“Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                 

“TERROR AZƏRBAYCANIN İÇİNƏ GİRƏ BİLƏR”
Tarix: 30-11-2011, 11:38 | Çap et
“TERROR AZƏRBAYCANIN İÇİNƏ GİRƏ BİLƏR”

“HAKİMİYYƏTİN BORCU ODUR Kİ”...

Yazıçı Əkrəm Əylisli “Azadlıq” radiosuna açıqlamasında həmkarı Rafiq Tağının ölümündən danışıb.

- Bu, çox dəhşətli hadisədir. Birinci Azərbaycan yazıçısıdır ki, bıçaqlanıb öldürülüb. Məsələn, XIX əsrdə Mirzə Fətəliyə qarşı təqiblər də olub, hədə-qorxu da olub, amma iş bu yerə gəlib çıxmayıb. XX əsrdə Mirzə Cəlili xeyli vaxt hədələyiblər ki, adam tutarıq, səni öldürərik...

Rafiq Tağı ilk Azərbaycan yazıçısıdır ki, bizim dövrdə - XXI əsrdə qətlə yetirilib. Demək, indiki zaman yazıçı üçün çox təhlükəlidir. Bundan təhlükəlisini mən yadıma sala bilmirəm. Nəsiminin dərisinin soyulması ilə bağlı mifik söhbətlər var. Bu mifdir, Nəsiminin dərisinin soyulması ilə bağlı dəqiq tarixi məlumat yoxdur. Amma dəqiq budur ki, XXI əsrdə, dünyanın demokratiyadan danışdığı, demokratiya ilə öyündüyü bir vaxtda yazıçı bıçaqlanır. Bu, mənim üçün heç cür bağışlanmaz, ağır cinayətdir.

Elə bilirəm ki, qələm sahiblərinin hər birini ağrıda biləcək, hər birinin içində müdhiş yara qoyub gedən hadisədir. Mən güman edirəm ki, Rafiq Tağının qatili tapılacaq. Mən buna inanmaq istəyirəm, buna əşhədü ehtiyacım var.

- Dediniz ki, XIX əsrdə Axundovu, XX əsrdə Mirzə Cəlili öldürə bilmədilər, amma XXI əsrdə Rafiq Tağını öldürdülər. Səbəb nədir?

- Niyə görəsini düşünmək lazımdır. Bunu bütövlükdə cəmiyyət də düşünməlidir. Bizim realist ədəbiyyatımızın banisi Mirzə Fətəlinin dövründə cəhalət daha güclüydü, hökmlüydü, amma o kişi sağ qala bildi. Bizim dövrdə, görünür, insan həyatı ucuzlaşıb. O cümlədən yazıçı həyatı. Rafiq Tağının bu dərəcə faciəli, özü də günün günorta çağı bıçaqlanması məndə qorxunc düşüncələr yaradır. Böyük sıxıntı yaradır...

- Qorxunc düşüncələr deyəndə nəyi nəzərdə tutursuz?

- Yəni zaman niyə bu şəklə düşdü? İnsan niyə belə ucuzlaşdı? Bəlkə əlaqəsi yoxdur, amma deyəcəm, İraqda insan həyatı qara qəpiyə dəymir. Orda gündə yüzlərlə insan qətlə yetirilir. O da qətldir, terrordur. Rafiq Tağının ölümü də terror hadisəsidir. Əgər bu bizə kənardan gəlmiş terrordursa, bizim hüquq mühafizə orqanlarına və hakimiyyətə siqnal olmalıdır ki, terror Azərbaycanın içinə girə bilir. Faktiki terror iyi gəlir burdan. Amma qabaqcadan nəsə demək çətindir. Burda hadisəni siyasiləşdirmək meyli də hiss olunur. Amma mən inanıram, qətlin üstü açılacaq. Əgər açılmasa, bundan sonra başlanan söhbət ayrı mövzuda olacaq.

- Sizcə, bu qətl qələm adamlarının yazılarında hansısa formada izini qoyacaqmı?

- Yazıçı bundan, əlbəttə, dərs almalıdır. Yəni yazıçı artıq həyatının təhlükəsiz olduğuna çox da arxayın olmamalıdır... Bu gün bir dəstə haray-həşirlə, özü də Rafiq Tağının meyiti soyumamış, hətta bir azca da özlərinə xal yığma qədərində oynadır bu hadisəni. Bir dəstə də ağzına su alıb susur. Heç elə bil bunlara dəxli yoxdur. Anormallıq budur.

- Dediniz ki, yazıçı bundan sonra təhlükəsizliyinə çox da arxayın olmamalıdır. O zaman neyləməlidir yazıçı? Qələmi yerə qoymalıdır, yoxsa mübarizəsini davam etdirməlidir?

- Əgər bir xox gələn kimi, ya da sarsıntı keçirən kimi qələmi yerə qoyursa, yazıçı olmadı ki. Məsələn, Almaniyada faşizmin qanlı, quduz vaxtında neçə-neçə yazıçı şəxsiyyətini də saxlayıb, əsərini də yazıb.

- Əkrəm müəllim, sizin “bir tərəf ağzına su alıb susur” dedikləriniz kimdir? Burda yəqin həm Yazıçılar Birliyini nəzərdə tutursuz, həm də...

- Yox, Yazıçılar Birliyinin adını çəkmək istəmirəm. 20 ildən çoxdur ki, onları tanımıram. Elə bu cür şeylərə görə tanımıram. Cəmiyyətə hiss etdirməlidirlər ki, bunlar da həmin ağrını hiss edirlər. Böyük ağrıdır, hədsiz böyük ağrıdır. Günün-günorta çağı, mətbuat azadlığından bu qədər söhbət gedən vaxtda, insanların asudə yaşaması haqda bu qədər söhbət getdiyi vaxtda belə hadisə baş verir. Bu da ictimai mühitdə yalnız bir tərəfdə - müxalifət tərəfdə özünü göstərir. Bu yerdə müxalifət, iqtidar söhbəti ola bilməz. Qətl olunan yazıçıdır. Özü də elə-belə, əldəqayırma yazıçı deyil.

- Bəs hakimiyyətin reaksiyasını necə qiymətləndirirsiz?

- Hakimiyyətin borcu odur ki, istintaq diqqətlə, ciddi aparılsın və qatil tapılsın. Qatil tapılmayınca hakimiyyət haqda söz deyə bilmərəm. Bəlkə bunu tapacaqlar, ifşa edəcəklər və bəyan edəcəklər ki, biz yazıçıların dalında da durmuşuq, biz azad sözün tərəfdarıyıq, belə yerdə də ayrı-seçkiliyə yol vermirik. Onların özünə əşhədü ehtiyacdır ki, bu fikri cəmiyyətə çatdırsınlar. Yəni ki, insanları siyasi mənsubiyyətinə görə tanımırıq. Əslində Rafiq heç bir partiyanın üzvü deyildi. Hakimiyyət siqnal verməlidir ki, yazıçıları qorumağa hazırdır, qətlin üstünü də açacaq. Açılmasa, başqa söhbət olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru