Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Qara fəhlənin QARA DÜNYASI: 4-cü ildir ki, eyni maaşa işləyəcəyik...

Qara fəhlənin QARA DÜNYASI: 4-cü ildir ki, eyni maaşa işləyəcəyik...


29-12-2024, 09:27
Qara fəhlənin QARA DÜNYASI: 4-cü ildir ki, eyni maaşa işləyəcəyik...
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı bu dəfə də neft mədənlərində çalışan sıravi işçilərin dözülməz yaşayış səviyyəsi və aşağı maaş problemini diqqətə gətirib. "DİA-AZ" xəbər verir ki, öz zəhifəsində geniş müzakirə açan NHMT sədrinə neft çalışanları müxtəlif formada rəylərini bildiriblər.

"DİA-AZ" olaraq həmin açıqlamalardan bəzilərini (olduğu kimi - redaktə etmədən) təqdim edirik. Beləliklə... neftçilər yazır...

***

☝İdris Əhmədov:
Biz neftçilər ehtiyac üzündən o qəpik quruşa görə səsimizidə çıxartmırıq. Bəzi idarə rəisləri heç olmasa bir az mərhəmətlidi o qəpik quruşu əlindən almaq istəmir. Bizdə isə əmək müqaviləsin Sima ilə təsdiq edəndən sonra gördük ki bəndin birində yazıblar ki icbari təlimdən kəsiləndən sonra işə götürən müqaviləyə xitam verə bilər. Deməli yetim kimsəsiz oldun işin bitti qəpik quruşdanda məhrum oldun...

☝Həmidə Məmmədova:
Bircə yazığ neftçilərin,fəhlə katikoralı işçilərin maaşları artırılmır neçə ildi,camat aldığlarını heç banklara borcdarını ödəməyə çatdırmır ödəniş etsin deyə,imkanı çatığı məbləğə qədər ödəniş etsəkdə,banklarda veziyətdən suyu istifadə edib,böyük summalarla cərimə fayizdərini hesablayıb,biz isanların ayağlarına yazaraq,böyük məbləğlərlə borcdar kürəyimizə yazırlar?!Heçolmasa fəhlə katikoralı neftdə çalışan işçiləridə nəzərə alınıb maaşlarını artırın,vezifıli şəxslər onsuzda maaşları həm yüksək,hemdə yetiri qədər həm rüşvətlər yığırlar müxtəlif yollarla,hemdə çirkli yollarla başqa başqa gelirləri vardı!!!.

☝Rac Kərimov:
Neftçiyem. 10 ildir evi remont ede bilmirem, emek haqqi borcu xerci erzaq ve dava dermanlari odemir. Kilosu 5-6 manata ucuzvari palma-kere yaği da yedikce teziq kelle çarxa qalxir.
Ona gore de vaxtile kredite aldiğim masinimi da satiram, 15 gunde 5 defe surulen maşin olub, maraqlananlar şexsiye yazsin...

☝Arzu Abdullayev:
4-cü ildir ki, eyni maaşa işləyəcəyik. Nə çörəkpulu artımı bizə şamil olundu, nə Neftçilər Günü'nə aid 500 manat, nə də bonuslar. SOCAR-ın təsis etdiyi şirkətdə işləyirəm. Rövnəq Abdullayev prezident olanda bizəamil olunanlar indi aid edilmir.Narazılığımızı rəsmi olaraq hara bildirə bilərik?

☝Rahib Quliyev:
Varlı insafa gəlincə Kasıblar acınan olər...

***

Hər halda, aidiyyatı qurumlar bu məsələni ciddiyə və nəzərə almalıdalr. Çünki etirazlar kütləvidir...

Geri qayıt