Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                     "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının .....                     Vəzifəli şəxs HƏBS OLUNDU .....                     Nəsimi RİH-də kitab təqdimatı oldu .....                     2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq .....                     “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” .....                     Erməni politoloqdan Azərbaycanla bağlı .....                     Rusiya Suriyada məqsədinə nail olub .....                     AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... .....                     2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu .....                     İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... .....                     Makron Fransası sülh prosesini əngəlləyir .....                     “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir .....                     "Ermənistan buna imkan vermir, .....                     Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub .....                     Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub .....                     Tovuz məktəbində zəhərlənənlərin .....                     Ermənistan konstitusiyası .....                     "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" .....                     Ermənistan Macarıstanla saziş imzalayacaq .....                     “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     KAPİTALBANK-ın ABSURD YANAŞMASI... .....                     Brüssel onlayn platformalara nəzarəti gücləndirir .....                     Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu .....                     Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir .....                     Sosial media dələduzluqları artıb .....                     Gənc blogerin ölümü ilə bağlı .....                     Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib .....                 

ƏDLİYYƏ SİSTEMİNDƏ ÖZBAŞINALIQ
Tarix: 5-12-2011, 11:46 | Çap et
ƏDLİYYƏ SİSTEMİNDƏ ÖZBAŞINALIQ

MƏMUR ÖZBAŞINALIĞININ QURBANI OLAN ATANIN FƏRYADI

DİA.AZ: - Redaksiyamıza müraciət edən Emin Əliyev azyaşlı oğlu Ömərlə görüşə bilmməsindən şikayətçidir. Emin deyir ki, o, 16 mart 2008-ci ildə Əliyeva İlahə Şahin qızı ilə rəsmi nigah bağlayaraq ailə qurub. Birgə nigahlarından 10 aprel 2009-cu ildə Ömər adlı övladları dünyaya gəlib:

«2008-ci ildə ailə quran vaxtdan xasiyyətimiz və mənim işim ilə bağlı bir sıra uyğunsuzluqlar ortaya çıxdı. Bu səbəbdən daim aramızda çoxlu narazlıqlar olurdu. Mən dövlət işçisiyəm, o isə mənimlə birlikdə rayonda yaşamaq istəmirdi. Bu səbəbdən ailədə narazılıqlar olurdu. 2008-ci ilin sentyabr ayında İlahə Əliyeva Bakıya atası evinə qayıtdı və uzun müddət orada yaşadı. Övladımız dünyaya gəldikdən sonra mənə qarşı bir çox şərtlər irəli sürdü və uşaqla görüşməyimə imkan vermədi. Sonuncu dəfə bütün bu söz-söhbətlərə son qoymaq naminə 2009-cu ilin iyun ayında onu işlədiyim Tovuz rayonuna dəvət etdim. Bir neçə gün bir yerdə yaşadıqdan sonra o, yenə də ailədə yerli-yersiz narazılıqlar yaratdı və uşağı da götürüb Bakıya qayıtdı. Həmin vaxtdan da onların münasibətlərim tamam kəsildi. Dəfələrlə uşaqla görüşməyə təşəbbüs göstərsəm də, buna şərait yaratmadılar. Bir ata kimi uşağımı görmək, onun tərbiyəsi ilə məşğul olmaq mənim hüququmdur».

Atalıq hüquqları pozulan Emin Əliyev uşaqla görüş hüququnun bərpa olunması tələbi ilə İlahə Əliyevaya qarşı məhkəmədə iddia qaldırıb. O, iddia ərazəsində övladı Ömərlə bayram günləri də daxil olmaqla həftənin cümə, bazar və şənbə günləri saat 12.00-dan 20.00-dək kənar şəxslərin iştirakı olmadan öz yaşadıqları Yasamal rayonu, Xiyabani küçəsi, ev 8, 3 saylı mənzildə ünsiyyətdə olma hüququnun bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib.

Qeyd edək ki, Yasamal rayon İcra hakimiyyətinin Qəyyumluq və Himayədarlıq Komissiyasının verdiyi rəylə də Emin Əliyevin oğlu Ömərlə ünsiyyətində məhdudiyyətlər yarandığı təsdiqlənib və Ailə Məcəlləsinin 61.1 maddəsinə əsasən onun məhkəmədə iddia qaldırması məqsədəuyğun hesab edilib. Həmin rəylə komissiya Ömər Əliyevin körpə olmasını nəzərə alaraq ananın iştirakı ilə Emin Əliyevin azyaşlı oğlu ilə hər həftənin bazar günləri 3 saat müddətinə görüşməsini də vacib sayıb.

15 iyul 2010-cu il tarixdə Yasamal rayon məhkəməsində hakim Raqib Quliyevin sədlrliyi ilə Emin Əliyevin öz övladı ilə görüşmək hüququnun bərpasına dair iddiasına baxılıb və iddia qismən təmin edilib. Belə ki, Emin Əliyevin Ömərlə ünsiyyətinə İlahə Əliyevanın iştirakı ilə həftədə bir dəfə (bazar günü saat 12.00-dan 15.00-a kimi) icazə verilib.

