Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA...
Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA...Bu gün, 13:02 |
"Mən Ağarkişiyeva Elnarə Mirzəxan qızı - Qubadlı rayonundan məcburi köçkün gəlmişəm. 2002-ci ildən Sumqayıt şəhər 45 saylı körpələr evi uşaq bağçasından dəyişəyə baxan tikişçi qadın vəzifəsində işləyirdim. 22 illik stajım var. 2 ildir 45 saylı bağçaya Məhərrəmova Ruhiyyə Zakir qızı təyin olunub". Bu barədə "DİA-AZ"a ünvanlanan müraciətdə deyilir. Müraciət müəllifi daha sonra bildirir: "Bu ilin yayında bağçanın təsərrüfat müdiri Əbdülrəhmanova Şəhla mənə dedi ki get qrupların birində müəllimə işlə. Mən həmin qrupda 3 ay üç gün müəllimə işləmişəm... Sonra müdir məni otağına çağırdı, dedi ki sən həmin qrupdan Şamxal adlı bir uşağı vurmusan və onun valideynlərini bağçaya çağırtdırıb, uşağın anası, atası və təhsil şöbəsinin müdiri Ağayev İmam adlı bir şəxsi çağırtdırım... onlarla birgə mənə ərizə yazıb, aktlaşdırıb məni işimdən azad etdilər. 22 illik əmək kitabçama maddə vurub məni işdən azad etdilər. Həmin maddə ilə heç bir yerdə işləyə bilmərəm. Bu müdirin arxasında Sumqayıt Regional Təhsil şöbəsinin müdiri İlhamə Abdullayeva və təhsil müdiri Ağayev İmam adlı bir şəxs dayanıb. Ona görə də müdir bağçada hər istədiyini edə bilir... Qeyd edim ki, o, uşaqlardan aylıq 25 manat pul yığır. Dövlət tədbirlərində dövlətin verdiyi milli paltarları uşaqlara günlük 11 manata icarəyə verir... Neçə-neçə uşaq var ki, onları pul alıb bağçaya götürüb və onlar hətta sistemə də salınmyaıb. Hansısa yoxlama gələndə də həmin uşaqları gizlədirlər... Bağçanın müdiri özü günlərlə, aylarla bağçaya gəlmir... Ancaq hər ay bağçadan yığılan pullar alır. Həmin pulları kartına atırlar, özü isə işə gəlmir, Yalnız tədbirlərdə... o da uzağı 1 saatlıq gəlir... Mən Elm və Təhsil nazirliyindən xahiş edirəm ki, bu məsələ araşdırılsın..." Geri qayıt |