Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Şərurda yeyintinin NƏCƏFLİ ÜSULU...

Şərurda yeyintinin NƏCƏFLİ ÜSULU...


Dünən, 11:13
Şərurda yeyintinin NƏCƏFLİ ÜSULU...
Şərur rayonunun Axaməd kəndində yeni çəkilən qəribə su kanalı sakinlərin narazılığına səbəb olub. Məsələ onadadır ki, beton kanal yerin üstü ilə çəkilib və su vurulduqda hər tərəfdən sızır. Kənd camaatı hesab edir ki, abadlıq adı ilə ayrılan büdcə pulları düzgün xərclənmədiyi üçün kanal keyfiyyətsiz tikilib. Kanala su vurulduqda, həyətlərə dolaraq sakinlərə ziyan vurur. Sakinlər aidiyyəti qurumlardan kanalın təmirini və bu problemin tezliklə həll edilməsini tələb edirlər. Onların fikrincə, kənddə aparılan bu cür işlər nə abadlıq məqsədinə xidmət edir, nə də sakinlərin problemlərini həllinə.

"Gündəlik Naxçıvan"

Video burada: Baxmaq üçün bura tıklayın...

Geri qayıt