MİSİR MƏRDANOVUN QƏZET «VERGİSİ»
Tarix: 8-12-2011, 11:53 | Çap et
ORTA MƏKTƏBLƏRDƏ YENİ YIĞIM «SEZON»U BAŞLAYIB
DİA.AZ: - Orta məktəblərdə şagidlərin müxtəlif adlarla talan edilməsi siyasəti davam edir. «Süpürgə pulu», «salyarka pulu», «fond pulu», «pərdə pulu», «təmir pulu» və s. adlarla şagirdlərin sözün həqiqi mənasında qarətə məruz qaldığı məktəblərdə bayram və ad günləri tarixləri də, pul yığımı mövsümü hesab edilir.
Bu günlərdə təhsil müəssisələrində baş verən özbaşınalıqlarla bağlı redaksiyamıza daha bir maraqlı məlumat verən etibarlı mənbə, məktəblərdə şagirdlərin qarət edilməsinin yeni üslulunun gündəmə gəldiyini bildirib. Adının çəkilməsini istəməyən mənbənin məlumatına görə, son bir neçə həftədir ki, paytaxt məktəblərində «qəzet pulu» məsələsi ortalığa çıxıb ki, bu da təhsil müsəssisəsinə daxil olan dövlət qəzetlərinə görə, şagirdlərin «ictimai fəaliyyətə» cəlb edilməsini nəzərdə tutur. Bu məqsədlə də hətta birinci sinif şagirdlərinini belə hər birindən nə az nə çox, düz iki manat məbləğində pul alındığını bildirən mənbə, məlum tendensiyanın məktəblər arasında getdikcə populyarlaşmaqda olduğunu qeyd edib: «Əvəllər məktəblərə yalnız bir qəzet - «Azərbaycan müəllimi» qəzeti gəlirdi ki, bu qəzetin bütün müəlimlər tərəfindən alınması zəruri idi. Başqa sözlə desək, hər kəs bu qəzetə məcburi şəkildə abunə yazılır, qəzet almasa belə bunun üçün nəzərdə tutulan vəsaiti ödəyirdi. Bu prosesə müəssisəsnin pedaqoji kollektivi cəlb edilir, şagirdlər isə bütün hallarda məlum prosesdən kənarda qalırdı. Lakin son günlər «Azərbaycan müəllimi» qəzeti ilə yanaşı bəzi dövlət qəzetlərinin də orta məktəblərə axını müşahidə edilməkdədir. İşin ən maraqlı tərəfi isə bu kəs şagirdlərin də qəzet alqı-satqısına cəlb edilməsi ilə bağlıdır. Məktəb direktorlarının göstrərişi əsasında hər bir şagirddən müəssisəyə daxil olan dövlət qəzetləri üçün iki manat məbləğində pul yığan sinif rəhbərləri, bununla həmin qəzetlərin varılğından və mahiyyətindən xəbərsiz olan şagirdləri «milli və ictimai» maraqların müdəafiəsindən kənara qalmamağa çağırır».
Mənbənin sözlərinə görə, nəinki şagirdlər, hətta təhsil müəssisələrinin müəllim kollektivi də pulunu ödədikləri qəzetlərin üzünə həsrətdir: «Maraqlıdır ki, nə şagird, nə də müəllim heyəti arasında pulunu ödədikləri qəzetləri görən, bu qəzetlərlə təmasda olan bir nəfər də olsun insan yoxdur. Bu qəzetlər yalnız məktəb direktoru və onun yaxın ətrafına verilir ki, bu da tamamilə formal xarakter daşıyır. Əsas məqsəd qəzet alqı-satqısından biznes növü kimi faydalanmaq və «sivil qarət» yolu ilə külli miqdarda pul toplamaqdır».
Mənbənin bildirdiyinə görə, dövlət qəzetlərinin müəssisə ərazisindəki satışı həmin qəzetlərin redaksiyasına və məktəb rəhbərliyinə böyük miqdarda maddi gəlir qazandırır: «Məsələ bundadır ki, bu gün paytaxt məktəblərində çoxlu sayda şagird oxuyur ki, bu müəssisələrin bir çoxu şagird sayına görə xüsusilə diqqət çəkir. Bu gün ölkə paytaxtında şagird sayı 4-5 min civarını ötən xeyli sayda məktəb mövcuddur. Əgər 4 min nəfər şagirdin təhsil aldığı məktəbdə hər ay və ya hər 2-3 aydan bir hər şagirddən 2 manat pul alındığını nəzərə alsaq, hər yığımda 8 min manat nəğd pul vəsaitinin toplandığı aydın olar. Xatırladaq ki, bura məktəbin müəllim kollektivi və texniki personalı da daxildir ki, bu da məlum məbləğin daha da artmasına şərait yaradır. Bütün bunları nəzərə alsaq, əminliklə demək olar ki, “qəzet pulu” biznesi yaxın gələcəkdə daha da “çiçəklənəcək” və əyalətlərdə də tərəqqi tapacaqdır».
Mənbə məlum tendensiyanın artıq indidən ictimai sferada ciddi narazılıq və etirazla müşahidə olunduğunu bildirdi. Mənbənin sözlərinə görə, həllik ilkin mərhələdə olan etirazların yaxın aylarda daha kəskin şəkildə ortaya çıxacağı istisna deyil: «Sözügedən tendensiya yeni meydana gəldiyi üçün valideynlərin bir çoxu məlum olayı ötəri hesab edir və problemin iki manat ödəməklə ötüşəcəyini güman edirlər. Odur ki, onların bəziləri məktəb rəhbərliyi ilə konfiliktə girməmək üçün tələb olunan pulu verir, bununla da özlərini «lazımsız söz-söhbətdən» qoruyurlar. Lakin elə valideynlər də var ki, övladlarına «qəzet pulu» vermir və ya məktəb direktorunun qəbuluna girərək ondan məlum məsələyə aydınlıq gətirməsini tələb edirlər. Yeni «vergi növü»nün ağırlığı sosial baxımdan zəif təmin olunan və ya bir deyil, bir neçə üzvünün təhsil müəssisələrində oxuduğu ailələrdə özünü daha aydın büruzə verir. Bu baxımdan, «qəzet pulu» yığımının davamlı olmasıilə yanaşı, valideynlər arasındakı narazılığın da buna müvafiq olaraq artacağı şübhəsizdir».
Mənbənin sözlərinə görə, «qəzet pulu» yığımının valideynlər arasında ciddi narazılıq yaratmasına baxmayaraq, məktəb direktorları onlara hər ay bolluca pul qazandıran məlum üsuldan imtina etmək fikrində deyil: «Yeni gəlir metodunun özü ilə yeni problemlər və başağrıları gətirməsinə baxmayaraq, ortada olan gəlirin miqyası məktəb direktorlarını «qəzet pulu» sevgisindən imtina etməyə qoymur. Əksinə, direktorların bir qismi yeni metoddan daha effektiv istifadə etməyin yollarını arayır, bir çoxları isə özlərini əngələ salmamaq üçün «problemli» şagirdlərin siyahısını hazırlayırlar. Məktəb direktorlarının fikrincə, ən pis halda bu şagirdləri prosesdən kənarda qoymaqla qəzet pulu yığımını digər şagirdlərin hesabına həyata keçirmək mümkündür. Bir sözlə, görünən odur ki, Azərbaycanın elm ocaqlarında yaxın gələcəkdə elmə heç bir aidiyyatı olmayan yeni problemlər özünü göstərəcək ki, onların da indiki reallıqlar çərçivəsində həll ediləcəyi o qədər də inandırıcı görünmür».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00 |
|
|
|
• Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58 |
|
|
|
• Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52 |
|
|
|
• Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05 |
|
|
|
• Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02 |
|
|
|
• Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56 |
|
|
|
• Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52 |
|
|
|
• Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49 |
|
|
|
• Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47 |
|
|
|
• Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43 |
|
|
|
• Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34 |
|
|
|
• “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25 |
|
|
|
• Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16 |
|
|
|
• İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14 |
|
|
|
• Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06 |
|
|
|
• Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05 |
|
|
|
• “Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00 |
|
|
|
• DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00 |
|
|
|
• Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42 |
|
|
|
• Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39 |
|
|
|
• Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30 |
|
|
|
• Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27 |
|
|
|
• Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24 |
|
|
|
• Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23 |
|
|
|
• Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18 |
|
|
|
• Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16 |
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58 |
|
|
|
• "Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11 |
|
|
|
• Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07 |
|
|
|
|