Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                 

AZƏRBAYCANDA İNQİLAB OLACAQ
Tarix: 4-12-2011, 12:29 | Çap et
AZƏRBAYCANDA İNQİLAB OLACAQ

QƏRBYÖNÜMLÜ MÜXALİFƏTLƏ DİNİ MÜXALİFƏTİN KOALİSİYASI YARADILIR

DİA.AZ: - Məlum olduğu kimi, artıq siyasi müstəvidə müəyyən canlanmalar müşahidə olunmaqdadır. Hər halda, əvvəlki illərlə müqayisədə artıq müxalifət də özünün toparlanma dövrünü yaşayır. Bir qrup «İctimai Palata» adı altında manevrlər edərək özünübərpa və güclənmə dövrünü yaşayır, digər qrup axtarışlardadır və başqa qruplar da öz fəaliyyətləri ilə siyasi mövcudluqlarını qorumağa çalışırlar. Sanki hansısa bir prosesin astanasındayıq. Və bu prosesin adına böyük mənada DƏYİŞİKLİK də demək olar.

Başlayaq kimiləri tərəfindən «radikal müxalifət», kimiləri tərəfindən də «ənənəvi müxalifət» kimi təqdim olunan AXCP və Müsavatın bazasında formalaşmaqda və toparlanmaqda olan gücdən. Əslində ilk başdan demək olar ki, nə qədər mənfi və yaxud da müsbət hal olduğu bəlli olmsa da, bu gün də Azərbaycan siyasəti bu ölkəni müstəqilliyə qovuşduran ənənəvi qüvvələrin ehtiyacında və həm də çiyinlərindədir.

20 il əvvəl Azərbaycanın müstəqilləşməsində rol oynayan siyasi bu gün Azərbaycanın demokratikləşməsi yolunda da mübarizə aparırlar. Bəri başdan qeyd edək ki, buna bənzər bir hal heç bir keçmiş sovet ölkəsində müşahidə olunmur. Yalnız Azərbaycanda yenə də döyüşə «qocalar» çıxır, Azərbaycanın müstəqiləşməsi yolunun mübarizləri Azərbaycanı yeni bir dəyişikliyə hazırlayan mübarizənin önündədirlər.

Ərəb ölkələrindəki inqilabların ardından Azərbaycan müxaliətinin ənənəvi kəsimi və həm də aparıcı hissəsi hesab olunan bu qüvvələr də fəallaşdılar. Halbuki buna qədər belə bir rəy mövcud idi ki, Azərbaycanda müxalifət yoxdur. Buna yetərincə əsaslar da var idi. Ən azından sükut içində keçən 2008-ci ilin prezident seçkiləri, 2009-cu ilin 18 Mar referendumu belə deməyə əsas yaradırdı. 2010-cu ilin parlament seçkilərində də yetərincə gücün nümayiş oluna bilməməsi və bunun da fonunda hakimiyyətin müxalifətsiz parlament formalaşdırıb beynəlxalq cameəni süfrəsinə təqdim etməsi bu qənaətləri daha da möhkəmləndirmişdi.

Amma buna rəğmən müxalifət özünü sübut edə bilməsi üçün ərəb inqilablarının Azərbaycandakı işartılarını ortaya qoymağa müvəffəq oldu. Əslində 2 aprel sonluğu gözlənilən idi. Toparlanmadan öləzimiş qüvvə ilə istənilən bir hərəkətlənmə ani bir həmlə ilə darmadağın edilməli idi.

Amma edilmədi. Müxalifət bu dəfə bütün proqnozların əksinə olaraq özünü qorumağı bacardı. Və hətta məhbəslərin yeni siyasi məhbus ordusu ilə doldurulması da hakimiyyətin bu addımından gözlədiyi effekti vermədi. Digər yandan da Avropa ölkələrinin Azərbaycandakı diplomatlarının siyasi müxalifətə aşkar dəstəyi bütün planlamaları və gözləntiləri alt-üst etmiş oldu.

Və bunun da nəticəsidir ki, bu gün İctimai Palata adlı bir təşkilat var və bu təşkilat özünü çox böyük bir mərhələyə hazırlayır. Bunu kimsə istisna edə bilməz. Son zamanlar həmin təşkilatın ətrafındakı yenilənmələr də belə deməyə əsas yaradır. Eyni zamanda artıq beynəlxalq institutlarla kontaklarını pozmuş rəsmi Bakıya alternativ axtarışına çıxan Qərb üçün də İctimai Palata ən münasib siyasi platsdarm rolunu oynamaqdadır.

