23 illik nəqliyyat şirkəti .....                     Azərbaycanda BOKT qızıllarını satışa çıxarır .....                     Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                 

PA RƏSMİSİ "AMNESTY İNTERNATIONAL"I “VURDU”
Tarix: 25-11-2011, 16:34 | Çap et
PA RƏSMİSİ "AMNESTY İNTERNATIONAL"I “VURDU”

FUAD ƏLƏSGƏROV KORRUPSİYADAN DANIŞDI

Trend Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla müsahibəni təqdim edir

- Cənab Prezidentin 2011-ci il noyabrın 24-də imzaladığı qanunda nəzərdə tutulmuş ticarət, məişət və digər ictimai-iaşə obyektlərində alqı-satqı və digər xidmətlərin göstərilməsi zamanı müştərilərlə nağdsız hesablaşmaların aparılmasında, eləcə də vergilərin, dövlət orqanlarına ödəniləcək rüsum və digər haqların pos-terminallar vasitəsilə ödənişinin tətbiqində əsas məqsəd nədən ibarətdir?

- İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi dayanıqlı inkişaf konsepsiyası bütün sahələrdə müasir texnologiyaların nailiyyətlərindən geniş istifadəni və mütərəqqi beynəlxalq təcrübənin tətbiqini şərtləndirir.

Bilirsiniz ki, cənab Prezidentin həyata keçirdiyi sosial-iqtisadi, siyasi strategiyanın ən əsas prinsiplərdən biri şəffaflıqdır. Çünki şəffaflıq cəmiyyətlə, vətəndaşlarla qarşılıqlı münasibətlərdə neqativ halların, korrupsiya elementlərinin yaranmasının qarşısını alan başlıca amillərdən biridir. Təsadüfi deyil ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda sosial-iqtisadi islahatların həyata keçirilməsində maliyyə mənbəyi olan dövlət büdcəsinin təşkili, dövlət neft fondunun və digər maliyyə institutlarının fəaliyyəti şəffaflıq indeksinə görə ilk yerlərdə durur. Təkcə, bu il şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarına qarşı effektiv mübarizənin aparılması məqsədi ilə bir neçə normativ hüquqi akt qəbul edilmiş, bir sıra mühüm institusional tədbirlər həyata keçirilmişdir.

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna edilən dəyişiklikləri də ilk növbədə antikorrupsiya və şəffaflığın təmin edilməsi tədbirləri kontekstində qiymətləndirmək lazımdır. Pul hesablaşmalarının, dövlət qurumlarına məcburi ödənişlərin nağd qaydada aparılması şəffaflığın təmin edilməsində, korrupsiya hüquqpozmalarına qarşı effektiv mübarizənin aparılmasında maneələr törədir, qeyri-leqal gəlirlərin gizlədilməsinə, vergidən yayınmalara şərait yaradır. Belə halların aradan qaldırılması məqsədi ilə bu ilin əvvəlində cənab Prezidentin fərmanları ilə dövlət yol polisinə, gömrük xidmətinə və digər dövlət qurumlarına cərimələrin, rüsumların və digər ödənişlərin pos-terminal vasitəsilə və ya elektron qaydada həyata keçirilməsi tapşırığı verilmişdir.

Son illər ölkəmizdə müasir milli ödəniş sisteminin yaradılması məqsədi ilə elektron hesablaşma mexanizmi yaradılmışdır. Bu isə öz növbəsində ödənişlərin real vaxt rejimində elektron qaydada və ya plastik kartlar vasitəsi ilə şəffaf, təhlükəsiz, səmərəli həyata keçirilməsinə geniş imkanlar açır. Son dövrdə əhalinin mütləq əksəriyyətinin plastik kartlarla təmin edilməsi nağdsız pul hesablaşmalarının kütləviliyi üçün əlverişli şərait yaradır.

- Cənab Prezidentin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanında da elektron xidmətlərin göstərilməsi və ödəmələrin elektron qaydada təşkili ilə bağlı dövlət orqanlarına və Nazirlər Kabinetinə tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrası ilə bağlı hansı işlər görülmüşdür?

- Cənab Prezidentin fərmanında qoyulan tələblərə hər bir dövlət orqanının rəsmi internet səhifəsində elektron xidmət bölməsinin yaradılması, həmin bölmədə səlahiyyətinə uyğun olaraq göstərilən elekton xidmət barədə dəqiq məlumatların yerləşdirilməsi və bu bölmə vasitəsilə vətəndaşlara birbaşa elektron qaydada xidmətin həyata keçirilməsi aiddir.

Fərman imzalandıqdan sonra bütün dövlət qurumları vahid koordinasiya şəklində qarşıya qoyulan tələbləri yerinə yetirmək istiqamətində əməli tədbirlər həyata keçirmişdir. Nazirlər Kabineti 2011-ci il 24 noyabr tarixli qərarı ilə dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsi ilə bağlı qaydaları və elektron xidmət növlərinin siyahısını təsdiq etmişdir.