Məhkəmənin bu barədə qətnaməsi icraya yönəldilib və Emin Əliyev bir neçə dəfə övladıilə görüşə bilib. Lakin bundan sonra Yasamal rayon icra şöbəsinin icra məmuru Bəylər Hüseynov ərizə ilə məhkəməyə müraciət edib və Emin Əliyevin uşaqla görüş barədə 28.08.2010-cu il, 06.09.2010-cu il, və 18.09.2010-cu il tarixli ərizələri ilə görüşün keçirildiyini, lakin bundan sonra onun, İlahə Əliyevanın iştirakı olmadan uşaqla görüşdən imtina etdiyini bildirib. İlahə Əliyeva da öz növbəsində icra şöbəsinə ərizə yazıb və həftənin 6 günü işlədiyindən 1 gün istirahət etdiyini bildirərək görüşün onsuz baş tutmasını xahiş edib. Bu səbəbdən icraatda çətinlik yarandığını bildirən icra məmuru məhkəmədən məsələ ilə bağlı izah verilməsini xahiş edib. Yasamal rayon Məhkəməsi 10 noyabr 2010-cu ildə verdiyi qəradadla görüşün ananın iştirakı olmadan mümkün olduğunu bildirib. Lakin bununla razılaşmayan Emin Əliyev həmin qərardan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət edib. 21 dekabr 2010-cu ildə orada məsələyə baxılaraq, Yasamal rayon Məhkəməsinin sözügedən qərardadı ləğv edilib və Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəylər Hüseynovun y aranmış vəziyyətlə bağlı izah verilməsi barədə ərizəsi rədd olunub. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu qərarından isə İlahə Əliyeva Ali Məhkəmənin Mülki Kollegiyasına şikayət verib. Orada işə baxılıb və 19 aprel 2011-ci ildə çıxarılan qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərarı qüvvədə saxlanılıb. Beləliklə, İlahə Əliyevanın şikayəti təmin edilməyib.

Emin Əliyev deyir ki, Yasamal rayon Məhkəməsinin 15 iyul 2010-cu il tarixli qərarı icraya yönəldiləndə onun icrası Yasamal rayon icra şöbəsinin məmuru Tural Şahbazova həvalə edilib: «Həmin vaxtdan onun və işlədiyi qurumun mənə qarşı qəsdən olan qanusuz hərəkətləri başlayıb. Tural Şahbazov bir neçə görüşdən sonra İlahə Əliyeva ilə əlbir olaraq məhkəmə qərarının icrasına əngəl törədir».

Emin Əliyevin sözlərinə görə, ilk vaxtlar uşaqla görüşməklə bağlı heç bir problem olmayıb: «İlahə Əliyevanın bacısı və ya qardaşı uşağı icra şöbəsinə gətirir, mən də onu götürüb «Olimpik Star» Əyləncə Mərkəzində gəzdirib müəyyən olunan vaxtda gətirib icra şöbəsinə təhvil veriridim. Sonradan İlahə Əliyeva uşağın mənə bağlanmasını görüb icra işinə əngəl törətmək üçün icra məmuru Tural Şahbazovla əlbir oldu və icra məmuru əsassız və qanunsuz olaraq qətnaməyə izah verilməsi ilə əlaqədar məhkəməyə ərizə verdi. Ərizənin verilməsində məqsəd övladımla görüşməyimi uzatmaq, məni bezdirmək və uşaqdan imtina etməyimə nail olmaq idi».

Emin Əliyev bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası icra məmurunun izah verilməsi ilə bağlı tələbini rədd edəndən sonra da Tural Şahbazov onun öz övladı ilə görüşməsinə mane olub: «O, qətnaməni icra edəcəyinə söz versə də, qəsdən hər dəfə görüşü ləngidir. Hər həftə bir bəhanə gətirir. Mən hazırda Qazax rayonunda işləyirəm və hər şənbə günü uşağımla görüşmək üçün Bakıya gəlirəm».

Çoxsaylı şikaytlərdən sonra qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsi ilə bağlı aktlar tərtib olunsa da, Emin Əliyev bu aktların onu susdurmağa, övladı ilə görüşdən əl çəkməyə yönəldiyini bildirir: «Mənim İlahə Əliyevanın icra şöbəsinə məcburi gətirilməsi barədə tələblərimə də əməl olunmayıb. İcra məmuru Tural Şahbazov çoxsaylı şikayətlərimdən sonra Yasamal rayon Polis İdarəsinə borclunun məcburi gətirilməsi barədə müvafiq məktub göndərdiyini bildirsə də, əslində məni aldadıb, heç bir məktub göndərməyib. Çünki Yasamal rayon Polis İdarəsindən mənə belə bir məktub almadıqlarını yazılı şəkildə bildiriblər. Sonra da İlahənin yaşayış yerinin dəyişdiyi bəhanə gətirildi və işin icrası icra şöbəsinin rəisi Zaur Abdullayev tərəfindən Abşeron rayon İcra Şöbəsinə yönəldildi».

İcra məmurları tərəfindən süründürməçiliklə üzləşdiyi, uşağı ilə görüşməyə maneəçilik törədildiyinə görə güclü stress keçirdiyini, işində ciddi problemlər yarandığını və ona böyük miqdarda maddi ziyan dəydiyini də bildirdi. Məhz buna görə də o, Yasamal rayon İcra şöbəsinin rəisi Zaur Abdullayev, icra məmuru Tural Şahbazovun qanunsuz hərəkətləri ilə bağlı ona dəyən mənəvi və maddi ziyanın ödənilməsi və digər tələblərlə yenidən Yasamal rayon Məhkəməsinə müraciət edib. Dekabrın 7-də Yasamal rayon Məhkəməsində onun adı çəkilən icra məmurları, eləcə də Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı iddiasına baxılacaq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49
“Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42
KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33
Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26
Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22
Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14
Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08
“Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02
Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48
Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45
Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40
Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38
Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37
Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35
ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33
Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28
Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru