatı var. Deyib ki, sən sadəcə, razılıq ərizəsi yaz, notarius-filan məsələləri mənlikdi. Beləcə, ev kitabında qeydiyyatda olanların heç birinin razılığı, imzası olmadan ev üç illik baş etibarnamə ilə oğlumun adına keçib və girov qoyulub, amma evdə qeydiyyatı olanların heç birinin imzası, razılığı olmadan. Evə Bankın sənədlərindən görünür ki, evimə 60 min pul qoyulub, 25 min verilib. O 25 minin də 500-ünü elə pulu götürəndə xidmət haqqı adıyla alıblar. Iki aylıq kredit ödənişini də elə pulu götürən kimi ödəyib. Köşk yarımçıq tikilmişdi ki, oğlum tamamilə yatağa düşdü, tikili yarımçıq qaldı. Materiallara verdiyimiz pul da arada getdi. 8 ay oğlum yataqda qaldı, bulyonu qaynadıb süzüb verməklə həmin müddətdə onu saxlayırdım. Oğlum evlənəndən düz il yarım sonra dünyasını dəyişdi. Onu da deyim ki, bankda ödəniləndən əlavə, sonradan da müəyyən məbləği banka ödəmişdik. Oğlum rəhmətə gedəndən sonra Ilqar Fərzəliyevə gedib yalvardım ki, qurban olum, cavan gəlinlə, körpə uşaqla bizi küçəyə atma, pulu ödəyəcəyik. Axı o körpənin atası bu vətənin yolunda canını qoyub… Dedim ki, həyat yoldaşım Əmək veteranıdır, yaxşı pensiya alır, həm onun, həm də özümün pensiya kartımı qoyum, banka olan borcumuz qurtarana qədər götürməyəcəm. Evimdə də nəyim varsa, satıb, pulunu ödəyəcəm. Dedi ki, sən nə danışırsan, evdən çıxmalısız. Hazırda 90-100 min qiyməti olan, bankın özünün də 60 minə dəyərləndirdiyi evimi 20 min 500 manata guya, satdı. Bizi polislər sürüyə-sürüyə evimizdən çıxarıb atdılar. Ilqar Fərzəliyevin yanına getdim, mənə dedi ki, get, kimə istəyirsən şikayət elə, lap elə prezidentinə də, mən heç kimdən qorxmuram…”
“Belə Allahsızlıq olar?!”
Qeyd edək ki, Qənimət Rəhmanova Göyçay rayon məhkəməsinin onun evinin əlindən alınması haqda qərarından Şəki Apelyasiya Məhkəməsinə şikayət verib. Müvafiq qurumlara şikayət ediləndən sonra Şəki Apelyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Qarşı tərəf – “Zaminbank”ın Göyçay filialının rəhbərliyi bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə işi yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərib. Şəkidə bu dəfə də – 2015-ci ilin avqustun 28-də Qənimət Rəhmanovanın xeyrinə qərar çıxarılıb və iş yenidən baxılması üçün Göyçay rayon məhkəməsinə qaytarılıb. Hazırda bu iş üzrə məhkəmə araşdırması davam edir. “Zaminbank”ın filial müdiri vətəndaşın evini əlindən alıb, öz işçisinə verib “Zaminbank” vasitəsilə evindən məhrum edilən Səidə Babayeva da dövlət başçısına, eləcə də hüquqmühafizə orqanlarının rəhbərlərinə ünvanladığı məktubda bankın Göyçay filialının müdiri İlqar Fərzəliyevin qanunsuzluğundan şikayətlənib. Hazırda bir azyaşlı qız uşağı və 75 yaşlı anası ilə qohum-əqrəbanın küncündə sığınacaq tapan Səidə xanım yazır ki, “Zaminbank”dan 3000 manat kredit götürmək üçün Göyçay rayon filialına müraciət edib. Rayonda yerləşən iki otaqlı evinə baxış keçirilsə də, filialın müdiri ona işləmədiyini əsas gətirərək, kredit ayırmaqdan imtina edib. Təxminən iki ay sonra “Aqrokredit” MMC-nin işçisi Tural Şıxəliyev və qohumu Cahan Babayeva ona zəng edərək, “Zaminbank”dan pul götürə biləcəklərini deyib və ondan Göyçaydakı notariusa gəlməyini istəyiblər. Səidə Babayeva əmindir ki, bu məsələdə filial müdiri Ilqar Fərzəliyevlə Tural Şıxəliyev əlbir olub.
Hüquq-mühafizə orqanları dələduzluğa göz yumur
Maraqlıdır ki, Səidə Babayeva dələduzluğa məruz qaldığı haqda hüquq-mühafizə orqanlarına müraciət etsə də, onun şikayətinə əhəmiyyət verən yoxdur: “Dəfələrlə Göyçay Rayon Polis Şöbəsinə müraciət etmişəm ki, Tural Şıxəliyev dələduzluğa görə cəzalandırılsın. Amma polis faktiki onu cəzalandırmaqdan imtina edir. Bu adamı gətirib dindirmirlər, mənimlə üzləşdirmirlər, onu tapmağın mümkün olmadığını deyib, bu əsasla da cinayət işi başlamaqdan imtina edirlər. Savadsızlığımdan istifadə edib məni süründürürlər. Göyçay polisində rəis Islam Hümbətov mənə deyir ki, Tural Şıxəliyev Sumqayıtdadır, ”Ford” maşını sürür, get, tap gətir, dindirək. Məgər onu tapıb gətirməyə mənim səlahiyyətim var? Yerini, maşınını bilirlər, amma gətirib cəzalandırmaq istəmirlər. Inanın, azyaşlı qız uşağı ilə, 75 yaşlı qoca anamla küçələrdə qalmışam”. Qeyd edək ki, son vaxtlar bankdan edilən şikayətlərlə bağlı çoxsaylı məhkəmə araşdırmaları aparılıb. Bununla bağlı yüzlərlə məhkəmə qərarı və qətnaməsi bankın rəhbərliyi tərəfindən icra edilməyib
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54 |
|
|
|
• Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44 |
|
|
|
• Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41 |
|
|
|
• 2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36 |
|
|
|
• Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33 |
|
|
|
• Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28 |
|
|
|
• Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24 |
|
|
|
• Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20 |
|
|
|
• Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16 |
|
|
|
• Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15 |
|
|
|
• Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09 |
|
|
|
• Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08 |
|
|
|
• Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59 |
|
|
|
• Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58 |
|
|
|
• İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52 |
|
|
|
• “Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50 |
|
|
|
• İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42 |
|
|
|
• Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41 |
|
|
|
• Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40 |
|
|
|
• Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38 |
|
|
|
• Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38 |
|
|
|
• “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35 |
|
|
|
• Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30 |
|
|
|
• “Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20 |
|
|
|
• Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18 |
|
|
|
• SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14 |
|
|
|
• Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00 |
|
|
|
• Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54 |
|
|
|
• İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43 |
|
|
|
• Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41 |
|
|
|
• Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36 |
|
|
|
• Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34 |
|
|
|
• İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27 |
|
|
|
• Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26 |
|
|
|
• Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15 |
|
|
|
• "Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14 |
|
|
|
• Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11 |
|
|
|
• Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! - MÜƏMMALI QƏRAR...
Bu gün, 09:58 |
|
|
|
|