Artıq dövlət orqanlarının rəsmi internet səhifələrinə diqqət yetirsəniz görərsiniz ki, həmin səhifələrdə elektron xidmətlər bölməsi yaradılaraq, göstərilən xidmət barədə məlumatlar yerləşdirilmişdir. Məsələn, Vergilər Nazirliyi tərəfindən əhaliyə, xüsusilə sahibkarlara göstərilən elektron xidmətlər - sahibkarlıqla məşğul olmaq istəyən hər bir vətəndaş heç bir yerə getmədən internet vasitəsilə Vergilər Nazirliyinə müraciət edərək vergi ödəyicisi kimi qeydiyyatdan keçə bilər, elektron qaydada vergi bəyannamələrini təqdim edə və vergiləri ödəyə bilər.

Bu müasir informasiya texnologiyalarından istifadə etməklə vətəndaşlara birbaşa təmas və əlavə vaxt itkisi olmadan elektron xidmətlərin həyata keçirilməsinin nə dərəcədə effektiv olmasına dair yalnız bir misaldır. Əlavə olaraq, Dövlət Gömrük Komitəsinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Ədliyyə Nazirliyinin, Səhiyyə Nazirliyinin və digər qurumların həyata keçirdiyi elektron xidmətləri də misal göstərmək olar.

Elə xidmət növləri var ki, onların keyfiyyətli həyata keçirilməsi üçün müəyyən texniki məsələlər həll edilməlidir, həmin məsələlər öz həllini tapdıqdan sonra bütün sahələr üzrə elektron xidmətlər həyata keçiriləcəkdir.

- Ümumiyyətlə, elektron hökumət layihəsinin, eyni xidmətin elektron qaydada göstərilməsinin, rüsum və digər ödənişlərin elektron qaydada və ya pos-terminal vasitəsilə ödənilməsinin vətəndaşlara hansı əlavə üstünlüklər verəcəyi gözlənilir?

- Nəzərə alsaq ki, elektron xidmət dövlət orqanı əməkdaşları ilə vətəndaş arasında birbaşa təması minimuma endirir, bu xidmətlərin geniş miqyasda həyata keçirilməsi korrupsiyaya qarşı mübarizədə mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında cənab Prezident bir daha elektron hökumətə keçidin əsas səbəblərindən biri kimi məhz rüşvətxorluq, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olduğunu və bu işin sürətləndirilməsinin vacibliyini vurğulamışdır. Bu institusional islahatlar hər bir vətəndaşın, bütövlükdə cəmiyyətin hüquqlarının həyata keçirilməsinə, rifahının yaxşılaşdırılmasına, sahibkarlığın inkişafına öz töhfəsini verəcəkdir.

- Sonda bir məsələyə də toxunmaq istərdim. Bu yaxınlarda "Amnesty İnternational" təşkilatı Azərbaycan üzrə hesabat hazırlamışdır. Həmin hesabatda korrupsiya ilə bağlı neqativ məqamlara münasibətiniz necədir?

- Zənnimcə, hesabat birtərəfli, qərəzli, ayrı-ayrı şəxslərin fərdi fikirlərinə istinadən hazırlanmışdır. Əks olunan hadisələrə dair zəruri araşdırma aparılmamış, hökumətin hesabatla bağlı qeydləri hesabatda öz əksini tapmamışdır. Siz həmin qeydlərə "Amnesty İnternational " təşkilatının saytında da rast gəlməyəcəksiniz.

"Obyektiv" olmağa çalışan hər hansı bir təşkilat ən azı minimal balansı gözləməli idi. Bunu yalnız erməni lobbisinin təsiri altında qərəz və müəyyən düşmən dairələrin siyasi sifarişinin yerinə yetirilməsi kimi qiymətləndirmək olar.

Məsələn, hesabatın 2.1-ci hissəsində "Transparency İnternational" təşkilatının 2010-cu il hesabatına istinad olunaraq Azərbaycanın korrupsiya ilə əhatə edildiyi göstərilir. Halbuki, "Transparency İnternational"-ın 2010-cu il hesabatında Azərbaycanın son illər ərzində korrupsiya ilə mübarizə sahəsində müəyyən nailiyyətlər əldə etdiyi qeyd edilmişdir.

Belə ki, ölkəmiz korrupsiyanı qavrama indeksinə görə 2008-ci illə müqayisədə 2009-cu ildə 15 pozisiya irəliləmişdir. 2010-cu ildə isə 9 pozisiya irəliləyərək 2,4 balla əvvəlki illərlə müqayisədə müsbət göstəriciyə nail olmuşdur.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində son illər həyata keçirilən kompleks tədbirləri nəzərə alaraq biz bu il də göstəricilərin kifayət qədər yüksəlməsini gözləyirik. 2011-ci ildə görülən qanunvericilik və institusional islahatlar, sistemli tədbirlər isə 2012-ci ilin korrupsiyanı qavrama indeksində öz əksini tapacaq və ümid edirik ki, "Transparency İnternational " təşkilatı tərəfindən obyektiv qiymətləndirmə aparılacağı halda növbəti hesabatda korrupsiyanı qavrama indeksində əhəmiyyətli yüksəliş olacaqdır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dünən, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Dünən, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru