Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                 

RAFİQ TAĞININ QƏTLİNDƏ İRAN İZİ TƏSDİQLƏNİR
Tarix: 4-12-2011, 16:52 | Çap et
RAFİQ TAĞININ QƏTLİNDƏ İRAN İZİ TƏSDİQLƏNİR

YAXINLIQDAKI “İRAN” MAĞAZASININ ŞNURLARINI KİM VƏ NİYƏ KƏSİB?

«Yazıçı Rafiq Tağının qətlinə görə, adi bir islam fanatını tutsalar heç təəccüblənmərəm». Noyabrın 19-da bıçaqlanmış yazıçı-publisist Rafiq Tağının qətlini araşdıran Jurnalist Təhqiqat Qrupunun üzvü Eynulla Fətullayev AzadlıqRadisouna belə deyib.

Onun sözlərinə görə, qrupun üzvləri yazıçının bıçaqlandığı ərazidə yerləşən dükanlardakı kameraların yaddaşlarına baxıblar. Və bu zaman maraqlı faktlarla üzləşiblər.

- Rafiq Tağının qətlə yetirildiyi küçədə bir İran mağazası var. Həmin mağazadakı kameranın müşahidə imkanları daha böyükdür. Əfsuslar olsun ki, onun «şnur»ları kəsilib. Mən həmin dükanın sahibindən soruşdum ki, bu hadisə nə zaman baş verib. Cavabında dedi ki, noyabrın 5-də. Çox maraqlıdır, qətldən təqribən iki həftə öncə. Amma mənə aydın izahat verilmədi ki, kameranın işinə niyə müdaxilə edilib? Hesab edirəm ki, bu, vacib məqamdır. Çünki qətl həmin mağazadan cəmi 4-5 metr aralıda baş verib. Amma başqa kameranın yaddaşında biz bir nəfəri gördük. Rafiq Tağının qətlindən bir neçə dəqiqə öncə bir nəfər əlində bükülü tələsik addımlarla həmin yerə irəliləyir. Nə 15 dəqiqə öncə, nə 15 dəqiqə sonra – biz kameranın yaddaşına saat 22.40-a qədər baxıb təhlil etmişik – ordan heç kim keçmir. Başqa maraqlı məqam nədir. İstintaq orqanları həmin kameraların yaddaşına baxsalar da, götürməyiblər. Bizim qrupun üzvləri baxdıqdan sonra həmin kameranın yaddaşı hüquq-mühafizə orqanları tərəfindən aparılıb.

- Həmin kadrda əlində bükülü keçən şəxsin üzünü görmək mümkündürmü?

- Mümkün deyil. Amma yəqin xüsusi avadanlıqla görmək olar. Bir də... Axı orda hüquq-mühafizə orqanlarının da yerləşdirdiyi kameralar var. Şəhərdəki işıqforlarda da xüsusi kameralar quraşdırılıb. Bizim həmin kameralara çıxışımız yoxdur. Amma düşünürəm ki, o kameraların yaddaşında çox şey var. İkincisi, həmin ərazidə «Unibank»ın da kamerası da var. Biz banka da sorğu göndərəcəyik. Yadınızdadırsa, Rafiq Tağı deyirdi ki, qatil arxaya qaçdı, yəqin orda onu maşın gözləyib. Əgər onu orda maşın gözləyibsə, bu da «Unibank»ın kamerasına düşməliydi. Çünki bankın kamerası həmin yolu, həmin perimetri müşahidə edir... Çox təəccüblüdür ki, niyə istintaqın bu günədək gəldiyi konkret nəticə yoxdur. Bu qədər kameralar olub həmin ərazidə. Özü də sui-qəsd Bakı şəhər Baş Polis İdarəsinin yaxınlığında baş verib. Həmin ərazidə yəqin bizim polisin agentur şəbəkəsi var və ondan da istifadə edə bilər.

«Bu gün dekabrın 4-dür, bu günədək qətlin üstü açılmayıbsa, həmin şəxs yaxalanmayıbsa, qatilin yaxalanmasına ümidlər gün-gündən azalır. Belə qətllər isti izlərlə açıla bilər. Kameralar, agentur şəbəkə var və s... Bundan başqa, billinglər yada düşmür. Elmar Hüseynovun qətlini mobil telefonlarla açdılar. Birmənalı deyə bilərəm ki, Rafiq Tağı izlənib. Bu qətldə azı iki nəfər iştirak edib. Azı bir nəfər onu güdüb. Çünki qatil onu üzü bağlı güdə bilməzdi. Rafiq Tağı avtobusdan düşəndə yəqin ki, qatilə siqnal verilib, o da hərəkətə keçib. Ona görə billinqlər yardıma gələ bilər».

- Sizin konkret versiyanız varmı, qətli kim törədib?

- Mənim ehtimalım var. Ancaq açıqlamaq istəmirəm. Bu subyektiv görünə bilər. Amma sizə deyim ki, məni narahat edən bir məqam var. Sanki ictimai rəy ancaq bir versiyaya yönəldilir – İran versiyasına. Mən bununla razı deyiləm. Düzdür, Rafiq Tağı ilə bağlı 2007-ci ildə fitva verilmişdi. Salman Rüşdi ilə bağlı fitva isə 1988-ci ildə verilib, özü də İmam Xomeyni tərəfindən. Amma o hələ də sağ-salamatdır. Baxın, Salman Rüşdi haqda İmam Xomeyni fitva verib, İranın rəhbəri, Rafiq Tağı haqda fitvanı sıravi ayətullah verib. Necə olur ki, 5 ildə heç nə olmur, bu məsələ gündəmdən düşəndən, unudulandan sonra Rafiq Tağı yada düşür? Əsas kimi Rafiq Tağının noyabrın 11-də yazdığı məqalə götürülür. Amma yazının çıxdığı «Kulis.az» saytına baxanda orda İran haqda elə yazılar var ki, Rafiq Tağının məqaləsi məxməri tənqiddir. İkincisi, tutalım 11 noyabr yazısı ayətullahların diqqətini cəlb etdi. Texniki baxımdan 5 günə qətl təşkil etmək mümkün deyil. Niyə axı Rafiq Tağının başqa yazıları da götürülmür? Onun avqustda həmin saytda bir yazısı da çıxıb.

- Həmin yazıda söhbət nədən gedirdi?

- Mən hələlik ictimai fikri hər hansı versiyaya yönləndirmək istəmirəm. Amma məncə, bu məsələdə İran versiyası ən az inandırıcıdır. Bu versiyanı istisna etmirəm, amma ən az inandırıcıdır. Hadisənin baş verdiyi küçə demək olar ki, İran dükanlarından ibarətdir. Bu qədərmi qeyri-peşəkardılar, bu qədərmi ağılsızdırlar? Onu da deyim ki, mən Təhqiqat Qrupunun üzvü kimi 3 gün İran səfirliyinin əməkdaşları ilə görüşmək istədim. Amma onlarla mənimlə görüşdən qaçdılar. Qorxurlar. Bu da həmin kampaniyanın nəticəsidir.

- Təhqiqat Qrupunun üzvü Mehman Əliyev AzadlıqRadiosuna demişdi ki, Rafiq Tağının ölümü hakimiyyət dairələrinə, azad sözü boğmaq istəyənlərə bağlıdır...

- Məsələ bundadır ki, çoxları həmin versiyanı səsləndirməyə qorxur. Rafiq Tağının hakimiyyətə qarşı yazıları da olub axı. Bir məqama da diqqət edək, hökumət rəsmisi Əli Həsənovun həmin qətllə bağlı şərhinə. O deyir ki, Rafiq Tağının Azərbaycan hökuməti ilə heç vaxt problemi olmayıb. Belə çıxır ki, problemi olan jurnalistlər öldürülməlidir?

- Sizin versiyanız Mehman Əliyevin dedikləriylə üst-üstə düşürmü?

- Rafiq Tağının qətli yazarlar, jurnalistlər arasında qorxunu, xofu gücləndirib. Dünən təsadüfən bir şey öyrəndim, adını çəkməyəcəyim bir yazıçı naşirə zəng vurur ki, başıma bir iş gələrmi görəsən?.. Amma bir neçə günə adi bir islam fanatı tapıb həbs etsələr, mən buna heç təəəccüblənmərəm. Hrant Dinkin işində olduğu kimi. Bununla da qətlin sifarişçisi də, icracısı da kənarda qala bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru