Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü .....                     Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər .....                     Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli .....                     "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" .....                     Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur .....                     İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? .....                     Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi .....                     Az çiskin olacaq... .....                     Bayden administrasiyası son həmlələrini reallaşdırır .....                     Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB .....                     Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib .....                     Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar .....                     2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? .....                     Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? .....                     Əhəd Abıyevin yeni işi məlum oldu .....                     Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb .....                     Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı .....                     Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır .....                     Eyni adama məxsus 4 şirkət ləğv olunur .....                     Niftulla Məmmədlinin xanımı vəfat etdi .....                     Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır .....                     Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... .....                     Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin .....                     Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? .....                     İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? .....                     "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" .....                     “Lenin elə söz deməyib” .....                     İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` .....                     Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? .....                     Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını .....                     Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi .....                     Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib .....                     Rusiya şirkəti Azərbaycan bazarından gedir .....                     “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” .....                     Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... .....                     “Xortdana oxşayıram” .....                     Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir .....                     SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? .....                     Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ .....                     Məşhur idmançının məhkəməsidir .....                 

"DəmirBank" necə "bərkiyir"... - İTTİHAM VAR
Tarix: 27-07-2016, 09:31 | Çap et
"DəmirBank" necə "bərkiyir"...
Artıq 3 aya yaxındır ki, Azərbaycanın azadlığı uğrunda ömrünü fəda etmiş Xalq Şairi Xəlil Rzanın oğlunun birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşub şəhid olmuş Milli Qəhrəman Təbriz Xəlilbəylinin qardaşının ailə üzvlərinin, eləcə də bir sıra digər vətəndaşların uzun illər boyu manat-manat-manat yığdıqları və əlləri ilə banka depozit şəklində əmanət qoyduqları külli miqdarda pullarının DƏMİRBANK tərəfindən oğurlanması ilə bağlı yazılar medianın gündəmindədir.

İctimaiyyət, xüsusilə ziyalılar, şəhid və əlil ailələri, qazilər və onların təmsil olunduğu təşkilatlar bu inanılmaz faktlardan çox ciddi narahatdırlar.Onlarla şəhid anaları, övladları, əlillər, əsgər anaları, ziyalılar redaksiyamıza zəng edərək çox ciddi və dərin suallar verirlər:
— “Bəs Prezidentin bundan xəbəri yoxdur?”
— “Biz Vətən yolunda, haqq yolunda vuruşub əlil olmuşuq. Bəs, bu vətəndə budur bizə olan münasibət?”
— Rəşadət müəllim özünü yaxşı, halal adam kimi tanıdıb. Onun qızı Fərəh də familiyasını, yəqin onun adından götürüb. İndi düşünürük ki, belə övladı olan halal, yaxşı adam ola bilərmi? Yazığın ruhunun bunlardan necə əzab çəkdiyini bir Allah bilir.
Yaxud anası, İncəsənət Universitetində işləyən, özünü müəllim maaşı ilə dolanan halal, təmiz adam kimi göstərən İradə xanım, Fərəh kimi şəhid ailəsinin pulunu oğurlayanın anası olaraq onun müəllim işləməyə haqqı varmı? Barı aktyorluqdan dərs desin, o bu sənəti yaxşı bilir…
— “Şəhidlərimizin, Milli Qəhrəmanlarımızın adına, ruhuna hörmətsizlik edən DəmirBank rəhbərlərinin və onların gözəgörünməz sahiblərinin lap ……… və bunu edəcəyik kim olursa olsun.”
— “Allahın altında Xəlil Rza sağ olsaydı pulları oğurlayıb yemiş o bank rəhbərlərinin, onların sahiblərinin, havadarlarının dərslərini, necə deyərlər aşlarının suyunu necə verdiyini görərdilər, Xəlil Rzanı da, azadlığı uğrunda ömür xərclədiyi bu müstəqil Azərbaycan dövlətini də, onun qanunlarını da yaxşı tanıyardılar”
— “Əgər bu məsələ qanunla, hüquqla düzgün, özü də təcili həll olunmasa o zaman şəhid analarının, şəhid ailələrinin, əlillər və əsgər analarının nələrə qadir olduğunu Əli, Vəli, Hikmət, Rəhman, Fərid-mərid, Fərəh-mərəh yaxşı görəcək, bu dövlətin qanunlarına, Prezidentin mövqeyinə qarşı getməyin, şəhid ailələrinin pulunu yeməyin nə demək olduğunu biləcəklər. Əgər qanun sussa, ya da onlar qanunlara dərhal əməl etməsəç biz o pulları onların burnundan irin-qan kimi gətirəcəyik…”
DəmirBank Şəhid – Milli Qəhrəmanlarımızın ailə üzvlərinin pullarını qaytarmaması Qarabağ Qaziləri, şəhid ailələri və bu gün orduda xidmət edən əsgərlərin analarını da haqlı olaraq çox hiddətləndirmişdir. “Qarabağ Qaziləri” İctimai birliyinin sədri Etimad Əsədovun Verilən açıqlamadan bir fikri ixtisarlarla yadınıza salırıq: “Banklar etdikləri özbaşınalıqlarla Azərbaycan xalqını dövlətin üzərinə qaldırırlar… … Biz bankları qoruyuruq, onlar da bizi “donor” gözündə görür, qanımızı sorurlar. İnsanlar banka etibar edib əmanət qoyur, geri istəyəndə bank deyir qaytarmıram. Niyə? Səbəb?”
Şəhid ailəsinin, lap elə heç bir imtiyazı olmayan vətəndaşın banka, bank rəhbərinin dədəsinə borcu var ki, o əmanətləri qaytarmırlar?
Qazilər.az portalında 30.05.2016-cı il tarixdə Qarabağ qaziləri və şəhid ailələrinin verdiyi bəyanatda da bu hiddət açıq hiss olunur. Bir parçanı ixtisarlarla xatırladırıq:
“Biz Qarabağ Qaziləri olaraq heç bir bəhanə qəbul etmədən “DəmirBank” rəhbərliyindən təcili olaraq bu biabırçılığı aradan qaldırmağı tələb edirik. Biz Vətənimiz üçün cəbhələrdə canımızı fəda edərkən siz “əziz” balalarınızla yağ içində böyrək kimi yaşayaraq belə çirkin əməllərlə çirkin milyonlara sahib olmusunuz. Bu bəs deyilmiş kimi bu gün də bu şərəfsiz işi davam etdirirsiniz. Bu bağışlanmazdır.”
Göründüyü kimi DəmirBank rəhbərliyinin çirkin əməlləri ciddi narazılıqlara səbəb olub. Xəbər verdiyimiz kimi hazırda məhkəmə gedir. Hamı onun nə qərar çıxaracağını gözləyir.
Redaksiyamıza zəng edənlərin arasında DəmirBankın əvvəllər və hazırda əməkdaşı olan adamlar da çoxdur. Adlarının hələlik açıqlanmasını istəməyən bu bank işçiləri təkcə bu əmanətlərin deyil, digər külli məbləğdə pulların oğurlandığını, ümumiyyətlə, bankda çoxlu maxinasiyaların olduğunu, bu depozitlərin necə mənimsənildiyini, guya yoxlayarkən hansı sənədlərdə ciddi saxtakarlıqlar edildiyini söyləyirlər. Onlar son zamanlar yeyinti faktları ilə Gəncə, Sumqayıt, Şamaxı və s. 5-6 filialı və baş ofisin özü haqqında cinayət işi qaldırıldığını deyir, bankda iki, hətta üçtirəliyin olduğunu iddia edir, Rəhman kişinin isə özünü zibillikdə açmış çiçək kimi apardığını, guya düz adam olduğunu, bu yeyintilərdən xəbəri olmadığını, yuxarıdakı sahibinə (insanın da sahibi olar? red.) çoxlu pul verərək heç nəyi vecinə almadığını bildirirlər. Əslində isə bütün oyunların lap əvvəldən onun ssenarisi ilə qurularaq kürəkəni və digər əlaltıları tərəfindən həyata keçirildiyini, üstü açılanda isə hüquq orqanlarında olan şəriklərinin köməyi ilə filial müdirlərini necə deyərlər rasxoda verdiklərini vurğulayırlar.
Əslində bu elə kənardan da yaxşı görünür. Necə deyərlər, xoruzun başı nə qədər kolda olsa da çöldə qalan quyruğu uzaqdan da görünür.
İndi məlum olur ki, 7 nəfər vətəndaşın (əmanətçilərin) hələ aprel ayından etibarən 2 dəfə tələbnamə ilə rəsmi müraciətini 3 iş günü ərzində icra etməli olduğu halda bu günə qədər heç onlara cavab belə verməməsinin səbəbləri də aydınlaşmağa başlayır. – Yoxlama adı ilə sənədlərdə dəyişikliklər etmək, hər şeyi filialın üzərinə atmaqla növbəti müdirini “rasxoda” vermək, işi haçalamaqla prosesi uzatmaq. Bu əslində sədrə də necə deyərlər “torba tikmək” məqsədi daşıyır.
Hörmətli Rəhman bəy, bir neçə suala cavab verin.
Məlumdur ki, bu məsələdən xeyli əvvəl eyni bankda eyni cür yeyinti faktı aşkarlandı. Filial müdiri sizin tərəfinizdən işdən kənarlaşdırıldı və inandığınız Oqtay Şirinov onu bir həftə əvəz elədi. Həmin Şirinovun rəhbərliyi ilə filial yoxlandı və fakt təsdiqləndi.
1. Niyə o vaxt bu cinayətin üstünü ört-basdır etdiniz?
2. Sizə kim və ya kimlər tapşırıq verdi (xahiş etdi) ki, siz Fərəh Rəşadətlini yenidən vəzifəsinə qaytardınız?
3. Əgər bu məsələdə kim və ya kimlərsə tərəfindən mənimsəmə, oğurluq yaxud digər bir cinayət varsa niyə 3 aydır susursunuz? Nə əmanətçilərə rəsmi cavab vermir, nə də müvafiq orqanlara rəsmi müraciət etmirsiniz, nədən, kimdən qorxursunuz?
4. Könlünüzdə bir biclik yox idisə nə üçün əmanətçilər bankınıza müraciət edib pulların geri istəyən kimi nə üçün Fərəh Rəşadətlini məzuniyyətə çıxardınız? Məşədi İbad demiş “heç hənanın yeri idi.” Yoxsa qorxdunuz ki, sizin təlimatları dinləmədən başqa fikirlər söyləyib işləri korlayar?
5. Bir günlük (sizdə hər şey elektron sistemdə var axı) araşdırma əvəzinə guya 3 aylıq yoxlama nə üçün idi? Burada məsələ 2×2 qədər bəsit idi axı.
6. Bu müəmmalı yoxlama sonunda sizin dediyiniz kimi pulu oğurlayıb mənimsəyən cinayətkar Fərəh idisə nə üçün onu təcili həbs etdirmək əvəzinə, əvvəlcə istirahətə buraxıb, sonra da aradan çıxartmaq üçün işdən azad etdiniz. Nə gözəl səslənir: “cinayətkarı işdən azad etmək”. Bunun özü də bir cinayət deyilmi?
7. Siz Azərbaycan Dövlətinin qanunlarını bilir və onu qəbul edirsinizmi?
Bilmirsinizsə oxuyun. Onu qəbul edib tanımaq istəmirsinizsə kişi kimi açıq söyləyin necə ki, bunu əməlinizdə bildirirsiniz (Yanınızda kişilikdən danışdığımız üçün üzr istəyirik).
Yox, əgər bilir və qəbul edirsinizsə onda bunu da gözəl bilirsiniz ki, o pulu alan da, müqaviləni bağlayıb imzalayan da sizin rəsmi səlahiyyət verdiyiniz nümayəndənizdir. Hüquqi şəxs isə DəmirBankdır. Yəni qanun qarşısında filiallı – miliallı bütün bankın fəaliyyətinə cavabdeh də odur. Bu, qanunda ağ-qara kimi yazılıb. Bunu məhkəmədə hüquqlarınızı müdafiə edən təmsilçiniz Elçin bəy də yəqin gözəl bilir. Yadından çıxıbsa getsin məşəl kimi əlində tutub təbliğ etdiyi Tomasın kitabını bir də oxusun. (5-3 qəpik üçün özünü lap savadsızlığa vursan belə vecinə də alma. Qəmin kəm.)
Səhvinə, dələduzluğuna görə öz səlahiyyətli işçinizi özünüz cəzalandırmalısınız, lazım gəlsə qanunun əli ilə. Bunun nə əmanətçilərə, nə də onların pullarına dəxli yoxdur. Bu pulu siz, yəni Bank ödəməlidir. Qanun belə yazır.
8. Belə olan halda 7 vətəndaşın əli ilə sayıb verdiyi pulu niyə qaytarmırsınız? Bu qədər həyasızlıq olar?
Biz sizə Azərbaycan Dövlətinin qanunlarına, ölkə Prezidentinin siyasətinə qarşı çıxmağı, ictimai narazılıqlar yaratmağa cəhd etməyi məsləhət görmürük. Belə mövqe tutanların aqibəti sizin kimilərə dərs olmadımı?
Bu ağılsız hərəkətdə hec bir HİKMƏT görmürük. Bir də yadınızdan çıxarmayın: “Özgəyə ümid olan şamsız qalar.”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11
Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04
"Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03
Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00
İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54
Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52
Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51
Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48
Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44
Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41
2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39
Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36
Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33
Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28
Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24
Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20
Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16
Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15
Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08
Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59
Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58
İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54
"Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52
“Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50
İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46
Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42
Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41
Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40
Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38
“Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35
Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30
“Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20
Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18
SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14
Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00
Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54
İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43
Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41
Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36
Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34
İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27
Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26
Oskanyan Qərbi Azərbaycandan danışdı – “Bakının hədəfi budur”
Bu gün, 10:15
"Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox"
Bu gün, 10:14
Rusiya səması üzərində 40 ədəd PUA zərərsizləşdirilib - TASS
Bu gün, 10:11
Hakim Pənah Kərimovu ev dustlağınıa buraxdı... VƏ ARA QARIŞDI! - MÜƏMMALI QƏRAR...
Bu gün, 09:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru