ELŞAD ABDULLAYEV KİMİN ƏLİNƏ VƏ NECƏ OYNAYIR?
Tarix: 26-12-2012, 10:58 | Çap et
DÜNƏNƏ QƏDƏR İTTİHAM HƏDƏFİ OLAN REKTOR BİR GÜNƏ NECƏ BALLANDI?
DİA.AZ: - Bu gün fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev bir ağır arsenal olaraq hakimiyyətiçi münasibətlərin aydınlaşması müstəvisində istifadə olunmaqdadır. Xatırladaq ki, bu barədə sonuncu açıqlamasında keçmiş rektorun əsas hücum hədəfi kimi diqqətə gələn Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də müəyyən eyhamlar vurmuş və bildirmişdi ki, əslində Elşad Abdullayev bir alətdir. Və bu sözdə kifayət qədər həqiqət payı var. Elşad Abdullayev alətdir və bu gün keçmiş rektordan nəinki hansısa böyük təsir imkanlarına malik iqtidariçi qüvvələrin zərərsizləşdirilməsi üçün istifadə olunur, eyni zamanda şəxsi qərəz müstəvisində də müəyyən oyunlar oynanılır.
Elə bu səbəbdən Elşad Abdullayevin Azərbaycanın müasir siyasi gündəmindəki rolunu DİA.AZ olaraq araşdırmaq qərarına gəldik. İlk əvvəl isə keçmiş rektorun kimliyi məsələsinə aydınlıq gətirmək istərdik. Kimdir Elşad Abdullayev? Hər halda, bu suala cavab verərkən onun hansı mərtəbədən hansı mərtəbəyə gəlməsindən danışmayacağıq. Elə Elşad Abdullayevin ABU-dakı fəaliyyətinə nəzər salmağımız yetərlidir ki, onun kimliyindən xəbərdar olasan.
Maraqlıdır ki, dünənə qədər Elşad Abdullayevin bir özəl ali məktəb rəhbəri kimi sərt formada tənqid edən müxalif və müstəqil mətbuat bu gün Elşad Abdullayevdən az qala hakimiyyətin üzərinə yürüyən bir terminator obrazı yaratmağa qalxır. Bu da anlaşılan deyil. Hər zaman siyasi müxalifət öz meydanında oynamayıb və bu gün də oynamır. Bu gün Elşad Abdullayevi müdafiə edənlər dünənə qədər onun rəhbərlik etdiyi ali məktəbi Azərbaycan Bazar Universiteti kimi təqdim edirdilər, Elşad Abdullayevin rektor yox, bazarkom olduğunu yazırdılar, ABU-da neçə-neçə tələbə qıza əxlaqsız təkliflərin edilməsini manşet xəbərlərinə çevirirdilər və s. Amma indi Elşad Abdullayev az qala qəhrəman kimi təqdim olunur. Bu müxalifət Eynulla Fətullayevdə buraxdığı yanlışını Elşad Abdullayevin timsalında yenə də təkrarlamaqdadır ki, bu da əslində siyasi müxalifətin gündəlik primitiv hədəflərdən uzağa gedə bilməməsinin göstəricisi kimi qəbul olunmalıdır. Davamlı şəkildə belə bir siyasətin yürüdülməsi son anda, nəhayətdə həlledici ərəfədə böyük və acı məğlubiyyətlərin açarı kimi çıxış etməsinə baxmayaraq, hələ də müxaliflər eyni qaydada tərz nümayiş etdirir, yanlışlarını təkrarlamaqdadırlar.
Yox, təbii ki, burada müxalifətin Elşad Abdullayevin açıqladığı faktlara biganə qalması doğru hesab olunmur. Reaksiya verilməlidir, amma Elşad Abdullayevi qəhrəmanlaşdıraraq, onu mübariz birisi kimi təqdim edərək yox.
Bu gün Elşad Abdullayevin nəyin davasını apardığı məlumdur. Adam illər ərzində itirdiyi və itirmə təhlükəsini yaşadığı pulunun, mal-mülkünün, varidatının davasını aparır. Elşad Abdullayev bu gün filankəsə 1 milyon, filankəsə 2 milyon, filankəsə 3 milyon və s. və i. pullar verməsindən danışır. Amma kimsə soruşmur ki, cənab Abdullayev, bu qədər pul sizdə haradan idi? Axı siz qızıl küpəsi tapmamışdınız?
Yəni bizim qeyd etdiyimiz məqam ondan ibarətdir ki, hətta Elşad Abdullayevlə bağlı faktları açıqlayanda belə xüsusən mətbuat olaraq ehtiyatlı olmaq zorundayıq. Çünki bu dava tamam fərqli davadır və bu davada dünənə qədər müxalifətin sıralarında olan, millətçi kəsimə aid olması şübhə doğurmayan Rövşanə Əliyeva kimilərinin və başqalarının məqsədli şəkildə qurban verilməsinə biganə qalınmamalıdır. Bu, bir oyundur. Və bunun oyun olduğunu özünü hakimiyyətə alternativ kimi hazırlıqlı görən müxaliflər ilk növbədə nəzərə almalıdırlar. Başqa şansları yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37 |
|
|
|
|