Hakimiyyətə qarşı boy göstərən başqa bir cinahı isə dindar kəsim təşkil edir. Bildirək ki, bu yöndə iranmeyilli qüvvələr xüsusi şəildə diqqətə gəlirlər. Hər halda, Küveytin dəstəklədiyi dindarların siyasiləşməyə macal tapmadığı bir ərəfədə Azərbaycana qonşu olan və Azərbaycanda kifayət qədər ciddi şəkildə oturuşmuş olan İranın nəzarətində olan dindarların ölkədə həm də bir siyasi gücü təşkil etmələri həm də təbii bir prosesdir. Yəni belə də olmalı idi.

Azərbaycanda böyük maraqları olan və hələ də Azərbaycanı özünün bir parçası hesab edən rəsmi Tehran dünənə qədər əgər etnik və dini separatizm kartı ilə ölkəmizi təhdid edirdisə, artıq «demokratikləşmə» prosesində özjünə yer tapıb dini ideyalara söykənməsi təzahürü yaradılan bir qüvvə ilə öz mövcudluğunu duyurmaqdadır. Bu gün Azərbaycan İslam Partiyası tam olaraq İranın nəzarətindədir və Tehrandan gələn sifarişlər və təlimatlar əsasında hərkət edir. Bu təşkilatın İrana bağlılığı hələ bir neçə il əvvəldən məlumdur. Xüsusi xidmət orqanlarımızın keçirdiyi əməliyyat nəticəsində AİP-in İranın Azərbaycandakı agenturasına aid olduğunu sübuta yetirən çox cidi faktlar da ələ keçirilmişdi. Amma buna rəğmən həm İranın regiondakı gücü, Azərbaycana təsir imkanları və həm də «demokratiya arqumentinin bu dəfə əleyhiimizə işləməsi» faktoru AİP-in hələ də bir güc kii qalmasını şərtləşdirir.

Digər bir qrup isə ziyalı adı altında siyasətə baş vuranlardan və eləcə də dönüş qərarı verən sabiqlərdən ibarətdir. Doğrudur, onlar əlaqəli və sistemli şəkildə fəaliyyət göstərməsələr də hər halda, istənilən bir anda mövqe ağırlığına malik olan tərəfə verə biləcəkləri dəstəklə çox giddi dönüşə təkan vermiş ola bilərlər. Onların sırasına Ziyalılar Forumunda birləşmiş qüvvələri, artıq yeni müqavimət hərəkatı yaratma niyyətinə düşən Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevi, dönüşünə sanılı günlərin qaldığı keçmiş prezident Ayaz Mütəllibovu, partiya yaratması barədə xəbərləri yayılmış Surət Hüseynovu və başqalarını aid etmək olar.

Bir sözlə, bu gün hakimiyyətin qarşısındakı alternativ meydançada çox ciddi hərəkətlənmə var. Kimin bu meydançada diqtə edən tərəfə çevriləcəyi və digərlərini də eyni çatı altına toplaya biləcəyi indidən məlum olmasa da, əsas aydın olanı odur ki, artıq alternativ meydançanın böyük meydana çevrilmə gününə az qalıb.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (diaaz.space) məlumatladıran diplomatik qaynaqların bilgisindən belə məlum olur ki, gələn ilin fevral-mart aylarında Azərbaycanda yenidən kütləvi aksiyalara start veriləcək: «Təbii ki, bu proseslərin başında İctimai Palata dayanır. Amma İran da məlumdur ki, dəyişiklik prosesindən pay qopara bilməsi üçün hərəkətdədir və rəsmi Tehranın planına görə, Azərbaycanın Qərbyönümlü müxalifəti ilə İslam Partiyası ilkin mərhələdə ortaq hərəkət etməli, hətta koalisyon hökumətin yaradılmasına qədər proses inkişaf etdirilməlidir. Yəni İranın hədəfi budur».

Mənbəmiz bildirir ki, bu səbəbdən də ilkin mərhələdə Azərbaycanda islamçılarla qərbçilərin ortaq hakimiyyətinin formalaşdırılmasında maraqlı olan rəsmi Tehran yaz hərəkətlənməsinə xüsusi formada hazırlaşır: «Qərbin isə buradakı əsas marağı din kartının arxa plana keçməsi, proseslərin ənənəvi siyasi mübarizə müstəvisində yönləndirilməsidir. Buna görə də Qərb həmin mərhələyə qədər rəsmi Bakıya islamçıların zəərsizləşdirilməsi üçün tam dəstək imkanı tanıyıb».

Mənbəmiz bildirir ki, lakin bunun əks effekti də ola bilər. Hakimiyyət ənənəvi müxalifətə tətbiq etdiyi üsullarla islamçıların üzərinə yeriməklə artıq ilk yanlışını buraxıb: «Hakimiyyət nəzərə almalı idi ki, siyasi müxalifətdən fərqi olaraq dini müxalifəti narazılıq şərti ilə yanaşı, həm də bir əqidə, inanc birləşdirir. Bu bir faktdır ki, siyasi müxalifətdə əqidə məsələsi daha çox hakimiyyətə münasibətlə şərtləşir və konkret bir ideologiya yoxdur. Amma dini müxalifət bu məsələdən tamam fərqli mahiyyətə malikdir. Ona görə də polislərin başlarını yardığı dindarlar hətta məhbəsdə işgəncəyə məruz qaldıqları zaman belə «Allahu-əkbər» sədalarını kəsmirlər».

Mənbəmizə görə, bu səbəbdən artıq bəzi qurumlar hətta hakimiyyətə təlimatlar da verməyə başlayıb ki, dindar kəsimlə necə haqq-hesab çürütmək olar: «Buna görə də İranın rəsmi qurumları Azərbaycanın üzərinə daha ciddi şəkildə yeriməyə başladılar. Onlar Bakıdakı tərəfdarlarını qoruya bilmələri üçün Azərbaycan hakimiyyətinə əlavə döyüş meydanları, cəbhələr yaratdılar. Və bu da artıq effektini verib. Rəsmi Bakı İrana danışıqlar üçün elçi yollayır».

Onu da xatırladaq ki, Qərbyöümlü müalifətlə dindarların dəyişiklik, inqilab məsələsində bir araya gələ biləcəkləri haqda müəyyən informasiyalar zamanında hakimiyyətdə də olub. Xatırlayırsınızsa, ərəb inqilablarının coşqusu altında meydanlara çıxan müxalifətə qarşı hakimiyyət din kartından da istifadə etdi. Əli Kərimlinin Azərbaycandakı müxtəlif dini təşkilatların liderləri ilə görüşməsi barədə deinformasiyalar da dövriyyəyə buraxıldı. Doğrudur, bu dezinformasiya şiddət baxımından həmin ərəfədə əksəriyyətin gülüşünə səbəb oldu. Amma indiki açıdan məsələnin nə yerdə olmasını dərk etmək daha rahatdır. Deməli, rəsmi Bakı Qərbyönümlü müxalifətlə dindar kəsimin koalisiyaya gedə biləcəyindən xəbərdar olub və bu informasiyasını cəmiyyətə kobud şəkildə də olsa çatdırmaqla, məlum prosesdə maraqlı qüvvələrə öz ismarıclarını çatdırmış oldu.

Lakin məsələ hələ də bitməyib və yaz hərəkətlənməsində yenə də anoloji proseslərin həyata keçə bilməsi üçün müəyyən addımlar atıla bilər. Bir məsələ də var. Misirdəki inqilabdan sonra da dindarlarla qərbyönümlülər bir araya gəldilər. Eyni qüvvələr digər inqilab yaşamış müsəlman ölkələrində ortaq hərəkət etdilər. Odur ki, Azərbaycanda da anoloji prosesin yaşanıla biləcəyini istisna etmək olmaz.

Lakin burada Qərbin koalisiyaya girdiyi tərəfin İran olması bir qədər məsələyə şübhə qatır. Bununla bağlı izahatını verən mənbəmiz bildirdi ki, hal-hazırda Qərbə aid institutlar yeni dindar cameənin yetişdirilməsi yolunda addımlar atır: «Əslində bu cameə çoxdan var və sadəcə olaraq indiki mərhələdə İrana səmimi şəkildə bağlı olmayan qüvvələrlə Qərblə əməkdaşlıq edən dindar kəsimin ittifaqı yaradılır ki, sonradan dindarların da qatqısı ilə baş tutan inqilabi dəyişiklik anında proseslər məhz həmin güclərin kontroluna verilsin».

Deməli, Azərbaycan hakimiyyəti hələ də inqilabi dəyişikliikdən sığortalanmayıb. Və ərəb inqilablarından sonra «biz müsəlman deyilikmi, bizdə niyə inqilab olmur» sualını verənlərin də intizarına son qoyula bilər. Bəli, Qərb bizi məhz müsəlman kimi qəbul etdiyindən Azərbaycanın dəyişdirilməsi keçmiş postsovet məkanında bir neçə il əvvəl cərəyan edən inqilablar seriyasında yox, müsəlmanlar seriyasında baş tutacaq. Artıq bunun anonsu da verilib. Bu barədə danışan Suriyanın gethagetdə olan lideri Bəşir Əsəd bildirdi ki, Suriyadan sonra sıra postsovet məkanındadır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru