ŞOK: KƏRƏM HƏSƏNOVU İFŞA EDƏN VİDEOLAR
Tarix: 24-01-2013, 09:58 | Çap et
SIRAVİ VƏTƏNDAŞ KOMİTƏ SƏDRİNDƏN HAQQINI BU CÜR TƏLƏB ETDİ
DİA.AZ: - Bir müddət əvvəl Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və onun deputat qardaşı Malik Həsənovla bağlı redaksiyamıza ilginc faktların daxil olması barədə məlumat vermişdik və məlumatımızda həmin faktları davamlı olaraq diqqətənizə çatdıracağımızı bildirmişdik.
Bu səbəbdəndir ki, redaksiyamıza Həsənov qardaşları ilə bağlı şikayətlər davamlı olaraq göndərilməkdədir. Həmin şikayət məktublarının birini diqqətinizə çatdırırıq. DİA.AZ-a yazan Səyyarə Rövşən qızı Heydərovanın məktubunda deyilir:
«2011-ci ilin 15 iyun tarixindən etibarən Şəki 31 rayon Kommunist7 ünvanındakı evimin sənədlərini ala bilmirəm. Bu ev mənim mərhum atam Rövşən Həsən oğlu Heydərova məxsus olub.
Şəkinin yerli reyestr xidməti elə fırıldaq işlədib ki, sən demə, mənim mərhum atamın iki anası və iki atası olub. Bir atası 1946-cı ildə dünyasını dəyişib və həmin şəxs rəsmi sənədlərə görə yenidən 1968-ci ildə dünyasını dəyişib. Bu da mənim babama az olub… hər halda rəsmi dövlət sənədləri belə deyir və o 2009-cu ildə dirilərək reyestr xidmətinə gedərək evin sənədləşdirilməsi ilə məşğul olub.
Sonra oradan da mənim dirilmiş babamı «Kapital» banka göndəriblər və o da orada 50 və 30 manat həcmində dövlət rüsumunu ödədikdən sonra naməlum istiqamətdə qeybə çəkilib.
Mənim nənəm də babamdan geri qalmayıb və o əvvəlcə 1913-cü ildə doğulub, amma bu az olduğundan yenidən 1916-cı ildə dünyaya göz açıb. Bu da az olduğundan yenidən o zamankı Nuxa VVAQ-ının sənədlərilə 1929-cu ilin 11 iyun tarixində babamla ailə qurublar. Hər halda, bütün bunları dövlət reyestr xidməti iddia edir. Halbuki həmin ərəfədə Nuxada (Şəkidə) VVAQ idarəsi fəaliyyət göstərməyib və rayon əhalisi Yevlax VVAQ-ın xidmətlərindən istifadə edib. Yəni belə çıxır ki, iki dəfə doğulan nənəmlə iki dəfə ölüb sonradan yenidən dirilən, daha sonra da qeybə çəkilən babam olmayan bir idarənin olmayan binasında dövlət nigahına giriblər.
Şəkinin yerli reyestr xidmətinin absurd iddiaları bununla da bitmir və bildirirlr ki, mənim nənəmin qızlıq soyadı olan Hacızadənin kökünü haradan aldığını bilmirlər. Və məlum olur ki, başqasının nənəsi mənim babama ərə gedərək öz soyadını iz kimi buraxıb. Amma öləndə də Əhmədova kimi ölüb. Mən başa düşə bilmirəm, dövlətin sənədlərində əks olunan bu işləri həyata keçirməyi nənəm necə bacarıb?
Mənə Şəki reyestr xidmətindən bildirirlər ki, nənəmin ölüm kağızı itib və mən bu kağızı əldə edə bilməm üçün məhkəməyə getməliyəm. Mən də sual edirəm, əgər Şəki reyestr idarəsi istədiyi sənədi düzəldə bilirsə, nədən mən məhkəməyə getməliyəm?
Onların sənədində daha bir maraqlı fakt. Mənim nənəm 1947-ci il 17 may tarixində dünyasını dəyişib. Amma onlar ortaya sənəd çıxarırlar ki, nənəm 15 dekabr 1958-ci il tarixdə dünyasını dəyişib. Nədən nənəmin ölüm faktını 11 il sonra qeydə alıblar?
Əslində bütün bu absurdların bir izahı var: SAXTAKARLIQ VƏ KORRUPSİYA… Onlar pul qazanmaq istədiklərindən bütün sənədlərin də başına bu cür oyunlar açıblar. Atamın sənədlərini gizlədərək, öz maraqlarına uyğun sənədlər toplayıblar.
Alqı-Satqı müqaviləsində göstərilir ki, evin yerləşdiyi ünvan Kommunist küçəsi dalan 5, mənzil 7-dir. Amma mən kiməsə sübut edə bilmirəm ki, ev həqiqətdə dalan1-də yerləşir. Bu da azmış kimi evin real sahəsi 78,54 kvadratmetr yox, 29,9 kvuadratmetr göstərilib. Sual: Evin qalan hisəsi hara yoxa çıxıb?
Mən Şəi reyestrinin rəhbəri işləyən M.Usubovdan soruşanda ki, dalan 1-in sənədləri hanı? O da mənə özünə məxsus tərzdə cavab verdi ki, dalan5 dalan 1 olub… Onda dalan 5-in taleyi necə olub əvvəl?
Beləcə yerli reyestrlə, yerli notarius əl-ələ verərək atamın yeganə varisi olan mənə məxsus olan evi ələ keçiriblər. Mən dəfələrlə korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət etsəm də, xeyri olmayıb. Ola bilsin ki, Kərəm Həsənovun və onun işçilərinin toxunulmazlıqları var və bizim bundan xəbərimiz yoxdur».
Daha sonra şikayətçi xanım ayrı-ayrı instansiyalara da eyni problemlə əlaqədar müraciətlər ünvanladığını və şikayətinin hər dəfəsində qulaqardına vurulduğunu bildirir: «Kərəm Həsənova 18 müraciət, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adına 15 müraciət, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə 12 müraciət, Baş prokurora 25 mraciət, Milli Təhlükəsizlik Nazirliyinə 18 müraciət, prezident İlham Əliyevə 36 müraciət yollamışam.
Amma gördüm ki, bu özbaşınalıqlarla bağlı kimsə tədbir görmək istəmir və mən də ABU-nun keçmiş rektoru Elşad Abdullayevin metodu ilə hərəkət etmək qərarına gəldim və Kərəm Həsənovla bağlı kompromat xarakterli materiallar toplamağa başladım».
Artıq əlində kifayət qədər faktların olduğunu bildirən şikayətçi xanım Kərəm Həsənova müraciət də edir: «Kərəm müəllim, mənim evimin sənədlərini xoşluqla verin. Əks halda internet vasitəsilə sizin əməllərini ifşa edən 5 videokasset həcmində materialı yayacağam və bundan sonra siz prezidentə cavab verməli olacaqsınız. Onda halınız necə olacaq, özünüz təsəvvür edin…
Mən nə Moskvadayam, nə də Elşad Abdullayev kimi Fransadayam. Mən Azərbaycandayam və sona qədər mübarizəmi aparacam».
Daha sonra şikayətçi xanım Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova 10 gün vaxt verdiyini də bəyan edir: «Əgər 10 gündən sonra mən evimin sənədlərini şəxsən sizin əlinizdən almasam, o zaman birinci kasset internetə yerləşdiriləcək».
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41 |
|
|
|
|