CƏLİLABADDA POLİS ÖZBAŞINALIĞI
Tarix: 23-09-2011, 11:49 | Çap et
“QARDAŞIMI O QƏDƏR DÖYDÜLƏR Kİ, HƏTTA BOYNU DA QIRILMIŞDI”
DİA.AZ: - Redaksiyamıza Cəlilabad rayonu Xanlar küçəsi ev 53-də yaşayan Seydanov Bəybala Hidayət oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayət məktubunda hüquq-mühafizə orqanlarında yaşanılan özbaşınalıqlardan danışılır. Məktubda deyilir:
“Yazıb sizə bildirirəm ki, qardaşım Seydanov Qəzənfər Hidayət oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad rayon Polis Şöbəsi işçisi Eldar Səfərov tərəfindən döyülərək öldürülüb. Uzun müddətdir ki, Azərbaycan Respublikası dövlət orqanlarına müraciət etsəm də, cinayətkar cəzalandırılmır, Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq şəkildə araşdırma aparılmır. Belə görünür ki bu respublikada qanunvericilik yalnız kasıblara aiddir, yuxarı vəzifədə olan Eldar Səfərov kimi adamlara isə qanun şamil edilmir.
“Qardaşım kasıbçlqla ailəsini saxlayrdı”...
1971-cil təvəllüdlü qardaşım Seydanov Qəzənfər kasıb adamın biri idi, 011 maşını ilə “xaltura” edərək ailəsini dolandırırdı. 9 noyabr 2010-cu ildə maşını ilə evdən çıxmış, “xaltura” etmək məqsədilə rayonun “Baş” deyilən hissəsinə gəlmiş, orada maşınını saxlayaraq müştəri gözləməyə başlayıb. Axşamçağı Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən orada qəflətən həbs edilmiş, Cəlilabad Polis Şöbəsinin binasına aparılmışdır. Guya qardaşım narkotik istifadəçisi imiş. Halbuki qardaşım qətiyyən belə bir adam deyildi, ölümündən sonra Respublika Məhkəmə-Tibbi Ekspertizası da bunu təsdiq etmişdir. Sadəcə qardaşım bundan əvvəl türmədə yatıb, bizim respublikada isə türmədə olan adam həmişə təqib olunur, polis onu həyata, cəmiyyətə adaptasiya olunmağa qoymur.
Qardaşımın həbs olunması xəbərini eşidib ailəmizlə birlikdə Cəlilabad rayon Polis Şöbəsinin binasına gəldik. Məlum oldu ki, qardaşımı həbs olunanlar üçün olan yerdə yox, yuxarıda müstəntiqlərə, polis işçilərinə aid olan otaqda saxlayırlar, sorğu-sual edir və işgəncə verirlər. Mən polis işçilərindən soruşdum ki, qardaşım nə üçün həbs olunub? (Qardaşımı cinayət-axtarış şöbəsinin işçiləri Əflatun Məmmədov və Mehman həbs etmişdi). Mehman mənə dedi ki, o narkotilklə tutulub, get 16 min manat pul gətir, buraxaq. O açıq-aşkar məndən rüşvət istədi ki, bu da bizim şanlı Azərbaycan polisi üçün adi haldır. Dedim ki, mənim pulum yoxdur, kasıb adamam, cəmi bir köhnə maşınım var. Dedi ki onda get 5 min dollar gətir, özünəistifadə kimi sənədləşdirək, buraxaq.
Bizdə bu məbləğ olmadığından kor-peşman geri qayıtdıq. Səhəri gün səhər tezdən Qəzənfərə yemək vermək üçün yenidən rayon Polis Şöbəsinə gəldik. Məlum oldu ki, qardaşım hələ də yuxarıda polis işçilərinə məxsus otaqda dindirilir, hələ də həbs olunanlar üçün olan kameraya aparılmayıb. Bu bizə qəribə gəldi, belə ki qanunvericiliyə ziddir. Bizə qardaşımla görüşməyə imkan vermədilər. Günorta yenidən polis şöbəsinə gəldik. Uzun müddət qardaşımla görüş almaq ümidi ilə ailəmiz və qohumlarımızla birlikdə Polis Şöbəsinin həyətində gözlədik. Nəhayət müstəntiqlərdən biri çıxdı, dedi ki Qəzənfərin halı pisləşdi, onu Mərkəzi Xəstəxanaya göndərdik.
“Qardaşımı döyüb öldürüblər”...
Polis İşçiləri qardaşıma fiziki güc tətbiq etmiş, başına əleyhqaz keçirərək çırpmış, əllərini və ayaqlarını kəndirlə stula bağlayaraq işgəncələr vermişdilər. Ağrılardan huşunu itirdikdə üstünə vedrə ilə su töküb yenidən çırpırmışlar. Bunu biz xəstəxanaya gəlib qardaşımı ağır vəziyyətdə gördükdə müəyyən etdik. Sanki orta əsrlərdə yaşayırıq, Azərbaycan polisində hər cür işgəncə üsullarından istifadə edilir. Cəlilabad rayon Polis Şöbəsinin rəis müavini, qaniçənlikdə ad çıxarmış Eldar Səfərov xəstəxanaya çoxlu polis işçisi göndərmişdi ki, qardaşım yatan palatanı qorusunlar, qohumları girib Qəzənfərin üzündəki və bədənindəki qançırları, zərbə yerlərini görməsinlər.
Qardaşımı Eldar Səfərov və adamları o qədər vurmuşdu ki, boynu da sınmışdı. Yaxın qohumlarımızın və tanışlarımızın, rayon camaatının xəstəxanaya yığışdığnı görən polis işçiləri bu işlərin təşkilatçısı olan rəis müavini Eldar Səfərova zəng etdilər. Eldar Səfərov xəstəxanaya gəldi, həkimlərdən qardaşımın vəziyyətinin daha da ağırlaşdığını öyrəndi. O çıxarıb cibindən mənə 150 manat verib dedi ki, apar qardaşını Bakıya, sağalt gətir, onun cinayət işini bağlayacayıq.
Halbuki bu, Azərbaycan qanunvericiliyinə ziddir. Bildirirəm ki, qardaşım həbs olunanda və Cəlilabad rayon Polis Şöbəsinə gətiriləndə heç bir lazımi sənədləşmə həyata keçirilməmiş və protokol tərtib edilməmişdi. Qanunda nəzərdə tutulmuş prosedurların heç biri həyata keçirilməmişdi. Hətta qardaşımın təcridxanada saxlanması üçün hökmən vacib olan Məhkəmənin qərarı da alınmamışdı.
Başqa rayonları deyə bilmərəm, Cəlilabad Polis Şöbəsində tam anarxiya və özbaşınalıq hökm sürür. Sadəcə orta əsrlər quldurlarına xas olan bir tərzdə qardaşımı küçədən oğurlayıb qanunsuz olaraq dindirmişdilər. Məqsəd döyərək daha 3-4 nəfərin üzünə durğuzmaq, onları da şərləyərək həbs etmək, hərəsindən beş min, on min manat rüşvət alıb azad etmək idi.
Eldar Səfərov vəzifə səlahiyyətlərindən istifadə edərək tez-tez belə layihələr həyata keçirir, əhalidən zorla külli-miqdarda pullar alınır. Bizim Eldar Səfərov kimi səlahiyyətli Polis məmurlarımız bu yolla varlanırlar, qanunsuz olaraq milyonlarla sərvət yığırlar.
Gəlin görək, Rusiyada, İranda, Türkiyədə, hətta Ermənistanda bu cür qanunsuz hallar mövcuddurmu? Bu cür açıq-aşkar soyğunçuluq ancaq Azərbaycanda baş verir. Bizi xilas edin! Xalqın maddi vəziyyəti onsuz da ağırdır, ölkəmizdə aclıq və yoxsulluq hökm sürür. Eldar Səfərov kimi polis məmurları isə vəzifə səlahiyyətlərindən istifadə edərək xalqı lap soyub ağır vəziyyətə çatdırırlar.
Cəlilabadda 7 min dollara polis çavuşu olmaq olar
Yazib sizə onu da bildirirəm ki, Eldar Səfərov özünə dövlət nömrə nişanı 10 LR 540 olan qiyməti 50 min dollarlıq “S klass” xarici markalı maşın alıb. Bir neçə yerdə dəbdəbəli villa tikdirib. Sual olunur: cüzi bir maaşla bu qədər sərvəti Eldar Səfərov necə toplayıb? Rayonun bütün idarələrindən və ticarət obyektlərindən “tas” yığılır. Bu yaxınlarda rayonda 50-yə yaxın adam çavuş kimi polisə işə götürülüb, rayonda söz-söhbətlər gəzir ki, onların hərəsindən 7 min manat rüşvət alınıb. Məlum olduğu kimi Respublika Prezidenti cənab İlham Əliyev korrupsiyaya qarşı mübarizə aparılmasına fərman verib. Lakin Eldar Səfərov kimi məmurlar Prezidentin göstərişlərini ayaq altına atıb tapdalayırlar.
Eldar Səfərov mənə 150 manat verib deyəndə ki, apar qardaşını Bakıya xəstəxanaya, sağalt gətir, cinayət işini bağlayacayıq, mən razılaşmadım, ona dedim ki, mən sizə inanmıram. Onda o Rayon Polis Şöbəsinin rəisi Rəhim Novruzova zəng edib mənimlə calaşdırdı. Rəhim Novruzov da mənə dedi ki, o pulu Eldardan al, qardaşını təcili Bakıya apar, sağalt gədir, icbari ilə buraxacam, onu həbsdən azad edəcəm.
İnsan taleyi ilə bu cür qanunsuz şəkildə oyun oynayırlar. 150 manata ölüm işini bağlamaq, sudan quru çıxmaq istəyirdilər. Mənim qardaşım əgər cinayətkardısa, üstündə cinayət işi vardısa, niyə qardaşımı bizə verirdilər ki, aparın? Bu Azərbaycanın mövcud Qanunvericiliyinə ziddir. Hətta biz qardaşımı yarımcan halda Cəlilabad rayon Mərkəzi Xəstəxanasından Bakıya xəstəxanaya aparanda Cəlilaba rayon Polis Şöbəsindən Mehman zəng edib dedi ki, gəlin şöbəyə, cinayət işi açmamışıq, sənədləşdirmək lazımdır. Qanuna zidd olaraq hələ bu vaxta kimi heç bir sənədləşmə aparılmamışdı, keçmiş tarix ilə sənədləşdirmək istəyirdilər ki, döydükləri adam Bakıda ölsə, onları sorğu-sual edən olmasın. Polislər öz cinayətlərini ört-basdır etmək istəyirdilər.
Onu da sizə xatırladım ki, bu hadisədən qabaq Eldar Səfərov mənim bacım oğlunu guya dava-dalaş üstündə şərləyərək polis şöbəsinə aparmışdı. Məndən 70 manat rüşvət alıb bacım oğlunu buraxdı. Cəlilabad rayon Polis Şöbəsində açıq-aşkar rüşvət alınır və camaat hardan gəldikləri bilinməyən bu qaniçmişlərin əlindən soyulub talanır.
Eldar Səfərovun arxasında duran adam o qədər güclüdür ki...
Azərbaycan Respublikasında bir çox orqanlara müraciət etmişik. Lakin Eldar Səfərovun arxasında duran adam o qədər güclüdür ki, heç kəsə ona toxunmur, bizə şablon cavablar verirlər ki, araşdırmışıq, heç bir cinayət tərkibi yoxdur. Azərbaycanda bütün məsələləri yalnız klanlar həll edir, qanunlar işləmir, bizə kömək edin.
Əvvəl dedilər ki, guya qardaşım özü-özünə xəsarət yetirib, dəsmalla özünü asıb. Sonra dedilər yox, “prostınya” (mələfə) ilə özünü asıb. İndi də deyirlər ki, guya qardaşım maykası ilə özünü asıbmış. Halbuki ağ yalandır, qardaşım həmin gün mayka geyinməmişdi. Biz xəstəxanaya qardaşımın yanına gələndə onun tutulanda əynində olan paltarı yox idi, ayağı palçığın içində idi, o qədər vurmişdular ki, ağzından və qulağından qan gəlirdi, boynu isə üstündə durmurdu, vurulan zərbələrdən boynu sınmışdı.
Bədəni zərbələrdən qançırlarla dolu idi, açıq-aşkar zədələr gözə görünürdü. Bu qədər açıq-aşkar dəlillərin olmasına baxmayaraq Cəlilabad rayon Prokurorluğunda işi cinayət tərkibi olmaması adı ilə bağladılar. Etirazımızı bildirəndə isə Cəlilabad rayon Prokurorluğunda dedilər ki, bizə Bakıdan tapşırılıb ki, işi bağlayın, biz kimik işi bağlamayaq? Xahiş edirəm araşdırasınız, Eldar Səfərovun arxasında duran Bakıdakı məmur kimdir?
Tək bu hərəkət deyil, Eldar Səfərov bizim rayona rəis müavini təyin olunandan çoxlu belə cinayətlərə imza atıb, rayon camaatı dəfələrlə törədilən qanunsuzluqlar barədə yazıb müraciət etsə də, heç bir nəticəsi olmayıb. Haqq-ədalətin öz yerini tapması üçün bizə köməklik edin”.
Hazırladı: Ziya Yusifov
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bu gün, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Bu gün, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24 |
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
• "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52 |
|
|
|
• “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49 |
|
|
|
• “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45 |
|
|
|
• Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41 |
|
|
|
• Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39 |
|
|
|
|